• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qanundan… kənar

  • 03 Mart 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Rövşən Ağayev

Jurnalist dostlardan biri elektron poçtuma məktub göndərib. Təəccüblə yazır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti işləri necə tendersiz həyata keçirilə bilər?!.

Qarabağdakı hərbi qələbədən sonra çox adamın idarəetmədə şəffaflıq və hesabatlılıq islahatlarına ümidi yaranmışdı. Bunu toplumumuzun böyük kəsiminin saflığına bağlamaq lazımdır.

Açığı, mənim şəffaflıq və hesabatlılıq ümidim heç vaxt olmayıb. Azad mediaya, azad seçimə, şəffaf, peşəkar və etibarlı statistikaya, sivil toplumun sərbəst fəaliyyətinə dözümlü münasibət göstərməyən, bunda maraqlı olmayan idarəçilikdən nə umasan?

Tender məsələsinə gəldikdə, “Dövlət satınalmaları haqqında” qanunun çox ciddi problemləri var. Qanun qeyd edir ki, dəyəri 50 min manatı ötən bütün dövlət satınalmaları açıq tender əsasında həyata keçirilməlidir (17.1-ci maddə). Amma ardınca yazılır ki, müvafiq dövlət qurumunun təsdiqi əsasında 50 min manatdan yuxarı dəyəri olan satınalmalar digər üsullarla da aparıla bilər (17.3-cü maddə). Bunun üçün şərtlər nədir, əsaslandırma necə olmalıdır – bu məqamın üzərindən sükutla keçilir.

Yaxud qeyri-rəqabətli satış üsulu kimi “bir mənbədən satınalma” üsulunun (21-ci maddə) qanunda saxlanması lazım gələndə hüquqi əsaslandırmalar üçün münbit şərait yaradır. Ona görə də qabaqcıl ölkələr kimi bütün qeyri-rəqabətli satınalma üsullarını qanundan çoxdan çıxarmaq (ya da maksimum məhdudlaşdırmaq) lazım idi. “Dövlət satınalmaları haqqında” qanunda məmurlara açıq tenderdən yayınmağa bəhanə (əsas) verən heç bir müddəa olmamalıdır.

Qarabağdakı bərpa və tikinti işləri xarakterinə və həcminə görə dövlət satınalmaları qanununda nəzərdə tutulan 6 satınalma üsulundan yalnız birinə – açıq tenderlərə uyğun gəlir. Açıq tender üçünsə gərək ictimai qaydada tender elanları olsun, nəticələrlə bağlı bildirişlər çap edilsin, tender müqavilələrinə dair məlumatlar elektron satınalma portalı vasitəsilə yayılsın… Bunların heç biri olmayıb. Deməli, jurnalist dostumuzun həyəcanla yazdığı kimi, bütün işlər hətta formal satınalmaya ehtiyac olmadan aparılır…

Müəllifin başqa yazıları:

Pensiya yaşı artsınmı?

Gedən pul gələn pulu yeyir

Aclıq, yoxsa yoxsulluq həddi?

Gerçək SSRİ və gerçək Rusiya…

İdxal azaldı: manat dinclik tapa bilərmi?

Büdcə: dəyişən nədir, dəyişməli olan nə?

Dollar pəhrizi

Pambığın ağır yükü

Ucuz manat niyə ixraca yol açmır?

Zənginlərin pulunu necə saymalı?

Milli gəlirdən kimə nə çatır?

Dərmanın çarəsi

Qalan 4 ayda manatı nə gözləyir?

Məşğulluq niyə leqallaşmır?

Nazirin dedikləri və gerçəklik

İşsizləri udan sirli mənbə

Sadə verginin çətin məqamları

Bahalıq tarifləri

Qara qutunu ağardanda…

Minimum təkliflər

Uşaq pulu təklifləri: çıxış yolu nədir?

Statistika islah edilməlidir. Kökündən

Böyük pullar kimlərin işinə yarayıb?

Artan idxalın cavabsız sualı

İslahat mübahisələri: gerçək islahatlar necə olur?

Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar

Vətəndaşın səsi – rifaha yol

İş yeri statistikasından doğan suallar

Niyə tıxacdayıq?

Büdcəni necə müzakirə etməli?

Ümidsizliyin çarəsi

Avtomobil parkımız niyə köhnəlir?

Dərdə dərman

Qazaxıstanla fərqimiz

Milyardların ünvanı

Qərar müşkülünün çözümü

Birjamız olsa…

Həm işsiz, həm müdafiəsiz

Əriyib yoxa çıxmaq

Sual və əsl sual

“The Telegraph”: “Onlar ölməmiş öz yurdlarını görm...

  • 03 Mart 2021
  • comments

65 dollardan ucuz…

  • 03 Mart 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
ManşetXəbər

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qoşa seçkinin ittifaqları

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
ManşetXəbər

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda