Yeni yoluxmalar və ölümlər. Operativ qərargahın 6 iyun açıqlaması
- 06 İyun 2020
- comments
- Novator.az
- Posted in Xəbər
Azərbaycanda daha 379 nəfər koronavirus infeksiyasına yoluxub, 153 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1941 və 1956-cı il təvəllüdlü iki xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın iyunun 6-da yaydığı məlumatda belə deyilir.
Yoluxanların ümumi sayı 7239 nəfərdir. Onların 4024-ü müalicə olunaraq sağalıb, 84-ü dünyasını dəyişib, 3131-i xəstəxanalarda yatır.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 400 minə yaxın adamın həyatına son qoyub. Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb.