• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qaynamayan xətt

  • 05 Mart 2021
  • Posted in ManşetTribunaYazarlar
0
SHARES
FacebookTwitterPinterest

Qulu Məhərrəmli
Filologiya elmləri doktoru

Bir ay əvvəl Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda qaynar xəttin dayandırılması və bu sistemə aid otağın hansısa şuraya verilməsi barədə “Feysbuk” statusumun mediada işıqlandırılması və ictimaiyyətin reaksiyası müəyyən bəhrə verdi, amma problemi həll etmədi. Mövzunun həssaslığını anlayan Dilçilik İnstitutu 2020-ci ilin dekabrından fəaliyyəti dayandırılmış (dediklərinə görə, pandemiya səbəbindən(?) xəttin şəhər nömrəsini tez-tələsik əlaqə telefonu kimi işə salıb, amma bütövlükdə söndürülmüş serveri, interneti və elektron xidməti bərpa etməyib. Sadəcə, bir adam ayırıb ki, iş saatlarında dədə-baba qaydası ilə zənglərə cavab versin. Saat 17-dən sonra və şənbə-bazar günlərində həmin zənglərə cavab verilmir. Daha bunun nəyi qaynar xətt oldu?

Bu bacarıqsızlıq bir yana qalsın, hələ ictimaiyyətə yanlış məlumat da verilir. Milli Elmlər Akademiyasının saytı Dilçilik İnstitutuna istinadla belə bir məlumat yayıb ki, qaynar xəttin fəaliyyət göstərməməsi barədə deyilənlər həqiqəti əks etdirmir. Adamı heyrət bürüyür: ya bunlar ümumən müasir texnologiya kimi elektron sistemə əsaslanan qaynar xətt anlayışından xəbərsizdirlər, ya da ana dilinə gerçək münasibətləri budur.

Bütün dünyada, xüsusən dil qurumları olan ölkələrdə qaynar xətt müasir dildə gedən prosesləri öyrənməyə, nöqsanları aradan qaldırmağa və dildə üzə çıxan mübahisələri aydınlaşdırmağa xidmət edən sistem kimi fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı dövlət proqramı”nda xüsusi maddə ilə Dilçilik İnstitutunda qaynar xəttin yaradılması vacib hesab olunub və akademik Tofiq Hacıyevin rəhbərliyi dövründə həmin xətt böyük əziyyətlər hesabına ərsəyə gətirilərək istifadəyə verilib.

Təəssüf ki, indi bu işə cavabdeh olanlar ana dilinə xidməti yalnız “möhtəşəm” iclaslar keçirib dilin inkişafı haqqında moizələr oxumaqda, yalançı tədbirlərlə gözə kül üfürməkdə görürlər. Bir aydan çoxdur ki, problemin ictimailəşməsinə baxmayaraq elektron sistem kimi qaynar xəttin bərpası üçün heç bir addım atılmayıb, yalnız işin üstünü malalamağa, sadəcə, nömrəni şəhər telefonuna qoşmaqla görüntü yaratmağa çalışıblar. Bu, ictimai əhəmiyyəti olan bir işə saymazyana münasibətdir, millətin dil probleminə, dövlətin dil quruculuğu siyasətinə hörmətsizlikdir. Qaynar xəttin serverinin söndürülməsi, avtomat xətlərin sıradan çıxarılması, proqram təminatının pozulması məsuliyyətsizliyin nəticəsi, ana dilinə qəsddir.

Hamı inanırdı…

  • 05 Mart 2021

YAP-ın qurultayı gedir

  • 05 Mart 2021

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Təhlükə var

comments
ManşetXəbər

Gömrükdə xəta: Konstitusiya Məhkəməsi yeni qərar çıxardı

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Təhlükə var

comments
ManşetXəbər

Gömrükdə xəta: Konstitusiya Məhkəməsi yeni qərar çıxardı

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

comments
Dünyanın səsiManşetXəbər

Hacıqabuldan Rusiyaya mesaj

comments
Dünyanın səsiManşetXəbər

Rusiya ora 100 mindən çox qoşun yığıb – Jozep Borrel

comments
Dünyanın səsiManşetXəbər

Media azadlığı: Azərbaycan 180 ölkə arasında 167-cidir

comments
ManşetXəbər

Səbinə Əvəzqızından təşəkkür

comments
Dünyanın səsiManşetŞərh

Parad hazırlığına etiraz

comments
Dünyanın səsiManşetŞərh

Gənclərdə pandemiya yorğunluğu – “Deutsche Welle”

comments
Dünyanın səsiManşetXəbər

Azərbaycanın əsas ticarət tərəfdaşları

comments
Dünyanın səsiManşetXəbər

Rusiya Krımda yeni hərbi düşərgə salır – “Şpigel”

comments
Dünyanın səsiManşetŞərh

Üsyanın şərhi

comments
ManşetŞərh

Avtomobil istehsalı???

comments
Dünyanın səsiManşetŞərh

“Ağıllı kənd”ə hazırıqmı?

comments
Dünyanın səsiManşetŞərh

Sabiq səfir: “Rusiya beynəlxalq əhəmiyyətini itirmək riskinə gedir”

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
ManşetXəbər

Orta maaş hesabatı

comments
Dünyanın səsiManşetTribuna

Ərdoğanın kanal layihəsi və Montrö baryeri – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Nazir: “Rusiya Krımda nüvə silahı yerləşdirə bilər”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda