Dövlət Statistika Komitəsi 2021-ci il martın 1-nə iqtisadi fəal əhalinin 4 milyon 888,7 min nəfərini məşğul şəxslər kimi göstərib.
Hesabata görə, fevralın 1-nə muzdlu işçilərin 33,6 min nəfəri iqtisadiyyatın neft-qaz sektorunda, 1 milyon 650,8 min nəfəri qeyri neft-qaz sektorunda çalışıb, orta aylıq nominal əməkhaqqı 690,9 manat olub (neft-qaz sektorunda 3420,5 manat, qeyri neft-qaz sektorunda 633,1 manat, dövlət müəssisələrində 603,4 manat, özəl müəssisələrdə 796,3 manat).
Novator.az bildirir ki, rəsmi statistikada iqtisadi fəaliyyət növləri orta maaş sarıdan belə sıralanır:
mədən sənayesi – 3364,6 manat;
maliyyə və sığorta fəaliyyəti – 1597,2 manat;
informasiya və rabitə – 1073,7 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1011,1 manat;
nəqliyyat və anbar təsərrüfatı – 888,3 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 865,8 manat;
tikinti – 835,9 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 762,1 manat;
emal sənayesi – 657,6 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 566,2 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 561,1 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 553 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 520 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 516,7 manat;
təhsil – 505,8 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 492,3 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 424,2 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 404,1 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 654,7 manat.