Yaxın ölkələrdə nə qədər xəstə var?
- 16 Fevral 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Son rəsmi hesabata görə, Azərbaycanda 2254 aktiv koronavirus xəstəsi var.
Worldometers.info dünyada 22,8 milyondan çox koronavirus xəstəsinin müalicə aldığını bildirir. Yaxın ölkələr xəstə sayı baxımından belə sıralanır:
Rusiya – 398534 nəfər
İran – 162665
Ukrayna – 132304
Türkiyə – 84131
Qazaxıstan – 15514
Litva – 12823
Estoniya – 10865
Latviya – 10066
Belarus – 8900
Moldova – 8883
Ermənistan – 5003
Gürcüstan – 3627
Qırğızıstan – 1729
Özbəkistan – 870.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb.
Novator.az rəsmi hesabata istinadla bildirir ki, 2021-ci il fevralın 15-dək 232197 yoluxma, 3183 ölüm rəsmiləşib.
2020-ci ildə 218700 nəfər yoluxub, 2641 xəstə həyatını itirib.
2021-ci ilin yanvarında 11519 yoluxma, 491 ölüm olub.
Fevralın ilk 15 günü 1978 yoluxma, 51 ölümlə arxada qalıb.