Möhtəşəm 44 gün
- 28 Dekabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Müseyib İlyasov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor
Möhtəşəm 44 gün. Azərbaycan tarixinin ən yeni və qızıl hərflərə yazılacaq şanlı tarixi günləri. Qürurumuzu, kimliyimizi özümüzə qaytaran, tarixi qəhrəmanlarımızla fəxr etməyə bir daha haqqımız çatdığını, qisasımızı düşməndən almağı bacardığımızı, “Şəhidlərin qanını yerdə qoymayacağıq!” andımızı yerinə yetirməyə qadir olduğumuzu sübut edən günlər. Hər günü bir tarix olacaq 44 gün. 28 il həsrətlə, qayğl ilə, ümidlə və bəzən də ümidsizliklə “Ağ atlı oğlanı” gözlədimiz 27 senyabr günü. O gün ki, ölkəmizin prezidenti, ali baş komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusunun azadlıq uğrunda, torpaqlarımızın mənfur erməni işğalından azad edilməsi üçün mübarizəyə qalxdığı gün. Cəbhədən qələbə xəbərləri gəldikcə xalqımızın qürurlandığı, sevindiyi, hamının bir nəfər kimi orada olmaq, döyüşlərdə iştirak etmək, düşməndən qisas almaq istəyi, tam qələbə arzusu ilə prezidentimizin xalqa müraciətlərini səbrsizliklə gözlədiyi günlər, saatlar…
Biz qalib gəldik. Həm cəbhədə – döyüş meydanında, həm də siyasi, ideoloji və diplomatik müstəvidə. Ölkəmizə qarşı çevrilən məkrli, gizli və aşkar Qərb siyasətinə, islam dininə, türkçülüyə olan qeyri-humanist münasibətə, islamofobiyaya qapılmış, nələrinsə müqabilində özlərini ermənilərin quluna çevirən qadın, kişi siyasətçilərinə, bizim haqlı mövqeyimizə gözlərini yumanlara qalib gəldik. Qalib gəldik o şəxslərə ki, onlar söz, səlahiyyət sahibi olsalar da, 28 ildə Xocalı, Qaradağlı faciələrinə laqeyd qaldılar, göz yumdular, qulaqlarını qapayıb özlərini eşitməzliyə vurdular. Dağıdılan, viran qoyulan, yerlə yeksan edilib xarabalıqlara çevrilən evləri, kəndləri, şəhərləri sanki elə belə olacaqmış kimi qəbul etdilər, dillənmədilər. Azərbaycanlıların hissiyyatına toxunan, onu təhqir edən hərəkətləri pisləmədilər, müqəddəs ocaqları, məscidləri, tarixi abidələri, Azərbaycanın qədim tarixini əks etdirən maddi və mənəvi abidələri qarət və məhv edən, məscidləri dağıdan, oraları murdarlayan ermənilərə gözün üstə qaşın var demədilər. Erməni kilsəsində bir daşın yerə düşməsiylə haray çəkdilər, şivən qopardılar. Əgər bu ölkələr, şəxslər müqəddəs yerlərə həqiqətən belə “müqəddəs” yanaşırdılarsa, onda dağıdılan məscidlərə niyə laqeyd qaldılar? Niyə dillənmədilər ki, bunlar müqəddəs yerlərdir, xalqın inac yerləridir. Halbuki bunlar haqqında hörmətli prezidentimiz dünyanın bir çox ali kürsülərində dəfələrlə məsələ qaldırmışdı. Bu “başbilənlər” onda niyə dillənmirdilər? Çünki bu məbədlər müsəlman məbədləridir, əsas söz sahibləri isə xristianlardır. Onları düşündürən din olsaydı yəqin ki, bu belə olmazdı. Burada medalın o biri üzü aydın görünür: onların marağında din deyil, ermənilər olub, neçə illərdir onlar erməniləri müdafiə ediblər və onlara havadarlıqla məşğul olublar. İndi də bu vandalları müdafiə edirlər. Çünki bu hərəkətlər onların da marağını ifadə edir. Bunu bizim ölkəmizdə hər kəs çox gözəl bilir və anlayır.
ATƏT-in Minsk qrupunun üzvləri regionlara ancaq ekskursiyaya gəlirmiş kimi, havalarını dəyişib gedirdilər. Ermənilərin kef məclislərində onların sağlığına tostlar deyib, bir qədər də arxayınçılıq yaradıb, növbəti səfərə gəlmək arzusuyla öz ölkələrinə qayıdırdılar. Səfərlər bir-birini təkrar etsə də, heç nə dəyişmirdi, ermənilər bir addım belə geri çəkilməmişdilər. 28 il bu təşkilat “sülh yolu” deyib bizi mövcud vəziyyətlə barışmağa çalışıb.
Qərbin “Məsələ sülh yolu ilə həll olunmalıdır, onun hərb variantı yoxdur” iddiası ilə Azərbaycanı mövcud vəziyyətlə barışmağa məcbur etmək siyasəti prezident, ali baş komandan cənab İlham Əliyevin dəmir yumruğu qarşısında tab gətirə bilmədi. Prezidentimiz onların həll etmək arzusunda olmadığı, həll edə bilmədiyi, bəlkə də həllinə müəyyən maneələr yaratdığı bu məsələnin çözümünün məhz hərb yolunda olduğunu sübut etdi. 30 ilə yaxın bir müddətdə işğal olunmuş, keçilməz istehkamlarla möhkəmləndirilmiş, Ermənistanın demək olar ki, əsas hərbi qüvvələrinin cəmləşdirildiyi əzəli Azərbaycan torpağı olan, min illərlə yaşadığımız ulu Qarabağ torpağı 44 gün ərzində müzəffər Azərbaycan ordusu tərəfindən azad edildi. Ermənistan ordusu darmadağın edilərək Azərbaycandan qovuldu, çıxarıldı. 10 noyabr 2020-ci il tarixində faşist rejim rəhbərliyi kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. On minə yaxın insan itkisi, yüzlərlə hərbi yexnikanın məhvi ilə üzləşən ermənilər mənsub olmadıqları və heç vaxt da mənsub ola bilməyəcəkləri müqəddəs torpaqlarımızdan qovuldular.
Ölümün gözünün içinə düz baxan, ondan qorxmayan, düşmənin üzərinə böyük ruh yüksəkliyi ilə, gülə-gülə gedən, işinin haqq işi olduğunu bilən və özgənin torpağını qəsb etmək üçün deyil, öz vətənini, öz torpağını mənfur düşmən tapdağından azad etmək üçün döyüşə atılan Azərbaycan Ordusu, zabitlər və əsgərlər bu müqəddəs qələbəyə imza atdılar. Şəhidliyi özü üçün şərəf hesab edən, valideynlərinə “Şəhid olaramsa, ağlamayın, başınızı dik tutun” deyərək cəbhəyə yollanan, döyüşə getmək üçün hərbi komissarlıqların qabağında növbələr gözləyən, bunu dəfələrlə xahiş edən, gedərkən sevinən Azərbaycan oğulları bunu etdilər. O oğullar ki, onların bir istəyi, bir amalı var idi: Vətəni, Qarabağı düşmən tapdağından, dünyanın ən vəhşi, barbar, tayfasından azad etmək! Onlar bunun uğrunda vuruşaraq bütün hüquqlarından keçdilər.
Son 200 ildə görünməmiş olan bu tarixi qələbəyə 2800-dən çox şəhidin, yüzlərlə qazinin qanı bahasına nail olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onlar Vətəni, bizləri və bizdən sonra gələn nəsilləri bu torpaqlarda rahat yaşatmaq üçün öz həyatlarını qurban verdilər və öz qanları, canları ilə bir daha sübut etdilər ki, “Torpaq, uğrunda ölən varsa Vətəndir”.
Vətən qarşısında öz borclarını ləyaqətlə, namusla, qanları bahasına yerinə yetirdilər şəhidlərimiz. Onların ruhu qarşısında baş əymək, onların hər birini hörmətlə yad etmək hamımızın müqəddəs borcudur. Onların əksəriyyəti uğrunda canlarından keçdikləri o torpaqları bəlkə də birinci dəfə idi görürdülər. Bəlkə heç sonralar da oralara getməyəcəkdilər. Lakin Vətən birdir, bölünməzdir. Onlar Vətən uğrunda vuruşdular, vətən yolunda şəhid oldular. Vətən yolunda şəhid olanların yeri isə bu dünyada xalqımızın qəlbi, o dünyada cənnətdir. Onlar təkcə valideynlərinin, yaxınlarının deyil, bütün xalımızın qəlbində əbədi yaşayacaqlar. Onlar yeni tarixlər yazdılar: 4 oktyabr Cəbrayılın azad olduğu gün, 17 oktyabr Füzulinin azad olduğu gün, 20 oktyabr Zəngilanın azad olduğu gün, 25 oktyabr Qubadlının azad olduğu gün, 8 noyabr mədəniyyət beşiyimiz olan Şuşanın azad olduğu gün, 20 noyabr Ağdamın azad olduğu gün, 25 noyabr Kəlbəcərin azad olduğu gün, 1 dekabr Laçının azad olduğu gün. Lakin çox-çox təəssüflər ki, bu günü görməyib həyatdan nisgilli, Qarabağı azad görmək arzusu ilə köçənlər də az olmadı. Allah şəhidlərimizlə birlikdə onlara da rəhmət eləsin! Ruhları şad olsun ki, görməsələr də gözlədikləri gün gəlib çatdı.
Azərbaycan qalib gəldi və gəlməli idi də! Çünki bu, Vətən müharibəsi idi. Vətən borcunu yerinə yetirmək, vətəndaş olduğumuzu sübut etmək üçün aparılan müqəddəs müharbə idi. Babalarımızın hər qarışı uğrunda qan tökdüyü və bizlərə miras kimi deyil, əmanət kimi qoyub getdikləri müqəddəs torpaqları gələcək nəsillərə əmanət kimi də çatdırmaq üçün aparılan mübarizə və müharibə idi. Biz hökmən qalib gəlməliydik, necə ki, gəldik. Yoxsa bizim yaşamaq haqqımız olmazdı. Bunu bizim xalqımız, dövlət başçımız, şanlı Azərbaycan Ordusu, zabitləri və əsgərləri etdilər. Eşq olsun onlara!
Eşq olsun Azərbaycan ailəsinə, Azərbaycan məktəbinə, Azərbaycan müəllimlərinə ki, ailədə, uşaq bağçasında, orta və ali məktəblərimizdə aşıladıqları vətənpərvərlik tərbiyəsi düşmənlərə bizim kimliyimizi göstərdi. Göstərdi ki, Azərbaycan xalqı üçün Vətən, torpaq hər şeydən uca, hər şeydən əzizdir.
Azərbaycanlılar Vətəni, torpağ həmişə müqəddəs bilib. Hər şeyi ona qurban verməyə hazır olmuşuq. Bu, tarixən belə olub. Təkcə rahat yaşadığımız, gözəlliklərindən zövq aldığımız yerləri, məkanları deyil, Vətənin xarabalıqları da bizə əziz olub. Onun tüstüsü başqa ölkələrin ətrindən bizə daha xoş gəlib və bu gün də belədir.
Namərd, mənfur, xəyanətkar, iblis donu geyinmiş ermənilərdən fərqli olaraq biz Vətənə həmişə bağlı olmuşuq, onu sevmişik və tikanlı kollarına da “can Vətən” demişik. Adını yazmağa belə əlim gəlməyən bu riyakarlar, Aleksandr Puşkinin “oğru, qorxaq, alçaq” dediyi bu millət isə harada daha çox çörək tapıbsa oranı özlərinə yurd, məskən, vətən ediblər. Vətən hissini onlar heç vaxt yaşaya bilməyiblər və bilməyəcəklər də. Çünki bu hiss onlara genlə, qan yaddaşı ilə gəlməyib. Dünyanın bütün qitələrinə, ölkələrinə səpələnməklə yalnız xoş güzəran, yaxşı yaşayış axtarıblar. Ona görə də onlar qalib gələ bilməzdilər. Bizim xalqımız, ordumuz Vətən uğrunda, onlar isə daha xoş yaşamaq, işğal etmək uğrunda mübarizə aparırdılar. Təbii ki, ruhlar, istəklər bərabər olmadığı kimi, qüvvələr də bərabər ola bilməzdi… Biz qalib gəlməli idik və gəldik də!
Ermənilərin tarixən nə dövləti, nə də dövlətçilik ənənələri olub. 1918-ci ildə tarixi Azərbaycan əraziləri olan İrəvan xanlığının, Göyçə, Zəngəzur mahallarının onlara verilməsilə ermənilərə dövlət, paytaxt yaradılıb. Özlərinə paytaxt, ərazi qazanan ermənilərin niyyəti həmişə Azərbaycan ərazilərini zəbt etmək olub. Arzu etdiklərini, xəyallarında yaratdıqlarını və yuxularında gördüklərini yazmaqla özlərinə saxta tarix yaradan və sonradan öz yalanlarına özləri də inanan xəstə təxəyüllü bir millət kimi ermənilər yüz illərdi ki, yalnız bu amalla yaşayıblar. “Böyük Ermənistan”, “dənizdən-dənizə dövlət”, daha nələr, nələr… Ac toyuq yuxusunda darı görən kimi xəyallarında həmişə bunlar olub. Ermənilər bu yalanlarla Fransa, Belçika, Niderland kimi bir çox ölkələrin siyasətçiləri arasında özlərinə tərəfdarlar “əldə ediblər”, müəyyən alış-verişlər hesabına Raisa Qorbaçova, Starovoytova, Saxarov, Jirinovski, Solovyov və bu kimi bəzi siyasətçiləri də ələ alaraq özlərinə tərəfdaş tutublar. Azərbaycanlılara qarşı riyakarlıqlarında namuslarından belə keçməkdən çəkinməyiblər. Mərhum yazıçımız Manaf Sülyemanovun “Eşitdiklərim, gördüklərim, oxuduqlarım” əsərindən bir epizodu yada salmaq istərdim: “Doktor Araratyan ingilisləri Bakıya dəvət etmək üçün iki dəfə İrana… getmişdi (söhbət 1918-ci ildən gedir – M.İ.). Hər dəfə ingilislər vəd verib, onu əmin etmişdilər ki, tezliklə gələcəklər; lakin vədləri boş çıxmışdı… Araratyan üçüncü dəfə ingilislərin ayağına gedir, qəşəng qızını da özü ilə aparır”. Məlum olduğu kimi, bundan sonra ingilislər general Denstervilin başçılığı ilə Bakıya gəliblər.
Ermənilər kimliyindən, nəçi olmağından asılı olmayaraq həmişə, hər zaman türkə, türk xalqlarına, azərbaycanlılara nifrət ruhu ilə yaşayıblar. Üzdə özlərini dost göstərənlər də, azərbaycanlıların çörəyini yeyib, suyunu içənlər də, onlarla qonşu olanlar da ürəklərinin dərinliyində bu nifrəti bəsləyiblər. Övladlarını da bu ruhda tərbiyə ediblər və bu nifrətlə özlərini də məhvə doğru sürükləyiblər. Təsəvvür edin: həkimlik kimi humanist bir peşənin, insanların sağlamlığına xidmət edən, universiteti bitirərkən Hippokrat andı içən bir peşənin sahibi olan Zori Balayanın Xocalı faciəsi zamanı kiçik bir qızcığazın didi-diri dərisini soyduğunu, ölmüş anasının döşünü kəsərək yanında ağlayan uşağın ağzına dürtdüyünü, həlak olmuş insanların meyitləri üzərində necə bir sevinclə yeridiyini etiraf etməsini və bunu fəxrlə yazmasını nə adlandırmaq olar? Bunu yalnız insanlıq simasını irirmiş, quduzlaşmış bir məxluq, vəhşi, barbar edə bilərdi. Yaxşı ki, xalqını belə bir fəlakətə sövq edən, yazıları və hərəkətləri ilə nifaq toxumu səpən bu məxluq bu günə kimi yaşadı və güvəndikləri erməni ordusunun darmadağın olduğunu, on minlərlə erməni gəncinin Azərbaycan Ordusu tərəfindən məhv edildiyini, Xocalı qurbanlarının qanının necə alındığını, xalqının Qarabağda düşdüyü fəlakətləri görə bildi. Bunları görməmiş ölmədi. Bunları Allah ona göstərdi. Göstərdi ki, nahaq qan yerdə qalmaz, qisas qiyamətə qalmaz. Sənin elədiklərinə özün olmasan da, övladların cavab verəcək.
Həyat sübut etdi ki, ermənilər kimi düşmənlə diplomatiya dili ilə deyil, onların özləri kimi davranmaq lazımdır. Mərhum rejissorumuz və akyorumuz Ceyhun Mirzəyevin çəkdiyi və baş rolda iştirak etdiyi “Fəryad” filmindən bir epizodu yada salaq: Yaralı olduğu halda əsir saxlandığı evdə tək qaldığını görən İsmayıl evi yandırmaq fikrinə düşür və yandırır da. Lakin az müddətdən sonra uşaq ağlaması eşidir və sürünə-sürünə o biri otağa keçərkən orada bir uşağın olduğunu görür. Əynindəki formasını çıxararaq çətinliklə də olsa yanğını söndürür… Və biz belə epizodları Vətən müharibəsində də gördük: bizim əsgərlərimizin ermənilərin atıb getdikləri kiçik uşağa, 75-80 yaşlı qocalara, götürülmüş əsirlərə necə insani münasibət göstərildiyini gördük. Bunu onların özləri də etiraf etdilər, kameralara danışdılar. Bunları etiraf etməsələr də, deməyə dilləri gəlməsə də, bizi gözləri götürməyənlər özləri də gördülər. Bunların müqabilində bəs onlar nə etdilər? Əsirlikdən gedəndən sonra erməni xislətinə uyğun olaraq tamamilə əksinə danışdılar. İşğaldan sonra Kəlbəcərdə, Ağdamda, Laçında məskunlaşdıqları, özlərinin tikmədikləri və 30 il dədə-baba evləri kimi içində yaşadıqları evlərdən çıxarılarkən onları yandırdılar, ağacları, heyvanları məhv etdilər. Onlar belədirlər və inanmayaq ki, bundan sonra yaxşı olacaqlar. 1905, 1915, 1918-ci illərdə necə idilərsə, Xocalıda nə idilərsə, 30 ildən sonra da elə olduqlarını göstərdilər. “Qozbeli qəbir düzəldər” deyib atalar. İnanmayaq ki, bunlar gələcəkdə tarixin bu ibrət dərsindən bir nəticə çıxaracaqlar.
Coğrafi şəraitimiz elədir ki, bu düşmənlərlə qonşu yaşanağa məhkumuq. Ancaq atalar bunu da deyib ki, “İtlə yoldaş ol, ancaq comağını unutma!” Unutmayaq digər tarixləri də: nə Xocalı faciəsini, nə Şuşanın, Laçının, Ağdamın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Cəbrayılın, Füzulinin işğal tarixlərini, nə də 28 ildə yurd-yuvalarımızı yerlə yeksan edən barbarların xalqımıza etdikləri vəhşilikləri. Bunları unutmaq olmaz.
Xalqımızın birliyi, Azərbaycan Ordusunun gücü, onun ali baş komandanı 44 gün ərzində Azərbaycan tarixinin ən zəfərli, ən şərəfli və ən zəruri qələbəsini təmin etdi. “Qarabağ Azərbaycandır!” nidasını əbədiləşdirdi. Eşq olsun bu günləri yaşadanlara!