• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məcbur və məhkumuq

  • 14 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Görürəm bizə ziyan vurası havalara giririk, böyük dövlət olmağı ərazi ilə ölçən səhv düşüncə tərzinin əsirinə çevrilirik. Hissləri anlasam da, təhlükələri də nəzərə alıram. Bizim ən zəif yerimiz strateji düşüncə kasadlığı, məsələlərə qısa vədəli baxmağımızdır.

Biz artıq böyük düşünməyə, böyük oynamağa məcbur və məhkumuq. Günlük məst olmaqdansa, ikinci addımı düşünmədən davranmaqdansa məsələlərə ən azı 3-5 illik perspektivdə baxmağı və planlamağı öyrənməliyik.

Yaxın 3-5 ildə strateji hədəfimizi və gedəcəyimiz yolu necə təsəvvür edirəm?

Hələlik nəzarət etmədiyimiz ərazimizdə qalan erməni vətəndaşlarımızla əlaqələr qurmağa çalışaraq onlarla qalib və müdrik xalq, torpaqların əsl sahibi kimi davranmaq vacibdir. Bunu həm də onları qorumaq üçün və lazım gələndə onlardan təxribatçı qüvvə kimi istifadə edəcəyini düşünən Rusiya Ordusuna rəğmən etməliyik. Paralel olaraq Ermənistana qarşı ciddi hazırlanmış təzminat iddialarını beynəlxalq arenaya daşımaq gərəkdir.

Ərazimizdə heç bir böyük münaqişəyə, atəşin pozulmasına imkan verməməliyik. Ermənistandan Xankəndiyə gedən yolu Laçından ayırmaq, şəhərə indiki kimi qismən yox, tam nəzarət etmək lazımdır.

Xocalıya dönmək, orada bərpa işlərinə, Şuşadan və Ağdamdan təhlükəsiz yol inşasına nail olmaq zəruridir.

Ermənistanla sərhədi tam nəzarətə götürmək, bütün strateji yüksəkliklərdə qalalar qurmaq, sərhəddə bir metr belə nəzarətsiz dəlik buraxmamaq gərəkdir. İranla sərhəddə də eyni qaydada tam ciddi nəzarət mexanizmləri yaratmalıyıq.

Musiqi Akademiyasını Şuşaya köçürməli, ümumiyyətlə şəhəri böyük mədəniyyət məkanına çevirməli, bununla da tək hərbi deyil, həm də mədəni qoruma altına almalıyıq.

Dağıdılmış şəhərlərimizdən birini model olaraq tam bərpa etmək və smart şəhərə, ekoloji paytaxta çevirmək gərəkdir.

Yeni ana yasa və çağdaş qanunlar qəbul etməli, yerli özünüidarəni və demokratik təsisatları gücləndirməliyik.

İqtisadi sahəyə tam azadlıq gətirərək rəqabətli mühit yaratmaq, dünyaya daha açıq olmaq, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi imzalamaq, Azərbaycan-Türkiyə hərbi tədris və təlim mərkəzləri qurmaq vacibdir.

Bütün bunlara əməl etməklə Rusiya missiyasının 5 il sonra bitməsinə nail olmalıyıq.

Məsələlərə belə baxsaq, qısa və orta hədəflərə nail olsaq, o zaman Arazın dadı-duzu, Zəngəzurun mənası, hələlik nəzarət edə bilmədiyimiz torpaqlarımıza doğru gedən yolun anlamı olacaq. Biz elə ölkə qurmalıyıq ki, ətrafımızda yaşayan qardaş-bacılarımız, dostlarımız baxıb fəxr etsin, düşmənlərimiz qəhr olsun…

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Dağlıq Qarabağda və bölgənin Ermənistanla əlaqəsini təmin edən Laçın yolu boyu 5 il müddətinə Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır.

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

“Vaşinqton Post” Putinin gizli müharibəsini ifşa e...

  • 14 Dekabr 2020
  • comments

Rusiya hakerlərinin növbəti hücumu – “Reuter...

  • 14 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda