• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident: “Heç kim bizə kömək etməyib”

  • 24 Noyabr 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Noyabrın 23-də Ağdama gedən prezident, ali baş komandan İlham Əliyev şəhər məscidinin qarşısında çıxış edib. AZƏRTAC-ın məlumatına görə, noyabrın 20-də Ağdam şəhərinin və rayonun işğal altındakı hissəsinin azad olunduğunu xatırladan prezident deyib: “Biz Ağdama qayıtmışıq. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə – 30 ilə yaxın müddət ərzində, eyni zamanda İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.

Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdı. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır.

Biz beynəlxalq müstəvidə böyük işlər apardıq və mən öz çıxışlarımda xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatandan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilib. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. Eyni zamanda iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı haqqında açıq ifadələr var. Bu, bizim böyük uğurumuzdur. Çünki uzun illər ərzində biz buna nail ola bilməmişdik. Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər. Bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan işğalçı dövlət kimi göstərilmədi. Orada “erməni qüvvələri” yazılmışdı.

Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynəlxalq təmaslarımda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarıma baxmaq kifayətdir. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım. Çünki 1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisinin ortalığa atdığı məlumat var idi. Əks təqdirdə bizim torpaqlarımız işğal altına düşə-düşə Amerika Konqresi məşhur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal altına düşürdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdı və bizi humanitar yardımdan məhrum etmişdi. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası onların qarşısında adekvat addım ata bilməmişdi.

Biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkənin Xocalı soyqırımını soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı.

Biz BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə də bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il zirvə görüşü keçirildi. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurasında yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş verib. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və dedim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi.

Biz bu gün təkcə Qoşulmama Hərəkatına yox, eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da sədrlik edirik. Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynayıb.

Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Asılı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı.

Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi.

Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilərin verdiyi məlumata görə, beş müdafiə xətti var. Füzulidə də həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq.

Eyni zamanda biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.

Dövlət başçısı qeyd edib ki, ölkə gücünü səfərbər edərək bu tarixi günləri yaşayır: “Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam.

Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım prezident Rəcəb Teyyub Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, islam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir”.

Cəbhədə gərginlik

Şiddətli döyüşlər gedir

Prezidentin xalqa müraciəti

Təhlükəsizlik Şurası toplanıb

Hərbi vəziyyət elan edilir

Komendant saatı gəlir

Komendant təyinatı, qismən səfərbərlik

Komendant saatında hərəkət: rəsmi qərar verildi

Füzuli döyüşləri, sərhəddə atəş

BMT baş katibinə deyilənlər

“Azərbaycan onlara yerini göstərəcək”

Merkellə telefon söhbəti

Cəlladlar peyda olur

Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib

“Rossiya 1”ə deyilənlər

Müdafiə Nazirliyinin zərbə hesabatı

Atəşkəs şərti

Yaralıları ziyarət, yeni mesajlar

Avropa İttifaqı rəhbəri ilə danışıq

16 mülki şəxs həlak olub

Arif Hacılının təklifləri

Üçlükdən atəşi dayandırmaq təklifi

Vahid Qazinin İsveç qəzetinə müsahibəsi

Ordu irəliləyir

Dağıntı və itki hesabatı

İsa Qəmbərdən həmsədrlərə cavab

Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”

Madagiz bizdədir!!!

Cəbhədə yeni qələbələr

Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu

Xalqa müraciət

“Ermənistan rəhbərliyi yaxşı düşünsün”

“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə

Ermənistandan raket atəşi

Atəşin qurbanları

Cəbrayıl

Prezident: “Sona qədər irəliyə gedəcəyik”

Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu

Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb

Suqovuşan rəsmiləşir

Çavuşoğlu ilə görüş

Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın

İşğal bölgəsi üzrə əhali

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Putinlə müzakirə

Dinc əhaliyə zərbələr

Putin Qarabağdan danışıb

Suqovuşan qanunu imzalandı

“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”

“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”

Mərkəzi Komanda Məntəqəsində

“İndi Azərbaycan özü status-kvonu dəyişir”

Dinc əhali: 31 ölüm qeydə alınıb

Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib

Putin atəşkəs təklif edir

Müdafiə Nazirliyinin döyüş hesabatı

Atəş altında

“Bu, Ermənistanın növbəti təxribatıdır”

İsveçdə yanlış Qarabağ təsəvvürü

Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu

Prezident İlham Əliyevin xalqa müraciəti

“Ermənistan prezidentinin dedikləri feykdir”

Razılaşma

Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri

Düşmən Gəncəni raketlə vurub

Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib

Müdafiə Nazirliyinin bəyanatı

Prezident Gəncəyə raket hücumuna münasibət bildirib

Cəbhədə vəziyyət

Atəş səngimir

Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi

Cəbhədən yeni hesabat

Atəşin qurbanları

Ermənistanın raket kompleksləri vurulub

Dinc qırğın

“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”

“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”

Azərbaycan Respublikasının xəritəsi

Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”

Cəbhədə vəziyyət

Baş Prokurorluğun yeni hesabatı

Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu

Daha 6 kənd azad olundu

Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”

“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”

Cəbhə xəttində

Atəş zolağı

Əli Kərimli daha iki həmsədr təklif edir

Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib

Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu

Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb

Azərbaycan Ordusu irəliləyir

Füzuli şəhəri və 7 kənd azad edildi

Xalqa müraciət. 17 oktyabr, 2020-ci il

Hərbi cinayətlərin nəticələri

Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü

Atəş kəsilir?

Yeni ərazilər azad edilib

Yalnız rəsmi məlumatı yaymaq!

Hekayədəki nüanslar

Şentopla görüş

61 ölüm və…

Prezidentin TASS-a müsahibəsi

Cəbhədə vəziyyət

Baş Prokurorluğun rəsmi hesabatı

Ceyhun Bayramov Vaşinqtona gedir

Zəngilan şəhəri və 24 kənd azad edildi!!!

Xalqa müraciət. 20 oktyabr 2020-ci il

Döyüş hesabatı

Atəş altında

Köçkünlük itkiləri

Paşinyan sizə də zəng edib?

Lavrovla atəşkəs müzakirələri

Yeni ərazilər azad edildi!

Cəbhə xəttində

Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub

“İti qovan” PUA-ları

Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”

Zəngilanda dərs günü

Rusiya niyə çətinə düşüb?

“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

Raketlər hara düşüb?

Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!

Döyüş hesabatı

Azərbaycanın Milli Qəhrəmanı şəhid olub

İtki və dağıntı statistikası

Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”

İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz

Ən yeni hərbi qələbələr

Qarabağ planı

“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”

Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı

Qubadlı şəhəri azad olundu

Cenevrə görüşünün anonsu verildi

İtkilər və dağıntılar

Azadlıq və işğal bölgəsində

17 kənd

Xalqa müraciət. 26 oktyabr 2020

1 sədr, 30 həmsədr

Cəbhədə vəziyyət

İşğalçı orduda rəhbər dəyişikliyi

“Hər bir halda bu torpaqları qaytaracağıq”

Vəng olur Çinarlı

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb

İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?

Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var

Döyüş hesabatı

Dinc zonada itkilər

Rəsmi xəbərdarlıq: “Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq”

Savaş bölgəsindəki torpaqlar

Düşmən Bərdəni yenə raketlə vurub

Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”

Daha 13 kənd azad olundu

“İnterfaks” agentliyinə müsahibə

Cəbhə xəttində

Düşmənin atıb qaçdığı döyüş sursatı və texnikaları VİDEO

İşğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri VİDEO

Müdafiə Nazirliyi: “Yalnız bir tapşırıq var – torpaqları azad etmək”

Qırğın və dağıntılar

Müharibə tarixçəsi

Ermənistanın iki hücum təyyarəsi məhv edildi

Azadlıq bölgələrində komendantlıqlar yaradılır

Çinarlı qanunu imzalandı

Cəbhədə vəziyyət

Cenevrə görüşü başlayır

Vətən müharibəsində yeni qələbələr

Baş Prokurorluğun yeni hesabatı

Xudafərində VİDEO

Bərdə və Tərtəri atəşə tutan “Smerç”lər məhv edilib VİDEO

Cenevrə razılaşması

Kasetli bombalardan necə müdafiə olunmalı?

“27 il təklif etdiklərimiz, ola bilsin, artıq öz qüvvəsini itirib”

Döyüş hesabatı

Düşmənin daha bir təyyarəsi məhv edilib

Yeni xəbər anonsu

Azadlıq bölgəsi genişləndi

Müdafiə Nazirliyinin məlumatı

Putinlə Qarabağ müzakirələri

Qarabağda birtərəfli jurnalisti ifşa etmək

İtki və zərər statistikası

Cəbhədən yeni xəbərlər VİDEO

“O, müharibənin dayanmasını istəmir”

2734 ev, 98 bina, 500 obyekt…

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti

Vətən müharibəsində yeni uğurlar

Müdafiə Nazirliyinin bilgiləri

Prezident: “Onlar hər şeyi rədd etdilər”

Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər

İtki və dağıntılar

Cəbhədə vəziyyət

Baş Prokurorluğun 6 noyabr hesabatı

Təbiət mühafizəçisi, ekoloji hərəkat fəalı Qreta Tunberqə

Daha 16 kəndimiz azad olundu

Şuşa azad olundu!!!

Xalqa müraciət, 8 noyabr 2020-ci il

Xoşbəxt Şuşa sonluğu

Hikmət Sabiroğlunun gözləri 

Saxta “şəhid siyahısı”nı ifşa edirik

Noyabrın 9-da azad olunan ərazilər

Şuşadan VİDEO

Nə imzalanıb?

Sülh razılaşması Ermənistanı qarışdırıb

Sülh bəyanatı necə qarşılanır?

Növbəti addımlar müzakirə olunub

Əhaliyə nə qədər ziyan dəyib?

İsa Qəmbərin təşkilatı nə düşünür?

Rusun iti, Putinin bülbülü və sair

Qaziləri ziyarət

“Bu qələbəni qazanan əsgər və zabitlərimizdir”

“The Telegraph”: “Ən çox itirən Ermənistan və Paşinyandır”

İnternet necə sərbəstləşdi?

“Reuters”: Putin Qarabağ sövdələşməsi ilə nəyə nail oldu?

Tək Qarabağ deyil…

Milli Şuradan etiraz

“The Guardian”: Qarabağ razılaşması regional geosiyasəti dəyişir

DTX işğaldan azad edilmiş əraziləri nəzarətə götürür

“Bloomberg”: razılaşma, Türkiyənin rolu, Rusiyanın praqmatizmi

Səfirə iki irad

Tomas de Vaal: “Erməni cəmiyyəti belə qəfil çöküşə qəti hazır deyildi”

Dağlıq Qarabağ arayışı

“Vaşinqton Post” Azərbaycanın dronlarından nə yazır?

Azadlığın yeni qrafiki

94 ölən, 414 xəsarət alan var

Qarabağda

Şuşa yolunda

“Financial Post”: Rus qoşunu işğalçı qüvvədən başqa bir şey deyil

Prezidentdən Niderlanda qınaq

Azərbaycan Ordusu Ağdama girib

20 noyabr müraciəti

Yeni fəxri ad, orden və medallar

Azadlıqda, qurtuluş ərəfəsində, işğalda…

Prezident Ağdamda FOTO, VİDEO

Harada nə qədər xəstə var?

  • 24 Noyabr 2020
  • comments

46 dollardan baha…

  • 24 Noyabr 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda