• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabir Rüstəmxanlı Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb

  • 11 Sentyabr 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı məhbus siyasətçi Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.

Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Qarabağ müharibəsi veteranıdır. 1992-1993-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub. Demokratik Qüvvələrin Milli Şurasının rəhbərliyində təmsil olunur.

2020-ci il sentyabrın 3-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunu silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhbus siyasətçi ittihamı qəbul etmir. O, sentyabrın 2-dən saxlandığı təcridxanada azadlıq və bəraət tələbi ilə aclıq aksiyası keçirir.

Novator.az-ın məlumatına görə, Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğrunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır: “Tofiq Yaqubluya sərt cəza verilməsi təəssüf doğurur. Hökm çıxarılarkən Tofiq bəyin keçdiyi həyat yolu, mübarizəsi, dövlətə və vətənə bağlılığı nəzərə alınmalıydı. Xırda bir insidentə görə Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsizlikdir”.

Hökmdən sonra baş verənlərdən də təəssüf hissi keçirdiyini vurğulayan Sabir Rüstəmxanlı deyib: “Artıq neçə gündür Tofiq aclıq edir. Qarabağ döyüşlərində sağlamlığını itirən bir insan bu gün ölüm aclığı keçirir və səhhəti ciddi şəkildə pisləşib. Əlbəttə, üzücü bir haldır. İşin bu yerə gəlib çatmasına imkan verilməməliydi… İnanıram ki, ictimai rəy nəzərə alınacaq və Tofiq bəy azadlığa buraxılacaq”.

Sabir Rüstəmxanlı məhkəmələri hökm çıxarılan zaman qanunun yumşaq üzünü unutmamağa da çağırıb: “Bəzən xırda bir olaya görə elə sərt cəzalar kəsilir ki… Axı hər cəzanın arxasında bir insan taleyi dayanır. Bu məqamlar nəzərə alınmalıdır. Həbsxanaları niyə doldururuq? Dünyada qəbul olunan qaydalar var. Bir çox əməllərin cəzası cərimə ola, maddi tərəfdən qarşılığı ödənilə bilər”.

Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Sabir Rüstəmxanlı 1991-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifəsində çalışıb. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. 1995, 2000, 2005 və 2010-cu illərdə seçilmiş parlamentlərdə təmsil olunub. 2020-ci ilin fevralında keçirilən növbədənkənar seçkidə 61 saylı Neftçala dairəsindən Milli Məclisin üzvü seçilib.

Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

Tofiqin mühakiməsi “yox”larla başladı

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

Tofiqin məhkəməsində

“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”

Tofiqin hakimə iradı

Tofiqin əsgər oğlunun problemi var

Vəsatətlərə baxılmır

Məhkəmədə əsəb gərginliyi

Tofiq canlı yayım istədi

İki vəsatət, mənfi cavablar

Tofiqdən son söz anonsu

Üç vəsatətdən biri təmin olundu

Tofiq Yaqubluya cəza təklifi

Hökm ərəfəsində: Tofiq aclığa başladı

Tofiqə hökm oxundu

Qarışqa yükü boyda

Bir ATA düşünün…

Hökmdən şikayət

Vəkil Tofiqdən xəbər gətirib

Tofiqə dəstək aksiyaları

Tofiq Yaqublu: “Sona qədər gedəcəm”

Tofiq aksiyası

Professor Tofiqin təhlükədə olduğunu yazır

Tofiq Yaqublunun halı pisləşib, ancaq aksiyanı dayandırmır

Hüseyn Məlikə 15 sutka kəsilib

  • 11 Sentyabr 2020
  • comments

Kim udur?

  • 11 Sentyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda