Kabinetdə baş veteran kimdir?
Nazirlər Kabinetinin veteranı Əbülfəs Qarayev bu il mayın 21-də mədəniyyət naziri vəzifəsindən azad edildi. O, mədəniyyət naziri vəzifəsinə 2018-ci ildə təyinat almışdı. 1994-cü ildən Əbülfəs Qarayev gənclər və idman naziri, 2001-ci ildən gənclər, idman və turizm naziri, 2006-cı ildən mədəniyyət və ...
Koronavirus: milli statistikaya nəzər
Novator.az koronavirus xəstəliyi ilə bağlı milli statistikaya nəzər salıb. İyunun 8-dək Azərbaycanda 7553 nəfər koronavirus infeksiyasına yoluxub: onların 4149-u müalicə olunaraq sağalıb, 88-i vəfat edib, 3316-sı xəstəxanalardadır. 2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyinə Azər...
Operativ qərargah: daha 4 itki var
Nazirlər Kabineti yanında operativ qərargahın 7 iyun məlumatına görə, Azərbaycanda daha 314 nəfər koronavirus infeksiyasına yoluxub, 125 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1947, 1954, 1956 və 1958-ci il təvəllüdlü dörd xəstə vəfat edib. Ümumilikdə yoluxanların sayı 7553 nəfər göstərilir: onları...
İbadət vaxtı
Hikmət Sabiroğlu …Yanvar qırğınının 30-cu ili. Qara gələn 20-ci ilin 20-ci günü. Aynuru torpağa tapşırıb yas yerinə dönürük. Heç kimin dinib-danışmağa heyi yoxdur. Hamı bu inanılmaz itkinin ağırlığı altında əzilir. Mən bir bağlı qapıya da üzülürəm… Onun kitabını xəyal eləmək də olmur. Əl...
Yeni yoluxmalar və ölümlər. Operativ qərargahın 6 iyun açıqlaması
Azərbaycanda daha 379 nəfər koronavirus infeksiyasına yoluxub, 153 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1941 və 1956-cı il təvəllüdlü iki xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın iyunun 6-da yaydığı məlumatda belə deyilir. Yoluxanların ümumi sayı 7239 nəfərdir. Onların 4024...
Həbsdən çıxan cəbhəçi işini itirmək təhlükəsi ilə üzləşib
İyunun 2-də 30 sutka inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxan AXCP fəalı, gənc şair Elvin Məmmədov növbəti problemlə üzləşib. Novator.az-ın məlumatına görə, paytaxtdakı “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətində çalışan cəbhəçi şairə könüllü ərizə yazıb işdən çıxmaq təklif olunub. El...
Operativ qərargahın 5 iyun məlumatı
Nazirlər Kabineti yanında operativ qərargahın iyunun 5-də yaydığı məlumata görə, ölkədə daha 338 nəfər koronavirus infeksiyasına yoluxub, 134 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 4 xəstə vəfat edib. Vəfat edənlərin ikisi 1957-ci il, digərləri 1940 və 1972-ci il təvəllüdlüdür. Yoluxanların ümumi s...
Mehman: “Həyatım xilas olunmaqdadır”
Bloqçu Mehman Hüseynovun müalicəsinə kömək çağırışı ilə başlayan kampaniya effekt verib. 1989-cu il təvəllüdlü Mehman Hüseynov müxalif bloqçudur, 2017-2019-cu illərdə həbsdə yatıb. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə Emin Hüseynova...
Azərbaycan futbolunda yeni qaydalar
İyunun 21-də Azərbaycanın milli futbol çempionatı bərpa olunacaq. Oyunlar azarkeşsiz keçiriləcək. 2019-2020 mövsümü koronavirus pandemiyası üzündən mart ayının ortalarında dayandırılıb. Yüksək liqada oynanmamış 8 tur qalır. Novator.az bildirir ki, iyunun 5-də Peşəkar Futbol Liqası mövsümün əsasnaməs...
Koronavirus: beynəlxalq statistikadan seçmələr
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 393 mindən çox adamın həyatına son qoyub. Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, ilk itki martın 12-də rəsmiləşib. Yoluxanların ümumi sayı 6522 nəfər göstərilir. Hesabata əsasən, onların 3737-si müalicə olun...
Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına üzvlər təyin olunub
Milli Məclisin 5 iyun iclasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri təyin olunub. Qərara əsasən, parlamenti komissiyada Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev və Milli Məclis Aparatın...
Hər şeyə inanır, koronavirusdan savayı…
İmdad Əlizadə Elə ki koronavirus pandemiyası peyda oldu, Azərbaycanda “həkim”lərin sayı da artdı, qəfildən milyonlarla azərbaycanlıya “həkim”lik vəhyi verildi və onlar özlərini Hippokratın əsl davamçıları kimi aparmağa başladılar. Bəs bu “həkimlər” nə işlə məşğul olurlar, koronavirusla mübarizədə ha...
Büdcənin icrası: qanun ilk oxunuşdan keçdi
Parlamentin 5 iyun iclasında 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilk oxunuşda qəbul edilib. Novator.az bildirir ki, layihəyə görə, büdcənin gəlirləri 24,2 milyard manat olub. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 952,1 milyon manat, hüquqi şəxslərin mənfəət (gəli...
Məhbus jurnalist rəsmilərə müraciət edib
Məhbus jurnalist Polad Aslanov iyunun 3-də ombudsman Səbinə Əliyevaya və baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb. Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovu 2019-cu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti həbs edib və ona Cinayət Məcəlləsinin 274-c...
Ramid Nağıyev azadlığa çıxdı
AXCP fəalı Ramid Nağıyev iyunun 5-də 30 sutkalıq inzibati həbs cəzasını başa vuraraq Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı saxlanma məntəqəsindən azadlığa buraxılıb. Novator.az bildirir ki, o, mayın 6-sı Bakıda tutularaq məhkum edilmişdi. Martın 22-dən bəri daha 15 AXCP fəalı müxtəlif inzib...
Ünvanlı yardım yenilikləri barədə arayış
Milli Məclis “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklikləri son oxunuşda qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bununla bağlı 5 iyun arayışında qeyd olunur ki, layihədə qanunun 5 maddəsinə 11 dəyişiklik və bir maddənin yeni redaksiyada verilməsi əksini tapır: “Ye...
Cəhənnəmdən keçmiş mələk (166)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Sonuncu toqquşmamızdan sonra Həmid gözümə görünmürdü. Qırışığım açılmış, nəfəsim genəlmişdi. İşdən gec çıxdığım o günlərin birində idarəmizin yanında taksiyə oturduğum vaxt yenə hardansa peyda oldu. Ona yaxa tutdurmayıb özümü maşına dürtdüm. –...
Dollar bir nöqtədə: 27 ay tamamlanır
Azərbaycan Mərkəzi Bankı iyunun 5-də ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb. Bu rəsmi kurs iyunun 8-dək qüvvədə olacağı üçün qiymət sabitliyinin 2 il 3 ayı tamamlanır. 2015-ci ilin devalvasiyaları nəticəsində dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib. 2016-cı ildə...
Güzəştli kreditin yeni qaydaları
Prezident İlham Əliyev Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasını təsdiqləyib. Fərman iyunun 4-də imzalanıb. Sahibkarlığın İnkişafı Fondu İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxsdir. Novator.az bildirir ki, qaydaya görə, Sahibkarlığın İn...
Ağcabədidəki çıxışdan
AZƏRTAC prezident İlham Əliyevin Ağcabədidəki “ASAN Həyat” kompleksinin açılışında iştirakından geniş material yayıb. Arayışa görə, iyunun 3-də istifadəyə verilən “ASAN Həyat” kompleksinə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətə...