• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sistem məsələsi

  • 09 Aprel 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Azər Qasımlı

Azərbaycanın ən ağrılı problemlərindən biri azad bazar mühitinin və hər kəsin eyni şərtlər altında pul qazanmaq imkanının olmamasıdır. Bizdə nəinki iqtisadi rəqabət və qanun qarşısında bərabərlik yoxdur, hətta tam əksinə, dövlət qeyri-effektiv, oğru zümrənin maraqlarına xidmət edən iqtisadiyyatın bütün ağırlığını iş adamlarının çiyninə qoyub. Xüsusilə də kiçik və orta sahibkarların üzərinə. Dünənə qədər böyüməyə qoymurdular, indi onlara heç qazanmaq imkanı da vermirlər. Azad mühit yaratmaq əvəzinə iş adamlarını müflis edib tuturlar. Bu siyasətin arxasında da yalnız məmurlar deyil, hakim zirvə, yəni sistemin özü durur.

Dövlətin sosial öhdəlikləri var və uşaq pulu da mütləq verilməlidir. Lakin ölkəmizdə iş adamları qazansa, özəl şirkətlər böyüsə, onlar yeni iş yerləri açsa, işçilərə ləyaqətli əməkhaqqı versə, insanların məhz bu vasitə ilə maddi durumu və sosial vəziyyəti yaxşılaşacaq və onlar özlərini təmin edə biləcək, dövlətin verəcəyi uşaq puluna ehtiyacları olmayacaq. Daha çox qazanan iş adamı da dövlətə daha çox vergi ödəyəcək.

Lakin yenə də uşaq pulu verilməlidir və bu, ünvanlı olmalıdır. Yəni hər bir halda dövlət ehtiyacı olan vətəndaşa yardım etməlidir. Həm də bu insanlar üçün iş imkanları axtarmalıdır.

Azərbaycanda hakimiyyətin marağı və qurduğu sistemin mahiyyəti odur ki, hamı ondan asılı olsun. İş adamı da, uşaq puluna ehtiyacı olan da. Nə rəqabətli iqtisadi mühit yaratmaq istəyir, nə də uşaq pulu vermək. Azad iqtisadi mühitin yaradılmasına gələndə hakimiyyət özünü oliqarx-monopolist kimi aparır, uşaq puluna gələndə isə hər şeyi xalqın boynuna yükləmək istəyir. Dediyi də odur ki, büdcədə əlavə pul yoxdur və adamlar özləri qazanıb şəraitlərini düzəltməlidir. Hər şeyi inhisara alır, neft gəlirlərini mənimsəyir, lakin uşaq puluna guya vəsaiti çatmır.

Bir sözlə, Azərbaycanda indiki ədalətsiz, qeyri effektiv və oğurluq üzərində bərqərar olan sistem dəyişməyənə qədər heç nə olmayacaq…

Müəllifin başqa yazıları:

Qarabağ yolunda

Biz yaxşı bilirik…

Bir adamın dərsi

Hansı yol?

Yoluxmalar, itkilər

  • 09 Aprel 2021
  • comments

Bakıdan sonrakı boşluq

  • 09 Aprel 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda