• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rafiq Tağının ailəsi istintaqın yenilənməsini istəyir

  • 10 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Yazıçı-publisist Rafiq Tağının ailə üzvləri prezident İlham Əliyevə və baş prokuror Kamran Əliyevə müraciət edib.

Azadliq.org-un məlumatına görə, müraciətdə Rafiq Tağının qətlinin 9-cu ilinin yaxınlaşdığı xatırladılır, qeyd olunur ki, cinayətin sifarişçiləri və icraçıları bu vaxtadək tapılmayıb: “Hətta kimsə şübhəli şəxs qismində istintaqa cəlb edilməyib. İstintaq qrupu 9 il ərzində tam fəaliyyətsiz olub. Cinayət işini yeni tərkibli istintaq qrupunun aparmasını məqsədəuyğun bilirik”.

Yazıçı-publisistin ailəsi 2020-ci il mayın 1-dən baş prokuror vəzifəsini tutan Kamran Əliyevin bu işdə əzm göstərəcəyinə ümidli olduğunu vurğulayır.

Novator.az bildirir ki, Rafiq Tağı 2011-ci ilin noyabr ayının 19-u Bakıda bıçaqlanıb, 4 gün sonra Kliniki Tibbi Mərkəzdə vəfat edib, paytaxtdakı Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinin icraatındadır. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb, Rafiq Tağını bıçaqlayan şəxsin kimliyi müəyyən edilməyib.

1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində doğulan Rafiq Tağı Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasını bitirib.

Rafiq Tağı gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. “Yanaşı ulduzlar” (1987), “Düşmənimin xatirinə” (1991), “Pozitiv. Neqativ” (1996), “Şahzadə Dipendranın məhəbbəti” (2005), “Ucaboy liliput” (2005) və “Gənc qraf Kenterberiyski” (2006) kitablarının müəllifidir.

2006-cı ilin noyabrında Bakıda nəşr olunan “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulan Rafiq Tağı Səbail Rayon Məhkəməsinin 4 may 2007-ci il hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. O, həmin il dekabrın 28-də dövlət başçısının imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Yarım ilin qəzaları

  • 10 Avqust 2020
  • comments

Məhəbbət nağılı (8)

  • 10 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
comments
Xəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0

Tags

  • Anım
  • Ədəbiyyat
  • Hüquq
  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Qurultay davası payıza qaldı

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Almaniya: müxalif partiyaya yasaq təşəbbüsü qaldırılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın artım və azalma statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda