• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Rusiya Avropa ola bilmədi”

  • 18 Yanvar 2021
  • Posted in Dünyanın səsiManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

“Pandemiya özü ilə güclü bir qlobal silkələnmə gətirdi. Bütün bunlar dünyanın yarısını lərzəyə gətirən 2001-ci ilin 11 sentyabrı və 2008-ci ilin iqtisadi böhranı ilə müqayisədə daha sarsıdıcı təsir bağışlayır. Pandemiya özünü belə büruzə verdi, ilk dəfədir dünya eyni vaxtda eyni təhlükədən qorxub çəkinir. Məncə, bir çox zədələrin, tramvaların təsirləri indən sonra özünü daha çox, daha böyük mənada hiss etdirəcək”. Fransanın sabiq xarici işlər naziri Über Vedrin bu fikirdədir.

Novator.az-ın məlumatına görə, Über Vedrin “Le Figaro” qəzetinə açlıqlamasında elmi dairələri də qınayıb: “Onilliklər boyu alimlər planetimizi gözləyən təhlükələr barədə dəfələrlə xəbərdarlıq etsələr də, virusoloqlar fərqli düşünürdülər. Onlar hesab edirdilər ki, pandemiya müəyyən dəyişikliklərin, urbanizasiyanın ortaya çıxardığı problemdir. Pandemiya ilə bağlı prosesləri hətta meşələrin qırılmasıyla da əlaqələndirirdilər. Sonuc bəllidir. İndən sonra vacib deyil biz koronavirusun kapitalistlərin, yoxsa kommunistlərin “təcridetmə virusu” olduğunu araşdırıb müzakirə edək, çünki nəticə artıq ortalıqdadır. COVİD-19 virusu başqa virusların yaranmasına da şərait yaradıb. Biz bu pandemiya qovğasından dərs alıb daha böyük çətinliklərə hazır olmalıyıq. Baş verənlər təbiətin müqavimətini zəiflədib böyük ekoloji təhlükələr törədə bilər”.

Sabiq nazir intellektualların, elita nümayəndələrinin, bütün dünyada pandemiya ilə bağlı qərar qəbul edən vacib simaların hələ də insan varlığı haqda həqiqəti düzgün anlamadığını söyləyib: “Pandemiya iki fərqli məfhumun – ədəbiyyat və elmin nəhayət vahid xətt üzərində birləşməsini labüd edir. Qərb XVIII əsrdən başlayaraq yanlışlığa yol verdi, bu iki sahəni bir-birindən ayırdı. “Təbiət” və “mədəniyyət” anlayışları bir olmalıdır. Bu çox vacibdir. Mən bütün bunlardan sonra ənənələri sarsılan Qərbi gələcəkdə nə gözlədiyini deyə bilmərəm. Ola bilər ki, bu gedişat intellektual intibahla nəticələnsin, yaxud da proseslər elmdə böyük sıçrayışa səbəb olsun. Ancaq vacib olan daha bir sual var: dövrümüzün reallığı parçalanan dünyanı bölünməkdən xilas edə biləcək, ya yox? Artıq Qərb dünyası hakimiyyət üzərində monopoliyanı itirib. Çin və ABŞ arasında davam edən münaqişələr də heç yeni deyil. Bu gərginlik Si Cinpin Çində hakimiyyətə gələndən başlanmışdı, Donald Tramp sadəcə ABŞ prezidenti olanda buna cavab verməyə davam etdi.

Daha sonra bir məsələ də məlum oldu. Aydın oldu ki, Qərbin narahatlığına baxmayaraq Rusiya elə rus ölkəsi olaraq qalıb. Rusiya Avropa ola bilmədi. Nəhəng cəmiyyətlər sarsıldı, Avropa bu yolda daha çox qurban verməli oldu, üstəlik də Fransa sünni islamı içində çalxalanmağa başlayıb”.

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydendən söz açarkən Fransanın sabiq xarici işlər naziri deyib: “Baydenin seçilməsi yaxşı xəbər oldu. Nəhayət ki, amerikalılar cəmiyyəti parçalayan Tramp adlı səhifəni çevirdilər. ABŞ yenidən multilateralizmə (beynəlxalq xarici iqtisadi əlaqələrin hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə etməsinə imkan verən mexanizmlərlə təşkili) qayıdıb öz liderliyini bərpa etməyə çalışacaq. Bu cəhd beynəlxalq qurumların fəaliyyətinə də müsbət təsir göstərəcək. Amerikalılar və avropalılar yenidən eyni kökə dönüb bir-birilərinin “əmioğlu”suna, “əmiqızı”sına çevriləcəklər. Ancaq biz fransızlar avropalı olaraq tamam təkik. Mən Fransa prezidenti Emmanuel Makronun dedikləriylə razıyam. O, dəfələrlə avropalılara üz tutub söyləyib ki, hər şeyə özümüz müstəqil qərar vermək istəyiriksə, onda Avropada nəhəng gücə çevrilməliyik. Bu həm də milli suverenliyi qorumaq deməkdir. Əgər kimsə daha Sizif olmaq istəmirsə, onda mütləq texnoloji yolla rəqəmsal yeniliklərə doğru addımlamalıdır. Bu da suverenliyi möhkəmləndirən amildir”.

Über Vedrin açıqlamasını bu sözlərlə bitirib: “Ağır 2020-ci il biz fransızları bir olmağa, bir daha məsuliyyət barədə düşünməyə vadar etdi. İndi bizlər avropalıları necə inandırmaq barədə fikirləşməli, ünsiyyətdə olduğumuz kənar aləmlə rəftar etməyi bacarmalı və rasional optimizmi bərpa etmək üçün əlimizdən gələni etməliyik. Biz bütün bunlar haqqında düşünməliyik”.

Mənbə: Lefigaro.fr

Navalnının həbsi FOTO, VİDEO

  • 18 Yanvar 2021

Dövriyyə, ixrac, idxal

  • 18 Yanvar 2021

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

comments
Xəbər

Paytaxtın sosial-iqtisadi göstəriciləri

comments
Dünyanın səsiManşetŞərh

İkiqat maska virusun qarşısını necə alır? – “Sky News”

comments
ManşetXəbər

Müsavatın təklifləri

comments
Xəbər

YAP yeddinci qurultaya toplaşır

comments
ManşetTribunaYazarlar

Qaçılmaz yenilik

comments
Xəbər

Pensiyaların orta aylıq məbləği açıqlanıb

comments
Xəbər

Naxçıvanın əhalisi

comments
ManşetXəbər

Bakı: hansı rayonda nə qədər maaş alırlar?

comments
Xəbər

Polad Aslanov aclığı dayandırıb

comments
Dünyanın səsiManşetŞərh

Koronavirus və saçların tökülməsi – Yeni araşdırma nəyi üzə çıxarıb?

comments
ManşetXəbər

Bloqçuya və ictimai fəala həbs cəzaları verilib

comments
Xəbər

65 dollardan ucuz…

comments
ManşetTribunaYazarlar

Qanundan… kənar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“The Telegraph”: “Onlar ölməmiş öz yurdlarını görmək istəyirlər”

comments
ManşetŞərh

Aeroport yox, sürət qatarı

comments
ManşetŞərh

Əli Kərimli: “Hərbçilərə sahib çıxmaq xalqın vəzifəsidir”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda