UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, C divizionunun 1-ci qrupunda yarışan Azərbaycan milli komandası sentyabrın 8-i səfərdə Kipr yığmasını 1 cavabsız topla məğlub edib.
Lüksemburq – Monteneqro oyununda da eyni hesab qeydə alınıb – 0:1.
İki turdan sonra qrupa 6 xalla Monteneqro başçılıq edir. Lüksemburqla Azərbaycanın 3 xalı var, Kipr xalsızdır.
Qalan oyunların təqvimi belədir:
10 oktyabr
Lüksemburq – Kipr
Monteneqro – Azərbaycan
13 oktyabr
Azərbaycan – Kipr
Monteneqro – Lüksemburq
14 noyabr
Azərbaycan – Monteneqro
Kipr – Lüksemburq
17 noyabr
Lüksemburq – Azərbaycan
Monteneqro – Kipr.
A divizionunun 1-ci qrupunda İtaliya; 2-ci qrupunda Belçika; 3-cü qrupunda Portuqaliya; 4-cü qrupunda İspaniya liderlik edir.
Qrupların qalibləri 2021-ci ilə təyin olunan final mərhələsində iştirak edəcək.
B divizionunun 1-ci qrupunda Rumıniya; 2-ci qrupunda Şotlandiya; 3-cü qrupunda Rusiya; 4-cü qrupunda Uels öndədir.
C divizionunun 2-ci qrupunda Şimali Makedoniya; 3-cü qrupunda Yunanıstan; 4-cü qrupunda Qazaxıstan irəli çıxıb.
D divizionunun 1-ci qrupunda Farer adaları; 2-ci qrupunda Lixtenşteyn başçıdır.
B, C, D divizionları qruplarının qalibləri yuxarı diviziona adlamaq hüququ qazanacaq.
A, B divizionu qruplarının sonuncuları və C divizionunun ən zəif iki komandası aşağı diviziona yuvarlanacaq.