• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pandemiya təmizkarlığı faydalı mikroblara mənfi təsir edə bilər

  • 24 Yanvar 2021
  • Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar
0
SHARES
FacebookTwitterPinterest

ABŞ-ın Pensilvaniya Universiteti nəzdindəki Perelman Tibb Məktəbinin dermatologiya üzrə dosenti Jül Lipof pandemiya dövründə güclənən şəxsi gigyena tədbirlərinin bədənimizdəki faydalı mikroblara mənfi təsir edəcəyindən, orqanizmlə bakteriyalar arasındakı təbii tarazlığı poza biləcəyindən narahatlığını ifadə edib. Novator.az saytı onun “The Philadelphia İnquirer” qəzetində dərc etdirdiyi məqaləni ingiliscədən çevirərək təqdim edir.

Təmizkarlıq imandan gəlir, deyiblər. Təmizkarlığın həm də koronavirusu yaxın buraxmadığını deyirlər, elədirmi? Həkimlərin çoxu kimi mən də işimdə, gündəlik həyatımda əl yumaq vərdişini həmişə üstün tutmuşam. Hazırkı pandemiya dövründə isə təmizkarlıq daha böyük önəm daşımağa başlayıb. Əllərimizi yaxşı yumasaq təsadüf nəticəsində virusa yoluxa bilərik, yaxud istər-istəməz kimlərisə yoluxdura, hətta kimlərinsə ölümünə səbəb ola bilərik.

Amma o biri yandan bir dermatoloq kimi mən bakteriya ilə bədənimiz arasında çox mürəkkəb balansın olduğunu da bilirəm. İndi pandemiya dövründə özümüzü hər cür infeksiya mənbəyindən qorumağa çalışırıq. Ancaq məsələnin başqa tərəfi var: bizim bədənimizdə çoxlu faydalı mikroblar yaşayır; ona görə faydalı ki, həmin mikroblar orqanizmin normal funksiya göstərməsində mühüm rol oynayır.

Bəs biz necə edək ki, bir yandan zərərli infeksiyaları bədənimizdən qovaq, o biri yandan da faydalı mikrobiomu – dərimizdəki, bağırsaqlarımızdakı həyat əhəmiyyətli bakteriyaları qoruyaq? Necə edək ki, düzgün balansı tapaq, tarazlığı pozmayaq?

Bu yaxınlarda “Təmizlik: yeni dəri elmi” adlı yenicə nəşr olunmuş bir kitabı oxudum. Müəllifi Yel Universitetinin profilaktik tibb üzrə həkimi, eyni zamanda “The Atlantic” jurnalının yazarı Ceyms Hemblindir. O, təmizkarlığın zamanla həyat tərzimizə necə çevrildiyini əyləncəli şəkildə araşdırıb. Kitabında “Duş almaq həqiqətən vacibdirmi?” kimi suallar qoyub. Hemblin bunu yoxlamaq üçün hətta bir müddət çimməyib və görüb ki, hər şey qaydasındadır, özünü yaxşı hiss edir.

Açığını desəm, duş almamaq yuyunmamaq demək deyil, sadəcə, bütünlüklə suya girməmək anlamına gəlir. Mən xüsusilə quru dərisi və ekzeması olan pasiyentlərimə isti su ilə deyil, ilıq su ilə yuyunmağı, suyun altında 10 dəqiqədən artıq qalmamağı, maçalka və kisədən istifadə etməməyi məsləhət görürəm. Yalnız bədəndə iy verən, apokrin tər vəziləri ifraz olunan nahiyələri – qoltuqaltı və intim yerləri sabunlamağı (özü də ətirsiz sabunla) tapşırıram. Həmin nahiyələri cəld şəkildə sabunlasanız, inanın mənə, bədəninizdən heç bir xoşagəlməz qoxu gəlməyəcək! Təpədən-dırnağa yuyunmağa isə ehtiyac yoxdur.

Mən uzun illərdir dermatoloq kimi çalışıram və bu məsləhətləri pasiyentlərimə hər gün verirəm. Öz təcrübəmdə təmizlik xəstəsi olan bir çox pasiyentlə qarşılaşmışam ki, əslində onların etdikləri xeyirdən çox ziyan gətirir.

Bədən iyi bizim müasir cəmiyyətimizdə nə qədər xoşagəlməz qarşılansa da, əslində, onun başqaları ilə görüşəndə yaratdığı çətinlikdən savayı heç bir zərəri yoxdur.

İndi biz hamımız təmizkar qalmağın min bir yolunu axtarırıq. Amma təkidlə məsləhət görürəm: məsələni qəlizləşdirməyin, ifrata varmayın.

Cəmiyyət içinə çıxanda maska taxın və əlinizi yuyun. Dəriniz quruyursa nəmləndirici krem çəkni. Mən vazelin yağı (Vaseline/petroleum jelly) çəkirəm. Barmaqlarınız donursa bir azca tibdə istifadə olunan superyapışqan çəkə bilərsiz. Amma elə etməyin ki, barmaqlarınız bir-birinə yapışsın.

COVİD-19 dövründə təbii qalmaqla təmizkar olmaq arasında tarazlığı qorumaq çətindir, amma siz buna çalışmalısınız.

Jül Lipof,
Pensilvaniya Universiteti,
Perelman Tibb Məktəbinin dosenti 

Mənbə: İnquirer.com

SOCAR-ın idarəçiliyi yeniləndi

  • 23 Yanvar 2021

Sınan pəncərəyə görə 6 il həbs – Gənc riyazi...

  • 24 Yanvar 2021

Son materiallar

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
TribunaYazarlar

Mənim adım

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

Rəylər

Do not miss

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

Son materiallar

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
TribunaYazarlar

Mənim adım

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

comments
Dünyanın səsiXəbər

Mübariz Mənsimov həbsdən çıxdı

comments
Dünyanın səsiManşetŞərh

“The Economist”: “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar”

comments
ManşetXəbər

Hakim partiya necə yenilənir?

comments
ManşetŞərh

Qadınlar: parlamentdə və…

comments
ManşetXəbər

YAP-ın qurultayı gedir

comments
ManşetTribunaYazarlar

Qaynamayan xətt

comments
ManşetTribunaYazarlar

Hamı inanırdı…

comments
Dünyanın səsiManşetXəbər

Müsavat parlamentə müraciət etdi

comments
ManşetXəbər

İmtahan qaydalarında yenilik

comments
ManşetXəbər

1,7-li 3 il

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

comments
Dünyanın səsiManşetŞərh

İkiqat maska virusun qarşısını necə alır? – “Sky News”

comments
ManşetXəbər

Müsavatın təklifləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda