• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dəyərli, cəsarətli, fərqli, əfsanəvi…

  • 29 Noyabr 2020
  • Posted in AktualDünyanın səsiManşetTribunaYazarlar
0
SHARES
FacebookTwitterPinterest

O, 16 yaşında millidə debüt etsə də, 17 yaşında komandasının çempion olacağı mundialdan kənar qalacaq dərəcədə şanssız biridir – DÇ-78-ə məhz gənc yaşına görə aparılmamışdı.

Bir oyunda 23 dəfə kobudluğa məruz qalacaq dərəcədə durdurulması çətin biri – DÇ-82-də gələcək dünya çempionu italyanlar onun qarşısını ancaq qaydaları pozmaqla almışdılar.

İki dəfə dünyanın ən bahalı transferi olacaq qədər dəyərli biri – 1982-ci ildə “Barselona”ya, 1984-cü ildə isə “Napoli”yə keçidi o dövr üçün rekord məbləğə reallaşmışdı.

UEFA-nın klub reytinqində 2-ci olan “Barselona”dan 83-cü yerdəki “Napoli”yə keçəcək qədər cəsarətli biri – və belə ortabab komandaya iki dəfə İtaliya çempionluğunu, 1989-cu ildəsə UEFA kubokunu qazandıra bilmişdi.

Bir mundial ərzində 90 driblinq edib və komandasına 53 cərimə zərbəsi qazandıracaq dərəcədə mükəmməl biri – DÇ-86 onun mundialı idi.

Dünya çempionatının bir oyununda 3 məhsuldar ötürmə verə biləcək qədər istedadlı biri – DÇ-86-ya cənubi koreyalıları məhz onun dəqiq ötürmələri sayəsində məğlub edərək başlamışdılar.

Həm seviləcək, həm də nifrət ediləcək dərəcədə fərqli biri – DÇ-86-da əllə qol vurduğu ingilislər onu sevə bilərdilərmi?

“Əsrin qolu”na imza atacaq qədər sehrbaz biri – DÇ-86-da İngiltərə ilə oyunda həm də meydanın özlərinə aid hissəsindən irəliləyərək rəqibin beş oyunçusunu, sonra da qapıçısını keçərək topu qapıya vurmuşdu.

Əsas favorit sayılmadığı mundialda komandasını çempion edəcək qədər dahi biri – Argentina DÇ-86 ərəfəsində keçirdiyi 7 oyundan yalnız 1-də qələbə qazanmışdı.

Hücumun önündə oynamasa da, İtaliya A seriyasında hamıdan çox qol vuracaq dərəcədə bacarıqlı biri – 1987-1988 mövsümündə 15 qolla bombardir olmuşdu.

Bütün qeyri-adi qabiliyyətlərinə rəğmən 1:5 və hətta 0:5 kimi məğlubiyyətləri də dadmış “bizdən” biri – 1989-cu ildə “Napoli”də “Verder”ə və 1993-cü ildə “Sevilya”da “Real”a böyük hesabla uduzmağın acısını yaşamışdı.

Eyni zamanda iki dəfə dopinq cəzası alacaq qədər öz futbol dühasına məsuliyyətsiz yanaşan biri – əvvəlcə 1991-1992, sonra da 1994-1995-ci illərdə bir ildən çox müddətə futboldan uzaqlaşdırılmışdı.

Və müxtəlif sorğularda XX əsrin, hətta bütün zamanların ən yaxşı futbolçusu seçilə biləcək qədər əfsanəvi biri…

Həyat davam edir.

Rekordlar yenilənir.

2017-ci ildə “Napoli”nin ən məhsuldar oyunçularının siyahısında 115 qolla yüksəldiyi zirvəni təhvil verdi – əvvəlcə slovak Marek Hamşik onu keçdi, sonra da belçikalı Dries Mertens onları geridə qoydu.

2018-ci ildə isə dünya çempionatlarında ən çox oyunda kapitan olmaqla bağlı rekorddan əlini üzmək məcburiyyətində qaldı – mundiallar tarixində 17-ci dəfə komandasını meydana kapitan kimi çıxaran meksikalı Rafael Markes bu göstəricidə onu qabaqladı.

İndi də həyatını itirdi…

Amma şan-şöhrəti, populyarlığı əbədidir…

Hər davranışı ilə gündəm olmağı bacaran biri…

O, sadəcə Dieqo Armando Maradonadır!

Rasim Mövsümzadə

Maradona vəfat etdi

Hay-küyün sonundakı Maradona

Dörd həftəlik müddətdə: 58 mindən çox yoluxma, 593...

  • 28 Noyabr 2020

Peyğəmbərin karikaturasına görə qətl: daha üç şagi...

  • 29 Noyabr 2020

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

comments
ManşetXəbər

20-ci ilin xarici ticarəti

comments
ManşetXəbər

Prezidentin Şuşa çıxışları

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

comments
ManşetXəbər

20-ci ilin xarici ticarəti

comments
ManşetXəbər

Prezidentin Şuşa çıxışları

comments

Azadlıq bölgəsində FOTOLAR

comments
ManşetŞərh

Rəsmi statistikadan nə mövzu çıxır?

comments
ManşetXəbər

Arif Hacılı Mərkəzi Bank layihəsinin ləğvinə çağırır

comments
Dünyanın səsiManşetTribuna

Putin niyə “peyvənd nəhəngi” ola bilmədi?

comments
Dünyanın səsiŞərh

Koronavirus eşitmə qabiliyyətinə təsir edirmi?

comments
ManşetVideoXəbər

Şuşa səfərindən VİDEOLAR

comments
Dünyanın səsiManşetXəbər

Yaxın çevrənin itkiləri

comments
AktualDünyanın səsiManşetXəbər

Xaricdəki Azərbaycan

comments
Dünyanın səsi

Nümayəndələr Palatası Trampa impiçment elan edib

comments
ManşetXəbər

Vüqar Səfərli həbs edilib

comments
Dünyanın səsiManşetXəbər

İndoneziyada qeyri-adi peyvənd strategiyası

comments
ManşetŞərh

Üç azalmanın ikincisi

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
AktualDünyanın səsiManşetŞərh

Kapitoliyə basqın doğrudanmı Putinə hədiyyədir?

comments
AktualManşetTribunaYazarlar

Əriyib yoxa çıxmaq

comments
AktualManşetXəbər

“Heç bir biznesim yoxdur və olmayıb”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda