• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sosial şəbəkələr bağlana bilərmi? – Rusiyada dörd ssenari

  • 19 Fevral 2021
  • Posted in Dünyanın səsiManşetTribunaYazarlar
0
SHARES
FacebookTwitterPinterest

Rusiya paytaxtı Moskvada ingilis dilində nəşr olunan “The Moscow Times” qəzetində “Kreml Rusiyada Qərb sosial şəbəkələrini bağlamaq üçün dörd variantdan istifadə edə bilər” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi İlya Klişindir. İlya Klişin vaxtilə “Dojd” telekanalının saytının baş redaktoru, RTVİ telekanalının bölmə rəhbəri olub. Hazırda media konsultantı kimi çalışır. 2015-ci ildə Böyük Britaniyanın “The Guardian” qəzeti İlya Klişinin adını Moskvanın ən perspektivli 30 gəncinin siyahısında qeyd edib. Novator.az saytı İlya Klişinin “The Moscow Times” qəzetində dərc olunan məqaləsini ingiliscədən çevirərək qısa ixtisarla təqdim edir.

Rusiya illərdir “Facebook”, “Twitter” kimi sosial şəbəkə nəhənglərini bloklayacağı barədə hay-küy salır, boşuna təhdidlər edir. Bəs bu dəfə təhdidlər gerçək olsa, onda necə? Bu halda nə baş verə bilər?

“Rossiya seqodnya” beynəlxalq televiziya kanalının və “Sputnik” informasiya agentliyinin rəhbəri Marqarita Simonyan bu yaxınlarda Rusiya ərazisində xarici sosial şəbəkələrin qadağan olunmasına açıq şəkildə çağırış etdi.

Gülünc çağırışdır. Amma müşahidəçilər hesab edirlər ki, Marqarita Simonyan bu çağırışı ilə Rusiya hakimiyyətinin nə qədər xoflandığını da büruzə verib.

Hakimiyyətin müxalifət lideri Aleksey Navalnını qanunsuz şəkildə həbsxanaya atması və onun azadlığa buraxılmasını tələb edən iki ümummilli etiraz nümayişinə qarşı amansız davranması göstərir ki, Kreml bu ilin payızında keçiriləcək parlament seçkisinə qədər, bəlkə ondan sonra keçiriləcək prezident seçkisinə kimi də Rusiya cəmiyyətinə təzyiqləri artırmaq fikrindədir.

Cərəyan edən proseslər qətiyyən təzyiqlərin azalacağından xəbər vermir, buna heç bir işıq ucu görünmür. Rusiyanın dəyənəkli, qalxanlı xüsusi təyinatlıları irəliləməkdə davam edir, onsuz da məhdudlaşmış ifadə azadlığı hər addımda tapdanır. Hakimiyyət hüquqi prosedurları və ictimai rəyi vecinə almadan etirazçılara cinayət işləri açır.

Baş verənlər rusiyalıların böyük əksəriyyətini narahat edir. Adamlar düşünürlər: görəsən, olan-qalan müstəqil media qurumları və beynəlxalq sosial şəbəkələr bağlanacaqmı?

Rusiya hakimiyyəti xarici sosial şəbəkələri Çindəki kimi birbaşa bağlaya bilmir; bunu bir gecədə həyata keçirmək texnoloji baxımdan çox çətindir. Rus senzurası iki il cəhd göstərsə də, “Telegram” messencerini bloklaya bilmədi.

Ancaq hökumət sosial şəbəkələri gerçəkdən, siyasi mübaliğəni bir qırağa qoyub bağlamağı planlaşdırırsa, bunu dörd mümkün ssenari ilə həyata keçirə bilər.

Birinci ssenari. Ən sərt üsula əl atılır, bütün xarici sosial şəbəkələr – “Facebook”, “İnstagram”, “Twitter” və “YouTube” bloklanır, təkcə onların yerli (Rusiyadakı) rəqiblərinə işləmək imkanı verilir.

Bunu etmək texnoloji cəhətdən son dərəcə çətin olacaq, bundan ötrü Rusiyanı qlobal internet şəbəkəsindən demək olar tamamilə ayırmaq lazım gələcək. Üstəlik, bu yol Rusiya iqtisadiyyatına böyük zərbə vura bilər. Hakimiyyət bu variantı Qərblə şiddətli qarşıdurmaya getsə seçə bilər.

İkinci ssenari. Xəbərdarlıqlar edilir. Hakimiyyət qəzəbini bir sosial şəbəkəyə yönəldir, amma bununla digər şəbəkələrin də gözünün odunu alıb onları itaətə yönəltmiş olur.

Bu variantda əsas hədəf kimi, çox güman, “YouTube” seçiləcək. Rusiyanın kəşfiyyat agentlikləri xeyli müddətdir Navalnının korrupsiya faktlarını ifşa edən ictimai-siyasi məzmunlu videolarının senzurasız yayılmasında və etiraz mitinqlərinin təşkilində “YouTube”un rolunu izləyir.

Bununla belə, Rusiya hakimiyyəti hətta bu ssenaridə də daha çox xəbərdarlıq etmək üsulundan yararlana bilər, çünki “YouTube”un qarşısını almaq milyonlarla deyil, milyardlarla dollara başa gələsi bir işdir.

Üçüncü ssenari. Danışıqlar aparıla bilər. Böyük ehtimalla, rus senzorları bu varianta üstünlük verərlər. Onlar xarici platformaları “Rusiya qanunlarına riayət etməyə” inandıracaqlarına, tutalım, müxalifət videolarının və ya ictimai etiraza çağırışların həmin platformalardan silinməsinə nail olacaqlarına ümid bəsləyə bilərlər.

Belə olan halda xarici platformalar yəqin ki, “İtalyan tətili” üsulu ilə davranacaqlar: özlərini elə göstərəcəklər ki, guya Rusiya hakimiyyəti ilə razılaşıblar, amma on minlərlə videonu silmək üçün heç bir addım atmayacaqlar.

Dördüncü ssenari. Ən çox ehtimal olunan, ən ağlabatan variant budur. Hakimiyyət orqanları Rusiyanın mobil operatorlarına və internet provayderlərinə xarici sosial şəbəkələrin fəaliyyətini sabotaj etməyi tapşıracaq. Beləliklə, ya etirazçıların toplaşdığı günlərdə, ya da elə həmişə internetdə məhdudiyyətlər, problemlər ortaya çıxacaq. Məsələn, “YouTube”un açılması üçün onu dörd-beş dəfə klikləməli olacaqsız, yoxsa bəzi videolara heç cür baxa bilməyəcəksiz.

Həmin platformalarla rəqabət aparan rus saytları isə maneəsiz işləyəcək. Üstəlik, yerli saytlara pulsuz trafik verilə bilər ki, bunu da bəzi deputatlar bu yaxınlarda təklif ediblər və çox güman, həmin təklif qəbul olunub icraya yönəldiləcək.

Mənbə: Themoscowtimes.com

Qərarlar anonsu

  • 19 Fevral 2021

Qaribaşvili baş nazirliyə qayıdır

  • 19 Fevral 2021

Son materiallar

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
TribunaYazarlar

Mənim adım

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

Rəylər

Do not miss

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

Son materiallar

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
TribunaYazarlar

Mənim adım

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

comments
Dünyanın səsiXəbər

Mübariz Mənsimov həbsdən çıxdı

comments
Dünyanın səsiManşetŞərh

“The Economist”: “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar”

comments
ManşetXəbər

Hakim partiya necə yenilənir?

comments
ManşetŞərh

Qadınlar: parlamentdə və…

comments
ManşetXəbər

YAP-ın qurultayı gedir

comments
ManşetTribunaYazarlar

Qaynamayan xətt

comments
ManşetTribunaYazarlar

Hamı inanırdı…

comments
Dünyanın səsiManşetXəbər

Müsavat parlamentə müraciət etdi

comments
ManşetXəbər

İmtahan qaydalarında yenilik

comments
ManşetXəbər

1,7-li 3 il

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

comments
Dünyanın səsiManşetŞərh

İkiqat maska virusun qarşısını necə alır? – “Sky News”

comments
ManşetXəbər

Müsavatın təklifləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda