
Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun fransalı və amerikalı həmsədrləri Stefan Viskonti və Endrü Skoferi, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirib: “Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətin prezidenti Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm.
Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməyib. Reallıq bundan ibarətdir.
Azərbaycan bu məsələni özü həll etdi. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Prezident olaraq bu danışıqlarda 17 il ərzində iştirak etmişdim. Mənim Ermənistanın əvvəlki prezidentləri ilə də danışıqlar aparmaq təcrübəm olub. Burada hər hansı bir nəticə əldə olunmasa da, proses baş verirdi. Paşinyan prosesi məhv etdi. O, danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etdi və onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etdi. Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq. Beləliklə, o, öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu. Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin mənim şərtlərimə əməl etmək istəmirdi. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanacağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Noyabrın 9-dan 10-na keçən gecə o, bəyanatı imzaladığı andan biz dərhal dayandıq. Növbəti saatda biz dayandıq. Biz həmçinin qoşunların çıxarılmasına da vaxt verdik. Bundan əlavə, Rusiya prezidentinin müraciəti əsasında biz onlara Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verdik.
Biz müharibəni dayandırdıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik nə baş verəcəkdi. Ermənistan ordusu darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik. Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik. Biz kimin kim olduğunu göstərdik.
Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq.
Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.
Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir. Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik.
Sonradan isə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox! Biz və prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı.
Lakin biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq.
Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar bəzi terror aktları törədib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir”.
1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
1988-ci ildə vilayətdə bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon ermənilərin əlinə keçib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır. Dağlıq Qarabağdakı işğalçı rejim özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır.
1992-ci il martın 24-də ATƏT Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması haqqında qərar qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub, mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb.
1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 11 üzvdən ibarətdir: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Həmsədrlik institutu 1994-cü ildə qurulub. Hazırda ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il
Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü
Baş Prokurorluğun rəsmi hesabatı
Ceyhun Bayramov Vaşinqtona gedir
Zəngilan şəhəri və 24 kənd azad edildi!!!
Xalqa müraciət. 20 oktyabr 2020-ci il
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub
Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!
Azərbaycanın Milli Qəhrəmanı şəhid olub
Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”
İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz
“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”
Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı
Cenevrə görüşünün anonsu verildi
Xalqa müraciət. 26 oktyabr 2020
İşğalçı orduda rəhbər dəyişikliyi
“Hər bir halda bu torpaqları qaytaracağıq”
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb
İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?
Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var
Rəsmi xəbərdarlıq: “Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq”
Düşmən Bərdəni yenə raketlə vurub
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“İnterfaks” agentliyinə müsahibə
Düşmənin atıb qaçdığı döyüş sursatı və texnikaları VİDEO
İşğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri VİDEO
Müdafiə Nazirliyi: “Yalnız bir tapşırıq var – torpaqları azad etmək”
Ermənistanın iki hücum təyyarəsi məhv edildi
Azadlıq bölgələrində komendantlıqlar yaradılır
Vətən müharibəsində yeni qələbələr
Baş Prokurorluğun yeni hesabatı
Bərdə və Tərtəri atəşə tutan “Smerç”lər məhv edilib VİDEO
Kasetli bombalardan necə müdafiə olunmalı?
“27 il təklif etdiklərimiz, ola bilsin, artıq öz qüvvəsini itirib”
Düşmənin daha bir təyyarəsi məhv edilib
Qarabağda birtərəfli jurnalisti ifşa etmək
“O, müharibənin dayanmasını istəmir”
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Vətən müharibəsində yeni uğurlar
Müdafiə Nazirliyinin bilgiləri
Prezident: “Onlar hər şeyi rədd etdilər”
Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər
Baş Prokurorluğun 6 noyabr hesabatı
Təbiət mühafizəçisi, ekoloji hərəkat fəalı Qreta Tunberqə
Xalqa müraciət, 8 noyabr 2020-ci il
Saxta “şəhid siyahısı”nı ifşa edirik
Noyabrın 9-da azad olunan ərazilər
Sülh razılaşması Ermənistanı qarışdırıb
Sülh bəyanatı necə qarşılanır?
Növbəti addımlar müzakirə olunub
İsa Qəmbərin təşkilatı nə düşünür?
Rusun iti, Putinin bülbülü və sair
“Bu qələbəni qazanan əsgər və zabitlərimizdir”
“The Telegraph”: “Ən çox itirən Ermənistan və Paşinyandır”
“Reuters”: Putin Qarabağ sövdələşməsi ilə nəyə nail oldu?
“The Guardian”: Qarabağ razılaşması regional geosiyasəti dəyişir
DTX işğaldan azad edilmiş əraziləri nəzarətə götürür
“Bloomberg”: razılaşma, Türkiyənin rolu, Rusiyanın praqmatizmi
Tomas de Vaal: “Erməni cəmiyyəti belə qəfil çöküşə qəti hazır deyildi”
“Vaşinqton Post” Azərbaycanın dronlarından nə yazır?
“Financial Post”: Rus qoşunu işğalçı qüvvədən başqa bir şey deyil
Azərbaycan Ordusu Ağdama girib
Yeni fəxri ad, orden və medallar
Azadlıqda, qurtuluş ərəfəsində, işğalda…
Prezident: “Heç kim bizə kömək etməyib”
Əlaqələndirmə Qərargahı yaradıldı
Əliyevlə Putin yolların açılmasını müzakirə ediblər
Prezidentin 25 noyabr müraciəti
“The Diplomat”: Qarabağ məsələsi Pakistana necə təsir edir?
Arif Hacılı: “Tarixi dəyişdirmək olmaz”
Füzulidə faciə: mülki şəxslər minaya düşərək həlak olublar
Azad edilmiş ərazilərin iqtisadi potensialı
Yeni fəxri ad, orden və medallar rəsmiləşdi
Anım və Zəfər günləri təsis olundu
İsa Qəmbərin təşkilatı bəyannamə yayıb. Təkliflər
“Biz kənarda qalmışıq” – Amerikalı generalın Qarabağ yazısı
Şəhidlər, müharibə əlilləri və veteranlarla bağlı yeni təkliflər
Qazilərə yardımı ələ keçirən şəxsin həbs olunduğu bildirilir VİDEO
Silahlı Qüvvələrə Yardım Fondunun nəyi var?
Azərbaycan Ordusuna Yardım Fondu qurulur
Qəhrəman adı alan, təltif edilən hərbçilər
Parlament hərbi vəziyyətin ləğvinə səs verdi
“Forbes”: Erməniləri sarsıdıcı məğlubiyyətdən sonra nə gözləyir?
Bayram və anım təqvimi necə yenilənir?
Pakistanlı general sonuncu Qarabağ müharibəsini necə şərh edir?
BBC zorla sübut etmək istəyir ki, Qarabağda Suriya yaraqlıları döyüşüb