Dövlət Statistika Komitəsi 2020-ci ilin makroiqtisadi göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, ötən il ümumi daxili məhsul (ÜDM) 2019-cu illə müqayisədə 4,3% geriləyib. Adambaşına ÜDM 7262,8 manat göstərilir.
Statistikaya əsasən, 2019-cu illə müqayisədə sənayedə 5%, sərmayə qoyuluşunda 8,3% azalma, kənd təsərrüfatında 2% artım qeydə alınıb.
Nəqliyyat sektorunda yük daşınmasının 2019-cu ilə nəzərən 19,2%, sərnişin daşınmasının 42,7% düşdüyü vurğulanır.
Qeyd olunur ki, informasiya və rabitə xidmətləri üzrə 0,6% artım, pərakəndə ticarət dövriyyəsi üzrə 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 27,9% tənəzzül var.
Rəsmi hesabata görə, dövlət büdcəsi 24,6 milyard manat gəlir, 26,4 milyard manat xərclə icra olunub, əhalinin nominal gəlirləri 1,8% azalıb.
İl ərzində 2,8% inflyasiya getdiyi bildirilir.