Prezidentdən Niderlanda qınaq
- 18 Noyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetXəbər
Prezident İlham Əliyev noyabrın 18-də Niderland Krallığının yeni səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı səfirin gəlişinin müharibə dövrünə təsadüf etdiyini vurğulayıb: “Obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Siz demək olar iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz.
Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha balanslaşdırılmış yanaşma ilə çıxış edib. Biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək.
Dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı.
Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanıb. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra – Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, region ölkələri bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi – Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı.
Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan, ola bilsin, ölkənizin hökumətinin fərqli mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız.
Praktiki baxımdan bunun yerdəki vəziyyətə birmənalı şəkildə heç bir təsiri olmayacaq. Vəziyyət indi sabitləşir. Belə bir günü demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, çünki təcavüzkar demək olar ki, hər şeyi dağıdıb. Bu videolar bizim televiziyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, bəşəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır.
Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir. Kasetli və fosforlu bombalardan istifadə etmək müharibə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu təsdiq etdi.
Mən təəssüf edirəm ki, söhbətimizə bununla başlamalı oldum. Bu ancaq onunla əlaqədardır ki, bizim görüşümüz iki gün əvvələ təyin olunmuşdu və sizin parlamentin qərarı ondan sonra qəbul edilib. Bundan başqa mən nə deyə bilərəm? Bir daha deyirəm, bunu izah etmək asan olmayacaq. Bu həmçinin sizin hökumətinizin, xarici işlər nazirinizin mövqeyindən asılı olacaq. Biz bununla bağlı onların şərhlərini gözləyirik. Köməkçim mənə deyib ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik.
Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq. Azərbaycan öz ərazisində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycanın parafladığı sənədə uyğundur”.
Səfir Paulin Eizema deyib ki, Bakıya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlib: “Bu, çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda mən bununla bağlı paytaxtımla çox sıx şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub. Mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılıb. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib”.
1988-ci ildə Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək istəyi ilə Azərbaycana qarşı təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, təcavüz şiddətlənərək müharibəyə çevrilib, Azərbaycan bölgənin muxtariyyətini ləğv edib.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və ətraf bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) tutub.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun ümumilikdə 4 qəsəbəsi, 286 kəndi, həmçinin Şuşa şəhəri azad edilib.
Dekabrın 1-dək Ermənistan Ağdam, Kəlbəcər, Laçın rayonlarını Azərbaycana qaytarmalıdır.
Noyabrın 17-də Niderland parlamenti Azərbaycanı Dağlıq Qarabağa qarşı hərbi cinayətlərdə ittiham edən qətnaməyə səs verib. Qətnamədə dövlət başçısına və birinci vitse-prezidentə, həmçinin Türkiyə prezidentinə sanksiyalar, Türkiyəyə silah satışına qadağa qoymaq çağırışları yer alır.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il
Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü
Baş Prokurorluğun rəsmi hesabatı
Ceyhun Bayramov Vaşinqtona gedir
Zəngilan şəhəri və 24 kənd azad edildi!!!
Xalqa müraciət. 20 oktyabr 2020-ci il
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub
Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!
Azərbaycanın Milli Qəhrəmanı şəhid olub
Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”
İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz
“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”
Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı
Cenevrə görüşünün anonsu verildi
Xalqa müraciət. 26 oktyabr 2020
İşğalçı orduda rəhbər dəyişikliyi
“Hər bir halda bu torpaqları qaytaracağıq”
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb
İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?
Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var
Rəsmi xəbərdarlıq: “Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq”
Düşmən Bərdəni yenə raketlə vurub
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“İnterfaks” agentliyinə müsahibə
Düşmənin atıb qaçdığı döyüş sursatı və texnikaları VİDEO
İşğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri VİDEO
Müdafiə Nazirliyi: “Yalnız bir tapşırıq var – torpaqları azad etmək”
Ermənistanın iki hücum təyyarəsi məhv edildi
Azadlıq bölgələrində komendantlıqlar yaradılır
Vətən müharibəsində yeni qələbələr
Baş Prokurorluğun yeni hesabatı
Bərdə və Tərtəri atəşə tutan “Smerç”lər məhv edilib VİDEO
Kasetli bombalardan necə müdafiə olunmalı?
“27 il təklif etdiklərimiz, ola bilsin, artıq öz qüvvəsini itirib”
Düşmənin daha bir təyyarəsi məhv edilib
Qarabağda birtərəfli jurnalisti ifşa etmək
“O, müharibənin dayanmasını istəmir”
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Vətən müharibəsində yeni uğurlar
Müdafiə Nazirliyinin bilgiləri
Prezident: “Onlar hər şeyi rədd etdilər”
Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər
Baş Prokurorluğun 6 noyabr hesabatı
Təbiət mühafizəçisi, ekoloji hərəkat fəalı Qreta Tunberqə
Xalqa müraciət, 8 noyabr 2020-ci il
Saxta “şəhid siyahısı”nı ifşa edirik
Noyabrın 9-da azad olunan ərazilər
Sülh razılaşması Ermənistanı qarışdırıb
Sülh bəyanatı necə qarşılanır?
Növbəti addımlar müzakirə olunub
İsa Qəmbərin təşkilatı nə düşünür?
Rusun iti, Putinin bülbülü və sair
“Bu qələbəni qazanan əsgər və zabitlərimizdir”
“The Telegraph”: “Ən çox itirən Ermənistan və Paşinyandır”
“Reuters”: Putin Qarabağ sövdələşməsi ilə nəyə nail oldu?
“The Guardian”: Qarabağ razılaşması regional geosiyasəti dəyişir
DTX işğaldan azad edilmiş əraziləri nəzarətə götürür
“Bloomberg”: razılaşma, Türkiyənin rolu, Rusiyanın praqmatizmi
Tomas de Vaal: “Erməni cəmiyyəti belə qəfil çöküşə qəti hazır deyildi”
“Vaşinqton Post” Azərbaycanın dronlarından nə yazır?
“Financial Post”: Rus qoşunu işğalçı qüvvədən başqa bir şey deyil