Müharibənin nəticələri, birliyin yeni formulu
Arif Hacılı
Müsavat Partiyasının başqanı
44 günlük Vətən müharibəsinin elə ilk günlərində aydın oldu ki, Azərbaycanın əraziləri işğaldan azad etmək üçün yetərli hərbi-siyasi gücü, bu vəzifənin öhdəsindən gəlmək əzmində olan peşəkar ordusu var.
Fərqli dünyagörüşü olan sosial qrupların, siyasi təşkilatların, milli mənafeyi üstün tutan müxalif qüvvələrin çağırışları vətəndaş qarşıdurması vəziyyətində olan cəmiyyətin qısa müddətdə yumruq kimi birləşməsinə səbəb oldu.
Milli birlik, ilk növbədə qardaş Türkiyə olmaqla Pakistan, Ukrayna, İsrail kimi dövlətlərin Azərbaycana siyasi və mənəvi dəstək verməsi ordumuzda böyük ruh yüksəkliyi yaratdı.
Müasir silahlarla silahlanmış, yeni dövrün müharibə qaydalarına uyğun təlim keçmiş, vətənpərvər şəxsi heyəti olan ordumuz döyüş meydanında qələbələr qazanmağa başladı.
Qısa müddət ərzində müqaviməti qırılan düşmən ordusu bütün cəbhə boyu sürətlə geri çəkilməyə başladı.
Hərbi, siyasi, diplomatik məsələlərdə milli məfkurəyə əsaslanan 44 günlük müharibə dövründə dörd rayonumuz, Hadrut qəsəbəsi, yüzlərlə kəndimiz, başlıcası isə müqəddəs Şuşa şəhərimiz işğaldan azad edildi.
Sentyabrın 27-dən noyabrın 10-dək yalnız Qarabağ münaqişəsi ilə bağlı durum yox, regionun ümumi geosiyasi mənzərəsi də dəyişdi.
Bu mənzərəni Azərbaycan, Azərbaycan Ordusu, fədakar Azərbaycan əsgəri dəyişdirdi.
Ordumuzun bu fədakarlığı, bu şücaəti çoxları üçün gözlənilməz oldu. Ermənistan, bu ölkənin qüdrətli havadarları Azərbaycan Ordusunun belə sürətlə irəliləyə, hər cür hərbi dəstək alan erməni ordusunu bu səviyyədə darmadağın edə biləcəyini gözləmirdi.
Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində “Türkiyə Azərbaycana dəstək verərkən niyə Rusiya Ermənistana uyğun dəstəyi vermədi” sualına cavab olaraq Rusiyanın Ermənistana adekvat dəstək verdiyini, bu sahədə balansın təmin edildiyini, lakin sonda döyüş meydanında fərqli mənzərənin yarandığını bildirdi.
Bu fərqli gerçəkliyi döyüş meydanında dostları sevindirən, düşmənləri pərişan edən Azərbaycan Ordusu, öz ordusunun arxasında dayanan Azərbaycan xalqı yaratmışdı.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənistan Ordusuna, Türkiyə silahı Rusiya silahına qalib gəldi.
44 günlük müharibə dövründə əldə edilən uğurlarda payı olanların sayı isə milyonlarladır. Bu mühüm dövrdə hər kəsin dövlətimiz üçün xidmətləri zaman-zaman dəyərləndiriləcək.
İndidən bəlli olan və hər kəsin qəbul etdiyi həqiqət isə odur ki, bu qələbələrin əsas müəllifi Azərbaycan Ordusu, əsgər və zabitlərimiz, vətənin azadlığı naminə həlak olan, xatirələri heç vaxt unudulmayacaq şəhidlərimizdir.
İndi bəzi təhlilçilər Azərbaycanın bugünkü durumunu 27 sentyabrda olan durumla müqayisə edir, “Buna da şükür” deyib təsəlli tapır.
Halbuki Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli razılaşma təhlil edilərkən çıxış nöqtəsi 27 sentyabr vəziyyətindən yox, 9 noyabr vəziyyətindən götürülməlidir.
Noyabrın 9-da Azərbaycan Ordusu həm Şuşa, həm Xocavənd istiqamətindən Xankəndinin, Xocalının bir neçə kilometrliyinə qədər irəliləmişdi.
Erməni tərəfi də etiraf edir: “Müharibə bir neçə gün də davam etsə, rus ordusu gəlməsə, Qarabağı tam olaraq, birdəfəlik itirəcəkdik”.
“Stepanakerti (Xankəndini) qorumaq üçün hərbi qüvvəmiz yox idi” – bunu separatçı rejimin rəhbəri Araik Arutunyan deyir.
“Ordu rəhbərliyi müharibəni dayandırmaq üçün mənə yalvarırdı… Bir neçə gün ərzində Ağdam istiqamətində 20 minədək ordumuz mühasirəyə düşəcək, ya əsir alınacaq, ya da məhv ediləcəkdi” – bunları Ermənistan rəhbəri Nikol Paşinyan deyir.
“Müharibə bir neçə gün də davam etsəydi, biz daha acınacaqlı vəziyyətə düşəcəkdik” – bunu da istefa vermiş müdafiə naziri David Tonoyan deyir.
Belə bir vəziyyətdə üçtərəfli razılaşma Rusiya üçün böyük uğur, erməni tərəfi üçün isə vəziyyətdən uğurlu çıxış yolu idi. Bu baxımdan Nikol Paşinyanın “Biz döyüş meydanında məğlub olduq, amma diplomatik meydanda yox” bəyanatı təsadüfi deyil. Paşinyan onu nəzərdə tutur ki, ordusu məhv olmuş, iqtisadiyyatı çökmüş, siyasi çəkişmələrdə boğulan, Azərbaycan Ordusunun Ermənistana qədər gələcəyini gözləyən bir dövlət müəyyən itkilərlə də olsa özünü və separatçı rejimi xilas edə bildi.
Üçtərəfli razılaşma nəticəsində bizim də əldə etdiyimiz ciddi nəticələr var: 3 rayonumuz döyüş əməliyyatları keçirilmədən, şəhid qanı axıdılmadan azad edilib; işğaldan azad edilmiş ərazilərimizdə indidən bərpa işlərinə başlamaq üçün şərait yaranıb; üzərimizə daha böyük beynəlxalq basqıların qarşısı alınıb.
Cavabsız qalan suallar isə daha çoxdur.
Azərbaycan xalqına deyildi ki, 10 noyabr razılaşması Rusiya və Türkiyə silahlı qüvvələrinin Qarabağda bərabər hüquqda, bərabər sayda nizamlanma prosesinə və atəşkəs rejiminə nəzarət etməsini nəzərdə tutur.
Rusiya silahlı qüvvələri noyabrın 10-dan başlayaraq gətirilən hərbi kontingent, silah-sursatla Xankəndi, Ağdərə, Xocavənd və Xocalını öz nəzarətinə götürdü.
Sülhməramlı missiyasında eyni səlahiyyətlə, eyni sayda iştirak edəcəyi barədə vəd edilən Türkiyə sülhməramlılarının Azərbaycana gəlməsinə isə imkan verilmədi.
Əsas nəticələr:
– işğal altında olan təqribən 12 min kvadrat kilometr ərazinin 9 min kvadrat kilometri azad edildi;
– Şuşa azad edildi;
– Hadrut qəsəbəsi ordumuzun nəzarəti altına alındı;
– Yuxarı Qarabağ ətrafında əsas hakim yüksəkliklər ələ keçirildi;
– döyüş təcrübəsi olan ordumuz yarandı;
– vətənpərvərlik səviyyəsi yüksəldi;
– xalqın özünəinamı bərpa olundu;
– Azərbaycan-Türkiyə əməkdaşlığı yüksək həddə çatdı, iki ölkə arasında viza rejimi qaldırıldı;
– Türkiyə keçmiş SSRİ ərazisində təsir imkanlarını artırdı;
– dinindən, milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı “Qarabağ Azərbaycandır” şüarı ilə vahid ordu, Azərbaycan Ordusu ətrafında birləşdi;
– dünya azərbaycanlıları, türk xalqları hər yerdən səsimizə səs verdi;
– cənublu soydaşlarımızın Təbrizdə, Ərdəbildə, Tehranda “Ya Qarabağ, ya ölüm” şüarı altında keçirdiyi möhtəşəm aksiyalar İran dövlətinin müharibənin gedişində mövqeyini korrektə etməsinə səbəb oldu;
– məlum oldu ki, indiki gənc nəsil Azərbaycanı regionun və dünyanın ciddi təsir gücünə malik olan dövlətlərindən birinə çevirmək qüdrətindədir…
10 noyabr razılaşmasının ciddi ağır nəticələri də var:
– ərazilərimizin işğaldan azad edilməsi naminə aparılan uğurlu döyüş əməliyyatları yarımçıq qaldı;
– sülhməramlı adı altında Rusiya Silahlı Qüvvələrinin Yuxarı Qarabağ ərazisinə gəlişi münaqişənin tam və qəti həllinə imkan vermədi;
– Rusiya Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olması yalnız Yuxarı Qarabağ ərazisi üçün yox, bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təhdiddir;
– Laçın şəhəri və ətraf kəndlər işğaldan azad edilmədi;
– Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Yuxarı Qarabağa aid olan digər ərazilər tam olaraq rus sülhməramlıları və separatçı rejimin nəzarəti altına düşdü;
– ərazi bütövlüyümüz istiqamətində çox mühüm irəliləyişə nail olsaq da, qələbəmiz tam olmadı, Qarabağ münaqişəsi bitmədi.
İndi qələbə eyforiyasına qapılmadan qarşımıza çıxan yeni problemlərin həlli üçün 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi toparlanmalı, vahid milli mövqenin formalaşmasına nail olmalıyıq.
İndiki durumda bizi birləşdirən əsas hədəflərimiz, milli birliyin yeni formulu bunlardır:
– Azərbaycanın bütün ərazisində dövlət suverenliyimizin təmin olunması;
– suverenliyimizi təhdid edən silahlı qüvvələrin ölkəmizin ərazisindən çıxarılması;
– Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, gerçək hakimiyyət bölgüsü, insan haqlarının, liberal iqtisadi münasibətlərin təmin edilməsi naminə siyasi və iqtisadi islahatların həyata keçirilməsi;
– xarici siyasət sahəsində Milli Təhlükəsizlik Konsepsiyamızda nəzərdə tutulduğu kimi Türkiyə və GUAM ölkələri ilə əməkdaşlıq və müttəfiqlik münasibətlətinin daha da möhkəmləndirilməsi, Avropaya inteqrasiya siyasətinin dərinləşməsi istiqamətində səylərin artırılması.
Gücümüz birliyimizdədir! Bu Vətən bizimdir!
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il
Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü
Baş Prokurorluğun rəsmi hesabatı
Ceyhun Bayramov Vaşinqtona gedir
Zəngilan şəhəri və 24 kənd azad edildi!!!
Xalqa müraciət. 20 oktyabr 2020-ci il
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub
Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!
Azərbaycanın Milli Qəhrəmanı şəhid olub
Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”
İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz
“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”
Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı
Cenevrə görüşünün anonsu verildi
Xalqa müraciət. 26 oktyabr 2020
İşğalçı orduda rəhbər dəyişikliyi
“Hər bir halda bu torpaqları qaytaracağıq”
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb
İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?
Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var
Rəsmi xəbərdarlıq: “Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq”
Düşmən Bərdəni yenə raketlə vurub
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“İnterfaks” agentliyinə müsahibə
Düşmənin atıb qaçdığı döyüş sursatı və texnikaları VİDEO
İşğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri VİDEO
Müdafiə Nazirliyi: “Yalnız bir tapşırıq var – torpaqları azad etmək”
Ermənistanın iki hücum təyyarəsi məhv edildi
Azadlıq bölgələrində komendantlıqlar yaradılır
Vətən müharibəsində yeni qələbələr
Baş Prokurorluğun yeni hesabatı
Bərdə və Tərtəri atəşə tutan “Smerç”lər məhv edilib VİDEO
Kasetli bombalardan necə müdafiə olunmalı?
“27 il təklif etdiklərimiz, ola bilsin, artıq öz qüvvəsini itirib”
Düşmənin daha bir təyyarəsi məhv edilib
Qarabağda birtərəfli jurnalisti ifşa etmək
“O, müharibənin dayanmasını istəmir”
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Vətən müharibəsində yeni uğurlar
Müdafiə Nazirliyinin bilgiləri
Prezident: “Onlar hər şeyi rədd etdilər”
Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər
Baş Prokurorluğun 6 noyabr hesabatı
Təbiət mühafizəçisi, ekoloji hərəkat fəalı Qreta Tunberqə
Xalqa müraciət, 8 noyabr 2020-ci il
Saxta “şəhid siyahısı”nı ifşa edirik
Noyabrın 9-da azad olunan ərazilər
Sülh razılaşması Ermənistanı qarışdırıb
Sülh bəyanatı necə qarşılanır?
Növbəti addımlar müzakirə olunub
İsa Qəmbərin təşkilatı nə düşünür?
Rusun iti, Putinin bülbülü və sair
“Bu qələbəni qazanan əsgər və zabitlərimizdir”
“The Telegraph”: “Ən çox itirən Ermənistan və Paşinyandır”
“Reuters”: Putin Qarabağ sövdələşməsi ilə nəyə nail oldu?
“The Guardian”: Qarabağ razılaşması regional geosiyasəti dəyişir
DTX işğaldan azad edilmiş əraziləri nəzarətə götürür
“Bloomberg”: razılaşma, Türkiyənin rolu, Rusiyanın praqmatizmi
Tomas de Vaal: “Erməni cəmiyyəti belə qəfil çöküşə qəti hazır deyildi”
“Vaşinqton Post” Azərbaycanın dronlarından nə yazır?
“Financial Post”: Rus qoşunu işğalçı qüvvədən başqa bir şey deyil
Azərbaycan Ordusu Ağdama girib
Yeni fəxri ad, orden və medallar
Azadlıqda, qurtuluş ərəfəsində, işğalda…
Prezident: “Heç kim bizə kömək etməyib”
Əlaqələndirmə Qərargahı yaradıldı
Əliyevlə Putin yolların açılmasını müzakirə ediblər
Prezidentin 25 noyabr müraciəti
“The Diplomat”: Qarabağ məsələsi Pakistana necə təsir edir?
Arif Hacılı: “Tarixi dəyişdirmək olmaz”
Füzulidə faciə: mülki şəxslər minaya düşərək həlak olublar
Azad edilmiş ərazilərin iqtisadi potensialı
Yeni fəxri ad, orden və medallar rəsmiləşdi
Anım və Zəfər günləri təsis olundu
İsa Qəmbərin təşkilatı bəyannamə yayıb. Təkliflər
“Biz kənarda qalmışıq” – Amerikalı generalın Qarabağ yazısı
Şəhidlər, müharibə əlilləri və veteranlarla bağlı yeni təkliflər
Qazilərə yardımı ələ keçirən şəxsin həbs olunduğu bildirilir VİDEO
Silahlı Qüvvələrə Yardım Fondunun nəyi var?
Azərbaycan Ordusuna Yardım Fondu qurulur
Qəhrəman adı alan, təltif edilən hərbçilər
Parlament hərbi vəziyyətin ləğvinə səs verdi
“Forbes”: Erməniləri sarsıdıcı məğlubiyyətdən sonra nə gözləyir?
Bayram və anım təqvimi necə yenilənir?
Pakistanlı general sonuncu Qarabağ müharibəsini necə şərh edir?
BBC zorla sübut etmək istəyir ki, Qarabağda Suriya yaraqlıları döyüşüb
“Biz onları məcbur etdik, Minsk qrupu yox!”
Mülki əhaliyə nə qədər yardım veriləcək?
Əsir və girovlar azad ediliblər
Şəhid hərbi qulluqçuların yeni siyahısı
Bu xamır o xamırdan deyil – 10 noyabr bəyanatının təhlili