4,4 min məktəb, 1,5 milyon şagird
- 09 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsaslanaraq bildirir ki, ölkənin ümumi təhsil müəssisələrində 1 milyon 574 min 206 şagirdin təhsil alacağı gözlənir, onların 733 min 279 nəfəri qız, 840 min 927 nəfəri oğlandır.
Hesabata görə, ölkədə 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya, ümumilikdə 4440 məktəb fəaliyyət göstərəcək.