Azərbaycanda koronavirus infeksiyasından ilk ölüm on ay əvvəl – 2020-ci il martın 12-də qeydə alınıb. Həmin gündən 2021-ci il yanvarın 13-dək 2941 nəfər koronavirus xəstəsi vəfat edib. Novator.az bildirir ki, aya orta hesabla 294 itki düşür.
2020-ci ildə 2641 nəfər koronavirus infeksiyasının qurbanı olub. Mart 5, aprel 19, may 39, iyun 150, iyul 235, avqust 86, sentyabr 57, oktyabr 139, noyabr 662, dekabr 1249 ölümlə bitib.
2021-ci ilin ilk 12 günündə 300 ölüm var.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirusa Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib.
Beynəlxalq statistikaya əsasən, koronavirus 202 ölkə, ərazi və məkanda 1,9 milyondan çox adamın ölümünə gətirib. Qonşu ölkələrdən ən çox Rusiya itki verib: 62804 nəfər. İranda 56360, Türkiyədə 23152, Ermənistanda 2941, Gürcüstanda 2820 ölüm olub.