Novator.az koronavirus pandemiyası üzrə beynəlxalq statistikaya nəzər salıb.
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan xəstəlik 908 min adamın həyatına son qoyub. Worldometers.info-da yer alan hesabata görə, ABŞ-da 195 mindən, Braziliyada 128 mindən, Hindistanda 75 mindən çox adam koronavirusdan ölüb.
Yaxın ölkələr itki sayına görə belə sıralanır:
İran – 22669 nəfər
Rusiya – 18135
Türkiyə – 6837
Ukrayna – 2979
Qazaxıstan – 1634
Moldova – 1096
Qırğızıstan – 1061
Ermənistan – 905
Belarus – 726
Özbəkistan – 366
Litva – 86
Tacikistan – 71
Estoniya – 64
Latviya – 35
Gürcüstan – 19.
Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, ay ümumilikdə 3 yoluxma ilə bitib.
Martda 295 yoluxma, 5 ölüm rəsmiləşib.
Digər ayların göstəriciləri belədir:
aprel – 1506 yoluxma, 19 ölüm;
may – 3690 yoluxma, 39 ölüm;
iyun – 12030 yoluxma, 150 ölüm;
iyul – 14354 yoluxma, 235 ölüm;
avqust – 4557 yoluxma, 86 ölüm;
sentyabr – 1297 yoluxma, 21 ölüm.
Ümumən 37732 yoluxma, 555 itki var.