Oktyabrın 8-də İsveç Elmlər Akademiyası 2020-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adını açıqlayıb. Novator.az-ın məlumatına görə, mükafat amerikalı şairə Luiza Qlyuka verilib.
Rəsmi açıqlamada qeyd olunur ki, Luiza Qlyuk poeziyanın səsi ilə insanı bəşəri səviyyəyə ucaldıb gözəlləşdirdiyi üçün Nobelə layiq görülür.
1943-cü ildə Nyu-Yorkda doğulan Luiza Qlyuk əslən yəhudidir. Massaçusets ştatının Kembric şəhərində yaşayır.
Nobel mükafatının məbləği 1,1 milyon dollara yaxındır.