Energetika Nazirliyinin hesabatına görə, 2020-ci ilin avqust ayında Azərbaycanın gündəlik xam neft hasilatı 584,6 min barrel olub.
Novator.az bildirir ki, xam neft hasilatı yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel həcmində rəsmiləşib.
Sentyabrın 9-u dünya bazarında “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 40,30 dollara satılır.
2020-ci ilin yenilənən dövlət büdcəsində bir barrel neftin qiyməti 35 dollardır.
“AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92 dollarla başlayıb.