UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasında 1/4 finalçıların sayı 6-ya çatıb. Novator.az-ın məlumatına görə, 1/8 finalın martın 16-da keçirilən cavab oyunlarında “Mançester Siti” (İngiltərə) və “Real” (İspaniya) komandaları mərhələ adlayıblar.
“Portu” (Portuqaliya), “Borussiya” (Dortmund, Almaniya), PSJ (Fransa) və “Liverpul” (İngiltərə) növbəti raunda vəsiqəni ötən həftə əldə ediblər.
1/8 finalda “Latsio” (İtaliya), “Bavariya” (Almaniya), “Atletiko” (İspaniya), “Çelsi” (İngiltərə) komandaları da var.
1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 13, “Bavariya” və “Liverpul” 6, “Portu” 2, “Borussiya” (Dortmund) və “Çelsi” 1 titula sahibdir.