• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qələbə paradı

  • 10 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in FotoManşetXəbər

Dekabrın 10-u Azərbaycan paytaxtı Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş zəfər paradı keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın qatıldığı parada 3000 nəfərdən artıq şəxsi heyət, o cümlədən Türkiyə hərbçiləri, 150-dək hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər cəlb olunub, həmçinin Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirilib.

Prezident İlham Əliyev paradda çıxış edərək deyib: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı.

Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi”.

Qarabağ müharibəsinin qısa tarixçəsi:

1988-ci il fevralın 13-dən Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayır. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin dövlət hakimiyyəti orqanı – Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırır. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alır, bununla separatçı hərəkat açıq təcavüzə çevrilir.

1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın idarəçiliyindən çıxarılaraq birbaşa Moskvaya bağlanır, başında Arkadi Volskinin dayandığı Xüsusi İdarəetmə Komitəsi yaradılır.

Həmin il noyabrın 28-də Xüsusi İdarəetmə Komitəsi Azərbaycan xalq hərəkatının təzyiqləri nəticəsində ləğv edilir.

1989-cu il dekabrın 1-də Ermənistan Ali Sovetinin və özünü Dağlıq Qarabağ Milli Şurası adlandıran qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar çıxarılır.

1990-cı ilin yanvarından bölgə Bakının yaratdığı Respublika Təşkilat Komitəsi (rəhbəri – Viktor Polyaniçko) vasitəsilə idarə olunur.

1991-ci ilin avqustunda SSRİ-nin dağılması sürətlənir, ayın 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpasına qərar verir.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edir. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun ərazisində elan olunur (Şaumyan kənd rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir). Bunun ardınca müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanır.

Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edir.

Azərbaycan parlamenti tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırır. Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilir.

1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhəri işğal edilir.

Mayın 8-9-da Şuşa şəhəri işğal olunur.

Mayın 17-də Laçın şəhəri işğal olunur, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçir.

İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından tam azad edilir.

İyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçir, sonra rayonun böyük hissəsi azad olunur.

Avqustun 25-də Azərbaycan parlamentinin qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçir.

Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülür.

1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilir.

1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürür.

Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilir, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçir.

İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edirlər.

İyulun 23-də Ağdam şəhəri işğal edilir.

Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olunur.

Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu işğal edilir.

Oktyabrın 29-da Zəngilan rayonu işğal edilir.

1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilir.

1994-cü ilin mayında Rusiya atəşkəs layihəsi təqdim edir. Layihə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Qırğızıstan paytaxtı Bişkekdə keçirilən iclasında təqdim olunur. Mayın 5-də Bişkekdə həmin sənədi Ermənistan parlamentinin sədri, Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi, MDB Parlament Assambleyasının sədri və katibi, Qırğızıstan Ali Sovetinin sədri, Rusiya vasitəçilik missiyasının rəhbəri imzalayırlar.

Azərbaycan parlamentinin sədri və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri sənədə mayın 8-i Bakıda qol çəkirlər.

Bişkek protokolu adlanan həmin sənədə əsaslanan Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı mayın 12-si Moskvada atəşkəs sazişi bağlayırlar.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edir.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunur.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılır.

Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarır.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır…

Cəbhədə gərginlik

Şiddətli döyüşlər gedir

Prezidentin xalqa müraciəti

Təhlükəsizlik Şurası toplanıb

Hərbi vəziyyət elan edilir

Komendant saatı gəlir

Komendant təyinatı, qismən səfərbərlik

Komendant saatında hərəkət: rəsmi qərar verildi

Füzuli döyüşləri, sərhəddə atəş

BMT baş katibinə deyilənlər

“Azərbaycan onlara yerini göstərəcək”

Merkellə telefon söhbəti

Cəlladlar peyda olur

Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib

“Rossiya 1”ə deyilənlər

Müdafiə Nazirliyinin zərbə hesabatı

Atəşkəs şərti

Yaralıları ziyarət, yeni mesajlar

Avropa İttifaqı rəhbəri ilə danışıq

16 mülki şəxs həlak olub

Arif Hacılının təklifləri

Üçlükdən atəşi dayandırmaq təklifi

Vahid Qazinin İsveç qəzetinə müsahibəsi

Ordu irəliləyir

Dağıntı və itki hesabatı

İsa Qəmbərdən həmsədrlərə cavab

Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”

Madagiz bizdədir!!!

Cəbhədə yeni qələbələr

Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu

Xalqa müraciət

“Ermənistan rəhbərliyi yaxşı düşünsün”

“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə

Ermənistandan raket atəşi

Atəşin qurbanları

Cəbrayıl

Prezident: “Sona qədər irəliyə gedəcəyik”

Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu

Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb

Suqovuşan rəsmiləşir

Çavuşoğlu ilə görüş

Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın

İşğal bölgəsi üzrə əhali

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Putinlə müzakirə

Dinc əhaliyə zərbələr

Putin Qarabağdan danışıb

Suqovuşan qanunu imzalandı

“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”

“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”

Mərkəzi Komanda Məntəqəsində

“İndi Azərbaycan özü status-kvonu dəyişir”

Dinc əhali: 31 ölüm qeydə alınıb

Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib

Putin atəşkəs təklif edir

Müdafiə Nazirliyinin döyüş hesabatı

Atəş altında

“Bu, Ermənistanın növbəti təxribatıdır”

İsveçdə yanlış Qarabağ təsəvvürü

Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu

Prezident İlham Əliyevin xalqa müraciəti

“Ermənistan prezidentinin dedikləri feykdir”

Razılaşma

Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri

Düşmən Gəncəni raketlə vurub

Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib

Müdafiə Nazirliyinin bəyanatı

Prezident Gəncəyə raket hücumuna münasibət bildirib

Cəbhədə vəziyyət

Atəş səngimir

Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi

Cəbhədən yeni hesabat

Atəşin qurbanları

Ermənistanın raket kompleksləri vurulub

Dinc qırğın

“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”

“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”

Azərbaycan Respublikasının xəritəsi

Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”

Cəbhədə vəziyyət

Baş Prokurorluğun yeni hesabatı

Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu

Daha 6 kənd azad olundu

Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”

“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”

Cəbhə xəttində

Atəş zolağı

Əli Kərimli daha iki həmsədr təklif edir

Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib

Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu

Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb

Azərbaycan Ordusu irəliləyir

Füzuli şəhəri və 7 kənd azad edildi

Xalqa müraciət. 17 oktyabr, 2020-ci il

Hərbi cinayətlərin nəticələri

Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü

Atəş kəsilir?

Yeni ərazilər azad edilib

Yalnız rəsmi məlumatı yaymaq!

Hekayədəki nüanslar

Şentopla görüş

61 ölüm və…

Prezidentin TASS-a müsahibəsi

Cəbhədə vəziyyət

Baş Prokurorluğun rəsmi hesabatı

Ceyhun Bayramov Vaşinqtona gedir

Zəngilan şəhəri və 24 kənd azad edildi!!!

Xalqa müraciət. 20 oktyabr 2020-ci il

Döyüş hesabatı

Atəş altında

Köçkünlük itkiləri

Paşinyan sizə də zəng edib?

Lavrovla atəşkəs müzakirələri

Yeni ərazilər azad edildi!

Cəbhə xəttində

Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub

“İti qovan” PUA-ları

Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”

Zəngilanda dərs günü

Rusiya niyə çətinə düşüb?

“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

Raketlər hara düşüb?

Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!

Döyüş hesabatı

Azərbaycanın Milli Qəhrəmanı şəhid olub

İtki və dağıntı statistikası

Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”

İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz

Ən yeni hərbi qələbələr

Qarabağ planı

“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”

Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı

Qubadlı şəhəri azad olundu

Cenevrə görüşünün anonsu verildi

İtkilər və dağıntılar

Azadlıq və işğal bölgəsində

17 kənd

Xalqa müraciət. 26 oktyabr 2020

1 sədr, 30 həmsədr

Cəbhədə vəziyyət

İşğalçı orduda rəhbər dəyişikliyi

“Hər bir halda bu torpaqları qaytaracağıq”

Vəng olur Çinarlı

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb

İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?

Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var

Döyüş hesabatı

Dinc zonada itkilər

Rəsmi xəbərdarlıq: “Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq”

Savaş bölgəsindəki torpaqlar

Düşmən Bərdəni yenə raketlə vurub

Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”

Daha 13 kənd azad olundu

“İnterfaks” agentliyinə müsahibə

Cəbhə xəttində

Düşmənin atıb qaçdığı döyüş sursatı və texnikaları VİDEO

İşğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri VİDEO

Müdafiə Nazirliyi: “Yalnız bir tapşırıq var – torpaqları azad etmək”

Qırğın və dağıntılar

Müharibə tarixçəsi

Ermənistanın iki hücum təyyarəsi məhv edildi

Azadlıq bölgələrində komendantlıqlar yaradılır

Çinarlı qanunu imzalandı

Cəbhədə vəziyyət

Cenevrə görüşü başlayır

Vətən müharibəsində yeni qələbələr

Baş Prokurorluğun yeni hesabatı

Xudafərində VİDEO

Bərdə və Tərtəri atəşə tutan “Smerç”lər məhv edilib VİDEO

Cenevrə razılaşması

Kasetli bombalardan necə müdafiə olunmalı?

“27 il təklif etdiklərimiz, ola bilsin, artıq öz qüvvəsini itirib”

Döyüş hesabatı

Düşmənin daha bir təyyarəsi məhv edilib

Yeni xəbər anonsu

Azadlıq bölgəsi genişləndi

Müdafiə Nazirliyinin məlumatı

Putinlə Qarabağ müzakirələri

Qarabağda birtərəfli jurnalisti ifşa etmək

İtki və zərər statistikası

Cəbhədən yeni xəbərlər VİDEO

“O, müharibənin dayanmasını istəmir”

2734 ev, 98 bina, 500 obyekt…

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti

Vətən müharibəsində yeni uğurlar

Müdafiə Nazirliyinin bilgiləri

Prezident: “Onlar hər şeyi rədd etdilər”

Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər

İtki və dağıntılar

Cəbhədə vəziyyət

Baş Prokurorluğun 6 noyabr hesabatı

Təbiət mühafizəçisi, ekoloji hərəkat fəalı Qreta Tunberqə

Daha 16 kəndimiz azad olundu

Şuşa azad olundu!!!

Xalqa müraciət, 8 noyabr 2020-ci il

Xoşbəxt Şuşa sonluğu

Hikmət Sabiroğlunun gözləri 

Saxta “şəhid siyahısı”nı ifşa edirik

Noyabrın 9-da azad olunan ərazilər

Şuşadan VİDEO

Nə imzalanıb?

Sülh razılaşması Ermənistanı qarışdırıb

Sülh bəyanatı necə qarşılanır?

Növbəti addımlar müzakirə olunub

Əhaliyə nə qədər ziyan dəyib?

İsa Qəmbərin təşkilatı nə düşünür?

Rusun iti, Putinin bülbülü və sair

Qaziləri ziyarət

“Bu qələbəni qazanan əsgər və zabitlərimizdir”

“The Telegraph”: “Ən çox itirən Ermənistan və Paşinyandır”

İnternet necə sərbəstləşdi?

“Reuters”: Putin Qarabağ sövdələşməsi ilə nəyə nail oldu?

Tək Qarabağ deyil…

Milli Şuradan etiraz

“The Guardian”: Qarabağ razılaşması regional geosiyasəti dəyişir

DTX işğaldan azad edilmiş əraziləri nəzarətə götürür

“Bloomberg”: razılaşma, Türkiyənin rolu, Rusiyanın praqmatizmi

Səfirə iki irad

Tomas de Vaal: “Erməni cəmiyyəti belə qəfil çöküşə qəti hazır deyildi”

Dağlıq Qarabağ arayışı

“Vaşinqton Post” Azərbaycanın dronlarından nə yazır?

Azadlığın yeni qrafiki

94 ölən, 414 xəsarət alan var

Qarabağda

Şuşa yolunda

“Financial Post”: Rus qoşunu işğalçı qüvvədən başqa bir şey deyil

Prezidentdən Niderlanda qınaq

Azərbaycan Ordusu Ağdama girib

20 noyabr müraciəti

Yeni fəxri ad, orden və medallar

Azadlıqda, qurtuluş ərəfəsində, işğalda…

Prezident Ağdamda FOTO, VİDEO

Prezident: “Heç kim bizə kömək etməyib”

Şuşa yolundan rəsmi bilgi

Əlaqələndirmə Qərargahı yaradıldı

Əliyevlə Putin yolların açılmasını müzakirə ediblər

Ordu Kəlbəcərdə

Prezidentin 25 noyabr müraciəti

Fransadan Qarabağ qətnaməsi

“The Diplomat”: Qarabağ məsələsi Pakistana necə təsir edir?

Arif Hacılı: “Tarixi dəyişdirmək olmaz”

Parlament nöqtə qoydu

Füzulidə faciə: mülki şəxslər minaya düşərək həlak olublar

Qalib kimi yaşamalı

Azərbaycan Ordusu Laçındadır

1 dekabr müraciəti

Azad edilmiş ərazilərin iqtisadi potensialı

Kimlər tərxis olunur?

Yeni fəxri ad, orden və medallar rəsmiləşdi

Anım və Zəfər günləri təsis olundu

İsa Qəmbərin təşkilatı bəyannamə yayıb. Təkliflər

Zəfər Gününə etiraz

Savaş itkiləri açıqlandı

“Biz kənarda qalmışıq” – Amerikalı generalın Qarabağ yazısı

Nikolun yerinə Vazgen?

Fransaya etiraz

Şəhidlər, müharibə əlilləri və veteranlarla bağlı yeni təkliflər

Anım

2783 xarı bülbül

Parad açıqlaması

Qazilərə yardımı ələ keçirən şəxsin həbs olunduğu bildirilir VİDEO

Silahlı Qüvvələrə Yardım Fondunun nəyi var?

Hərbi vəziyyət götürülür və…

Qazi balam Hüseynə

“YAŞAT” Fondu yaradıldı

“8 Noyabr” stansiyası

Şuşa yuxusu

Azərbaycan Ordusuna Yardım Fondu qurulur

Dəfn edilmiş şəhidlər

Qəhrəman adı alan, təltif edilən hərbçilər

Orta maaş və inflyasiya hesabatları

  • 10 Dekabr 2020
  • comments

Fransada neçə məscid bağlanır?

  • 10 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda