• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Gülalıyevin oğlu açıqlama yayıb

  • 27 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev açıqlama yayıb. Novator.az-ın məlumatına görə, o bildirir ki, atasına gündüzlər evdə baxan tibb bacılarına 3 aydır maaş verilmir və onlar mayın 1-dən xidməti dayandırmaq istəyirlər: “Tibb bacılarının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi rəsmilərinə müraciətlərinə müsbət cavab verilməyib. Atama gecələr mən və əmim baxırıq, bu baxımdan bəzi çətinliklər yaşanır. Dərmanların alınması üçün 5 aydır heç bir dövlət qurumu yardım etmir. Tibb bacılarının xidməti dayandırması vəziyyəti daha da ağırlaşdıra bilər.

Atamın durumunda yaxşılaşma var. Suallara, dinlədiyi xəbərlərə reaksiya verir, əli ilə işarələr edir, nələrsə söyləməyə çalışır. Bu inkişafda Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicəsinin çox böyük rolu olub. Göstərilən müalicə sayəsində atam komadan ayılıb. Onun normal həyata dönməsi, ayağa qalxması üçün davamlı müalicəyə ehtiyacı var. Aidiyyəti qurumlar, o cümlədən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi atamın müalicəsinin davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməməlidir”.

Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda piyada keçidi ilə yolu keçərkən Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub, Kliniki Tibbi Mərkəzdə ilkin yardım alıb, koma vəziyyətində, ağır kəllə-beyin travması diaqnozu ilə “City Hospital”a köçürülüb. Oktyabrın 30-u orada əməliyyat olunan hüquq müdafiəçisi noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hüquq müdafiəçisi noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-u həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb, orada bir neçə dəfə başından əməliyyat olunub.

2020-ci il noyabrın 8-də hüquq müdafiəçisi Bakıya gətirilib, evdə müalicə alır.

Kənan Abdullayevin taksi sürücüsü olduğu bəyan edilib. Onun cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı Kənan Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2021-ci il yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkir.

Məhkəmə hökmü Kənan Abdullayevin üç il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini də nəzərdə tutur.

Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub.

Son illər Oqtay Gülalıyev dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.

Aprelin 27-də Report.az Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyevin açıqlamasını yayıb. Baş həkim qeyd edib ki, Oqtay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub: “Həmin tibb bacılarına 3 aydır maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir. Dövlət onlara tənzimlənmiş əmək haqlarını hər ay ödəyir. Həkimlərimiz Oqtay Gülalıyevin normal həyata dönə bilməsi və ayağa qalxması üçün əlindən gələni edir”.

Oqtay Gülalıyevin vəziyyəti necədir?

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

Oqtay Gülalıyev reanimasiya şöbəsindədir

Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar

Oqtay Gülalıyevin durumu

Oqtay Gülalıyevin vəziyyəti: professor açıqlama verib

Heydər Əliyev Fondu Oqtayın müalicəsini öz üzərinə götürdü

Oqtay Gülalıyev İstanbula aparıldı

Oqtay süni nəfəs aparatından çıxarılıb

Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb

Oqtay Gülalıyevlə bağlı bəyanat qəbul olunub

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Oqtay əməliyyat olundu

Oqtay Gülalıyev palataya köçürülüb

Heydər Əliyev Fondundan Oqtay Gülalıyev açıqlaması

Komada olan hüquq müdafiəçisi gözünü açıb

Oqtayın vurulması: yeni rəsmi açıqlama yayılıb

“Nərgiz” mükafatına Oqtay Gülalıyev layiq görüldü

Üçüncü əməliyyat

Mehman Əliyev Oqtay Gülalıyevə baş çəkib

Oqtay yaxşılaşır

Oqtay Gülalıyev necədir?

Oqtay Gülalıyev dördüncü dəfə başından əməliyyat olunub

Mehman Əliyev baş prokurora müraciət edib

Prokuror yenilik vəd edir

Oqtay Gülalıyevin səhhəti pisləşib

Gülalıyev “Yeni klinika”da

Oqtay Gülalıyevin vurulması: məhkəmə sürücüyə iş kəsdi

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

  • 27 Aprel 2021
  • comments

Bəhanə olmasın

  • 27 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda