• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəs 400 milyon manat?

  • 02 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İqtisadçı Rövşən Ağayev yazır ki, Azərbaycanın dövlət şirkətləri hesabatlılıq və şəffaflığın çox aşağı səviyyəsi, korporativ idarəetmə və ictimai nəzarət imkanının yoxluğu ilə məşhurdur: “Belə şəraitdə xərclərin formalaşması, vəsaitlərdən səmərəli istifadə ilə bağlı quru statistik rəqəmlər ictimai güvən qazana bilməz. Heç olmasa Hesablama Palatası hər il bu şirkətləri kənar ictimaiyyət adına audit edə, hesabatların nəticələrini ictimailəşdirə bilər (Türkiyədə olduğu kimi), bu da yoxdur”.

Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, tariflər hesabına davamlı olaraq gəlirləri artırmaq çıxış yolu deyil, xərclər optimallaşmasa, dövlət şirkətlərini büdcənin boynundan endirmək mümkün olmayacaq: “Elə götürək tarifləri qaldırmaq çempionu “Azərsu”nu. 2019-cu maliyyə ilinin nəticələrinə görə, şirkətin yekun zərəri 592,5 milyon manat olub. Satışların maya dəyəri və bütün digər əməliyyat xərcləri ilə birlikdə məcmu xərclər 800 milyon manat ətrafında dolaşıb. Şirkətin ümumi gəliri 200 milyon manatdan bir az çox göstərilib. Nəticədə 600 milyon manata yaxın əməliyyat zərəri yaranıb.

İndi deyək tarifləri iki dəfə artırmaqla zərərin 200 milyon manata yaxını xalqdan çıxarıldı. Bəs hazırkı xərcləmələrlə yerdə qalan 400 milyon manatlıq zərər necə qapanacaq? Yenə də büdcədən sorma davam edəcək? Bəs xərcləri optimallaşdırmaq üçün hansı tədbirlər var? Niyə Hesablama Palatası hansı xərc maddələrində mümkün şişirtmələrin olduğuna dair mövqeyini ortaya qoymasın? Bu qurum hansı gün üçün yaradılıb?”

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müraciətinə baxan Tarif (qiymət) Şurası fevralın 1-dən əhali üçün bir kubmetr suyun qiymətini Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 70 qəpiyə, digər inzibati ərazi vahidlərində 60 qəpiyə, bir kubmetr tullantı suyunun axıdılması xidmətinin qiymətini ölkə üzrə 30 qəpiyə qaldırıb.

2016-cı il mayın 16-dan bir kubmetr su Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 35 qəpiyə, digər inzibati ərazi vahidlərində 30 qəpiyə satılıb, tullantı sularının axıdılması xidmətinin tarifi ölkə üzrə bir kubmetr üçün 15 qəpik olub.

Suyun qiyməti dəyişdi

Bahalı suyun yükü

Artım arqumentləri, gerçək arqumentlər

 

Şuşada məktəb tikintisi: prezidentlə müzakirə apar...

  • 02 Fevral 2021
  • comments

Köçəryan Ermənistandan çıxmaq icazəsi alıb

  • 02 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda