• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bayramın ölümündən nə yazırlar?

  • 06 May 2021
0
SHARES
FacebookTwitterPinterest

İctimai fəal Bayram Məmmədovun Türkiyənin İstanbul şəhərində ölümü sosial şəbəkələrdə geniş müzakirə olunur. Müxalif liderlərin də şərhləri var.

Bayram Məmmədov başqa ictimai fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-u Bakıda həbs edilib. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.

Rəsmi ittihama görə, Bayram Məmmədovun üstündən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən 1 kiloqram 10 qram heroin tapılıb.

Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb. Onlar bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bir müddət əvvəl Bayram Məmmədov Türkiyənin İstanbul şəhərinə gedib. 2021-ci il mayın 2-də o yoxa çıxıb. Axtarış üçün polisə müraciət edən dostlarına onun öldüyü, meyitinin dənizdən tapıldığı bildirilib.

İstanbulun Kadıköy rayonunun polis qurumundan “Turan”a bildiriblər ki, Bayram Məmmədov Kadiköydəki Moda sahilində gəzişərkən başmağı dənizə düşüb, onu götürmək üçün suya girəndə batıb.

Bayram Məmmədovun ölümün səbəbinə məhkəmə-tibbi ekspertiza aydınlıq gətirməlidir.

Novator.az müxalifət liderlərinin sosial şəbəkədəki şərhlərinə nəzər salıb.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli yazır ki, hökumət saytları Bayram Məmmədovun intihar etdiyini vurğulayır: “İntihar üçün səbəblər olmalıdır. Bayram Böyük Britaniyada təhsilə başlamaq istəyirdi. İstanbulda dil hazırlığı keçməsi də bununla bağlı idi. Bu ilin fevral ayında Bakıya gedib qanunsuz həbsə görə Avropa İnsan Hüquqları Məhkəməsinin ona kəsdiyi təzminatı da almışdı. Yəni Britaniya təhsilinin maddi tərəfini də həll etmişdi. O, Bakıya qayıtmalı idi və deyilənlərə görə, hətta dönüş biletini də alıbmış. İntihar üçün elə bir səbəb yox idi.

Bayram mart ayında Türkiyəyə gedəndə onu İstanbulun hava limanında saxlamışdılar. Bir saata yaxın Bayram bəylə ayrıca otaqda söhbət olub. Kim edib bu söhbəti? Sərhəd xidmətimi, yaxud digər hansısa qurum? Bu sual açıq qalır.

Bayramın müəmmalı ölümündən az əvvəl Qiyas İbrahimov Türkiyədən deportasiya olunmuşdu. Burada bir bağlılıq varmı? Bu sual da açıq qalır”.

AXCP sədri Əli Kərimli yazır ki, üç il “heykəl məhbusu” həyatı yaşayan Bayram Məmmədov dəfələrlə rejimin işgəncələrinə məruz qalmışdı, həbsdən çıxdıqdan sonra da ondan əl çəkmirdilər: “Türkiyədə dənizdən meyiti tapılıb. Hansı şəraitdə öldüyü və ya öldürüldüyü hələ məlum deyil. Ancaq hökumət mətbəxindən qidalanan informasiya resurslarının ölümün intihar olduğunu indidən əminliklə yazması şəxsən mənim şübhələrimi artırır. Hər halda ümid edək qardaş ölkədə bu ölümə ciddi yanaşılacaq və ölümün səbəbi obyektiv şəkildə müəyyənləşəcək”.

Müsavat başqanı Arif Hacılı yazır ki, mayın 1-də ailəsinə evə dönəcəyini bildirən, ən ağır günlərində də üzündən gülüş əskik olmayan Bayram Məmmədovun intihar etməsi heç inandırıcı görünmür: “Heydər Əliyevin heykəli üzərinə yazdığı bir tarixi cümləyə görə başı dəhşətli bəlalar çəkən Bayramın elə həmin hadisənin ildönümü ərəfəsində həlak olması da bir başqa müəmmadır.

Ümid edirik ki, Türkiyə ədalət mühakiməsi İstanbulda baş verən bu dəhşətli hadisənin müəmmalarını aşkara çıxarıb bütün suallara aydınlıq gətirməyə nail olacaq”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, baş verən hadisəyə dair Türkiyədən rəsmi açıqlama olmayana qədər müxtəlif versiyaların irəli sürülməsi əlavə və yersiz suallar yaradacaq: “Xüsusilə də hökumət yönlü mediada intihar motivinin qabardılması yanlışdır. İfrat emosiyalara qatılıb fərqli motivlərlə qarşı tərəfi ittiham etməyə də tələsmək olmaz. Gəlin, Türkiyənin açıqlamasını gözləyək.

Başmaq məsələsi heç inandırıcı görünmür. Əgər doğrudursa, kamera görüntülərini yaysınlar, məsələ də bununla da bitsin. Kadiköydə Moda sahili kameralarla doludur”.

Bayram Məmmədov və Qiyas İbrahimovun işi: hər biri 4 aylığa həbs edildi

Bayram Məmmədov dəhşətli işgəncələrə məruz qaldığını açıqlayıb

Qiyas İbrahimov da ona verilən dəhşətli işgəncələri açdı

Əl izləri kimə məxsusdur? Vəkil vəsatətlər qaldırıb

Vəkil: “Bir dəfə də olsun istintaq hərəkəti aparılmayıb”

Bayram Məmmədovun həbs müddəti artırılıb

Qiyas İbrahimova 10 il həbs verildi

Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?

Gənc fəal məhkəməni tamaşaya bənzədib

“Heydər Əliyevin heykəlini yazdığıma görə həbs olunmuşam”

Gənc fəala 10 il 6 ay həbs cəza istəndi

Bu da 10 il oldu

Bayram Məmmədov vəziyyətinin ağır olduğunu söyləyib

Mühacirlər Berlində piket keçiriblər

Cəza qüvvədə qaldı

Bayram Məmmədov aclıq aksiyasını dayandırıb

Ali Məhkəmə də eyni cür qərar verdi

İbrahimovlara hökm oxundu

İbrahimovların cəzası qüvvədə qaldı

Məhbus gənc şikayətçidir

Vəkil Bayram Məmmədovla görüşə buraxılmayıb

Bayram Məmmədov işgəncəyə məruz qaldığını iddia edir

Bayram Məmmədovun şikayəti təmin edilməyib

Bayram Məmmədov azadlığa çıxıb

Bayram Məmmədovun ölümü ilə bağlı məlumat yayılıb

Hüseyn Abdullayev şəraitsizlikdən gileylənib

  • 06 May 2021

Koronavirusu yarım saniyəyə məhv etmək?

  • 06 May 2021

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
ManşetŞərh

Təklif və suallar

comments
Xəbər

Yeni həbs, tanış ittiham

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
Xəbər

Yoluxma, ölüm, peyvənd

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
Xəbər

Beşlikdə son iki nöqtə

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Xəbər

Bərpaya start

comments
Xəbər

Milli Müdafiə Universiteti yaradılıb

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda