• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

  • 27 Aprel 2021
0
SHARES
FacebookTwitterPinterest

Vahid Qazi 

Erməni məsələsi Rusiya, ABŞ, Fransa, İran kimi bir-birinə rəqib, hətta düşmən dövlətləri birləşdirən maraq nöqtəsidir. 1915-ci il olaylarına “soyqırımı” deməklə Co Bayden təzə bir iş görmür, sələfi Vudro Vilsonun 100 il qabaq başlatdığı siyasəti davam etdirir.

“Qəsb olunmuş Ermənistan” (“Ravished Armenia”) adlı film 1919-cu ildə ABŞ-da çəkilib. Amerikaya yenicə gələn qaçqın ermənilərdə belə bir filmi çəkməyə heç pul demirəm, hay nə gəzirdi.

Bəs bu filmi kim çəkib, nə məqsəd güdüb?

Vaşinqtona son səfərimdə dostum İrena Lasota mənə Günter Levinin “Osmanlı Türkiyəsində erməni qırğını: mübahisəli soyqırımı” (Guenter Lewy, “The Armenian Massacres in Ottoman Turkey: A Disputed Genocide”) kitabını bağışlamışdı. Həmin kitabda müəllif yazır ki, ermənilərin Şərqi Anadoludan deportasiyası genosid siyasəti yox, müharibə dövründə düşmənlə separat işbirliyinin, üsyanların, türklərə edilən qətliamların qarşısını almaq məqsədi güdüb. Qətllər genosid xarakteri daşımayıb, çünki onları hökumətin təşkil etdiyi sübuta yetirilməyib: “Deportasiyanın həqiqətdə Türkiyə ermənilərini qabaqcadan düşünülmüş plana əsasən qırmaq məqsədi daşıdığı bir çox aspektlərə və köçürmənin xüsusiyyətlərinə uyğun gəlmir”.

Rusiyaya sərhəd bölgələrdə, şərqi və mərkəzi Anadoluda yaşayan ermənilər köçürülüb. İstanbul, İzmir və Hələb kimi şəhərlərdən ermənilər deportasiya edilməyib. Ölkənin dəmiryolu olmayan şərq rayonlarından piyada köçürmə zamanı yolda ölənlər heç bir vəchlə soyqırımı prinsiplərinə uyğun deyil. “Osmanlı hökuməti nizamlı proses təşkil etmək istədi, ancaq onu həyata keçirmək üçün vasitəsi yox idi”.

Başqa bölmədə o, Çarlz Dovset və Malkolm E.Yapp (Charles Dowsett, Malcolm E.Yapp) kimi tarixçilərin mənbələrinə, ABŞ-ın Paris Sülh Konfransında Yaxın Şərq üzrə rəsmisi Corc Montqomerinin (George Montgomery) cədvəllərinə, həmçinin İstanbuldakı Erməni Milli Şurasının rəqəmlərinə əsaslanaraq sübut edir ki, həmin dövrdə ölənlərin sayı iddia edildiyi kimi milyon yarım olmayıb. “Həmin dövrdə heç bir ölüm statistikası mövcud deyildi”.

Bu kitabda ən vacib məqamlardan biri də Henri Morgentaunun məktublarıdır. 1912-ci ildə Vudro Vilsonun prezident seçkisi kampaniyasına rəhbərlik etmiş Henri Morgentau 1913-cü ilin noyabrından 1916-cı ilin fevralınadək İstanbulda ABŞ-ın səfiri olmuş, eyni zamanda Türkiyə ilə müharibə aparan Antantanın marağını təmsil etmişdi.

Morgentau ABŞ dövlətinin müharibə siyasətində qələbə çalmasına yardım etmək üçün öz təklifini prezident Vilsona 1917-ci il noyabrın 26-da yazdığı məktubla bildirir. Burada Morgentau müxalifət və müharibəylə bağlı ümidsizliyini ifadə edir və bu vəziyyətdə dəyişiklik yarada biləcək bir kitab dərc edə biləcəyini yazır: “Elə bir kitab yazmaq istəyirəm ki, təkcə Almaniyanın Türkiyə və Balkanlara nüfuz etməsini deyil, eyni zamanda dünyanın istənilən ölkəsində meydana gələn bu tipli sistemi faş edə bilim. Türkiyəyə gəldikdə, burada biz Almaniyanın ən zəhərli halda ziyanlı təsirini görürük – bu isə yaşından asılı olmayaraq hər bir kəsin qətlə yetirilməsində, köməksiz erməni və suriyalıların dəhşətli şəkildə öldürülməsində kulminasiya nöqtəsinə çatdı. Bu əhvalatın belə bir ayrıca detalı və Almaniyanın bu işi təşviq etməsinə gəlincə, kiçik şəhərlərdə və rayonlarda yaşayan amerikalılara müraciət onları nəticəsi qələbə olacaq müharibə aparmaq siyasətinə inandırmağın ən uğurlu vasitəsi olardı”.

Burada erməni qırğınlarının miqyası və mahiyyəti qəsdən təhrif olunur. Türkiyənin, xüsusilə Almaniyanın düşmən obrazı ABŞ hökumətinin okeanın o tayında müharibə siyasətinə bəraət qazandırmış olur.

Təklif qəbul edilir və sonralar ermənilərin erməni soyqırımına görə istinad edəcəkləri əsas sənəd 1918-ci ildə “Səfir Morgentaunun xatirələri” (“Ambassador Morgenthau’s Story”) adlı kitab şəklində nəşr olunur. Onun bu təklifi sonralar başqa ölkələrə münasibətdə də təzyiq siyasəti kimi istifadə olunan yeni üsula, “soyqırımı” terminli siyasi oyun alətinə çevrildi.

Yuxarıda söz açdığım film nə məqsədlə çəkilib? Bu suala ABŞ diplomatı Henri Morgentau filmin baş rollarından birinə çəkilməsi ilə özü aydın cavab verir.

Yüksəklik qərarında yenilik

  • 27 Aprel 2021

Oqtay Gülalıyevin oğlu açıqlama yayıb

  • 27 Aprel 2021

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

Rəylər

Do not miss

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

comments
AktualManşetXəbər

Erməni professorun Mustafa Hacıbəyliyə məktubu

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda