• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnsan alverinə qarşı plan təsdiqlənib

  • 22 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyulun 22-də sərəncam imzalayan prezident İlham Əliyev Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair milli fəaliyyət planını təsdiqləyib. 2020-2024-cü illəri əhatə edən planda nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirmək Daxili İşlər Nazirliyinə həvalə olunub.

Sənədə görə, planın məqsədi bu istiqamətlərdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir:

– şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması, xüsusən qadınların, uşaqların və insan alverinə məruz qala bilən digər həssas əhali qruplarının istismarının qarşısının alınması;

– insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması;

– şəxslərin insan alveri qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının müəyyən edilməsi və sosial müdafiəsinin təmin olunması;

– insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması;

– insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi;

– insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şərait yaradılması;

– insan alveri məqsədilə xarici ölkələrə aparılmış Azərbaycan vətəndaşlarının aşkarlanması istiqamətində tədbirlərin həyata keçirilməsi.

İnsan alverinə qarşı mübarizə aparan bütün qurumlar müəyyən olunmuş tədbirləri bu prinsipləri rəhbər tutmaqla həyata keçirirlər:

– insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması;

– insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi;

– insan alverinə görə cəzanın labüdlüyü;

– hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlər görülməsi;

– insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin cəlb edilməsi;

– insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

Planda göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Prezident jurnalistləri mükafatlandırdı

  • 22 İyul 2020
  • comments

Operativ qərargahın 22 iyul hesabatı

  • 22 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda