• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çingiz xan pandemiyanın qurbanı olub? – “Şpigel”

  • 17 Fevral 2021
  • Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar
0
SHARES
FacebookTwitterPinterest

Almaniyanın “Şpigel” (“Der Spiegel”) jurnalında Monqol hökmdarı Çingiz xanın (1162-1227) ölümü ilə bağlı yazı dərc edilib. “Ehtimal: Çingiz xan əslində nədən ölüb?” başlıqlı yazının müəllifi “Şpigel”in elm və texnologiyalar şöbəsinin redaktoru Frank Tadeuşdur. Novator.az saytı yazını almancadan çevirərək təqdim edir.

Rəvayət doğrudursa, onda ölümündən sonra Çingiz xanın məzarı təhqir olunub. Deyilənə görə, minlərlə əsgər Monqol hökmdarının basdırıldığı yeri atın ayağına verib elə tapdaq-tapdaq eləyiblər ki, məzardan əsər-əlamət qalmayıb. Rəvayətə görə, Çingiz xanın özü belə vəsiyyət edibmiş. 800 il qabaq dünyadan köçəndə o, Yer üzündə qəbir izinin qalmasını istəməyibmiş.

İndiyədək Çingiz xanın qəbrini tapmaq üçün neçə-neçə arxeoloji ekspedisiya təşkil olunub. Hətta onun basdırıldığı yeri tapmaqdan ötrü tədqiqatçılar peyk görüntülərindən də istifadə ediblər. Amma bu cəhdlər hələ bir nəticə verməyib. Hələ də heç kim bilmir Çingiz xan harada dəfn olunub.

Onun Sakit okeandan Xəzər dənizinədək nəhəng və qüdrətli, Roma imperiyasından təxminən iki dəfə yarım böyük imperiyası olub.

Qəbrinin, qalıqlarının tapılmaması Çingiz xan barəsində rəvayətlərin, əfsanələrin daha da çoxalmasına rəvac verib.

Monqol sərkərdəsinin meyitinin tapılmaması onun ölümünün səbəbi istiqamətində də xeyli fərziyyəyə yol açıb.

Məşhur fərziyyələrdən birinə görə, Çingiz xan atdan yıxılıb və ölümcül xəsarət alıb. Amma bu heç də köçəri xalqın başçısına yaraşan bir sonluq deyil.

İndiki gündə xoş qarşılanmayacaq bir məşhur fərziyyə də var. Deyirlər bir şahazadə qız xanı axtalayıb və Çingiz xan qanaxmadan ölüb. Aydın məsələdir ki, buna qəhrəmancasına ölüm kimi baxmaq mümkün deyil.

İtaliyalı paleopatoloq Françesko Qalassi isə hesab edir ki, bu əfsanələri Çingiz xan kimi görkəmli tarixi şəxsiyyətlə bağlı nəsə qeyri-adi bir sonluq düzəltmək üçün uydurublar.

Çingiz xan Qərbi Xia sülaləsi ilə müharibə apardığı dövrdə ölüb. Monqollar bu sülaləni məğlub ediblər. Bununla belə, taun xəstəliyi Çingiz xanın ordusunda xeyli adamı qırıb. Xanın vəziri taunun qarşısını rübab (rəvənd) bitkisinin köməyilə almağa çalışıb. Yəqin ki, faydası olmayıb.

İndi Françesko Qalassi İnfeksion Xəstəliklər üzrə Beynəlxalq Cəmiyyətin jurnalında (“İnternational Journal of İnfectious Diseases” – ingilisdilli elmi nəşrdir) çap etdirdiyi yeni məqaləsində yazır ki, Çingiz xan, çox güman, taun xəstəliyinin qurbanı olub.

Bu fərziyyənin xeyrinə işləyən faktlardan biri odur ki, ölümündən qabaq 8 gün ərzində Çingiz xanın yüksək hərarəti olub. Qızdırma simptomu və hökmdarın qısa müddətə canını tapşırması Çingiz xanın o dövrdəki pandemiyaya qurban getdiyi, tauna yoluxub öldüyü diaqnozuna uyğun gəlir. Qalassi o vaxt Monqol ordusunun müharibə apardığını xatırladıb yazır ki, ordunun qələbə əzmini qırmamaq üçün xanın vəziyyətini gizli saxlayıblar.

İtaliyalı alim Çingiz xanın ölümü ilə bağlı miflərin də sonradan məqsədli şəkildə uydurulduğunu güman edir. Çünki XIII yüzillikdə adamlar Çingiz xan kimi fatehin anlaşılmaz bir xəstəliyə (o dövrdə taun belə xəstəlik idi) yenildiyinə sadəcə inana bilməzdilər.

Frank Tadeuş

Mənbə: Spiegel.de

Kənddə maaş: rəsmi tövsiyə yeniləndi

  • 17 Fevral 2021

Əməkhaqqı göstəriciləri nəyə işarədir?

  • 17 Fevral 2021

Son materiallar

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
TribunaYazarlar

Mənim adım

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

Rəylər

Do not miss

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

Son materiallar

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
TribunaYazarlar

Mənim adım

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

comments
Dünyanın səsiXəbər

Mübariz Mənsimov həbsdən çıxdı

comments
Dünyanın səsiManşetŞərh

“The Economist”: “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar”

comments
ManşetXəbər

Hakim partiya necə yenilənir?

comments
ManşetŞərh

Qadınlar: parlamentdə və…

comments
ManşetXəbər

YAP-ın qurultayı gedir

comments
ManşetTribunaYazarlar

Qaynamayan xətt

comments
ManşetTribunaYazarlar

Hamı inanırdı…

comments
Dünyanın səsiManşetXəbər

Müsavat parlamentə müraciət etdi

comments
ManşetXəbər

İmtahan qaydalarında yenilik

comments
ManşetXəbər

1,7-li 3 il

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

comments
Dünyanın səsiManşetŞərh

İkiqat maska virusun qarşısını necə alır? – “Sky News”

comments
ManşetXəbər

Müsavatın təklifləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda