• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman: “Həyatım xilas olunmaqdadır”

  • 05 İyun 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Bloqçu Mehman Hüseynovun müalicəsinə kömək çağırışı ilə başlayan kampaniya effekt verib.

1989-cu il təvəllüdlü Mehman Hüseynov müxalif bloqçudur, 2017-2019-cu illərdə həbsdə yatıb.

Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə Emin Hüseynova cinayət işi qaldırılıb. O, İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

Emin Hüseynov iyunun 1-də Mehman Hüseynovun onkoloji xəstə olduğunu, İsveçrədə müalicəsinə 74 min frank lazım gəldiyini bəyan edib (1 frank 1 manat 77 qəpikdir). Bu çağırış əsasında internetdə yardım kampaniyası başlayıb.

Mehman Hüseynov iyunun 5-də özünün “Facebook” səhifəsində yazıb ki, müalicə üçün lazım olan məbləğ yığılıb: “Bu xalq heç nəyə qadir deyil” deyənlərə qulaq asmayın. Onlar bizi ruhdan salmaq üçün bu cür yalanlar yayırlar. Xalq parçalananda, inamsızlıq olanda, birlik, həmrəylik olmayanda onu daha rahat idarə etmək olur.

Məhz Azərbaycan xalqının birliyi, həmrəyliyi nəticəsində mənim həyatım xilas olunmaqdadır. Xalqın birliyi, xalqın həmrəyliyi yenə öz sözünü dedi. 2019-cu ildə vəzifəsindən, peşəsindən, siyasi baxışlarından asılı olmayaraq insanlar birləşib meydanlarda, sosial şəbəkələrdə öz gücünü göstərdi, mən azadlığa çıxdım.

Tarix yenə təkrarlanır. Bu gün öz canımla mübarizə aparanda Azərbaycan xalqı yenə məni tək qoymadı. Cəmi iki günə tələb olunan məbləğ – 140 min manat toplandı. Mən bir daha öz ölkəmlə, öz xalqımla fəxr elədim. Sizlər mənə sahib çıxdınız”.

Mehman Hüseynov 2017-ci ilin martında polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Rəsmi açıqlamaya görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib.

Yeni cinayət işi ölkə ictimaiyyətinin və dünya birliyinin etirazlarına səbəb olub. Bu etirazlardan və Mehman Hüseynovun prezident İlham Əliyevə müraciətindən sonra 2019-cu il yanvarın 22-də ikinci cinayət işinin icraatına xitam verilib.

Mehman Hüseynov 2019-cu il martın 2-də ilk cinayət işi ilə kəsilmiş cəza müddətini başa vuraraq azadlığa çıxıb.

Mehman Hüseynova yeni cinayət işi qaldırılıb

Calaq cəzalar

Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildirilir

“Mehman Hüseynova azadlıq!”: məhkəmədən yeni qərarlar gözlənir

Azadlıq istəyənlərdən dördü həbs olundu

Mehman Hüseynov aclıq aksiyasını davam etdirdiyini söyləyib

Mehman Hüseynovun işi: daha bir aksiya

Müsavat mitinq keçirmək qərarına gəlib

Penitensiar Xidmət aclıq xəbərini təkzib edir

Ombudsman Aparatı Mehman Hüseynovla bağlı məlumat yayıb

Mehmana azadlıq istəyənlərin məhkəməsi: yeni qərarlar var

Avropalı komissar Bakıya Mehman təklifi verdi

Neçə nəfər aclıq edir?

YAP-çı deputatların reaksiyası

Cəzanı hamı çəkir

Mehmanla görüşlər

Mehman hansı sözə görə tutulub?

Mitinqə razılıq verilmədi

ATƏT-dən Mehmanı buraxmaq çağırışı gəldi

Həbsdə olan müsavatçı aclığa başladığını elan edib

Bloqçu Mehman və jurnalist…

Siyasi Məhbusları Müdafiə Mərkəzi toplantı keçirib

Mehman Hüseynov: daha bir aksiya təyin olunub

Məhbəsdə aclıq: yeni bəyanatlar var

Müsavat fəalı: istintaq yekunlaşdı, aclıq dayandı

Avropa Parlamenti Mehman Hüseynovla bağlı qətnamə qəbul edə bilər

Aclıqdan yeni xəbərlər

Milli Şuranın mitinqinə icazə verildi

Ofeliya Hüseynovaya Mehmanla görüşməyə icazə verilməyib

Aclıq edən məhbuslarla görüş olub

Mehman Hüseynovla bağlı qətnamə layihəsində nələr var?

Siyasi Məhbusları Müdafiə Mərkəzi hesabat açıqlayıb

“Mehman Hüseynovun işi”: Avropa Parlamenti qətnamə qəbul etdi

“Bu cəhd heç bir nəticə verməyəcək”

Milli Şuranın 19 yanvar mitinqi

Mitinq ərəfəsində tutulanlar

Aclıq aksiyası davam edir

Mehman Hüseynovun prezidentə müraciət etdiyi bildirilir

Prezident İlham Əliyev Mehman Hüseynovla bağlı tövsiyə verib

Mehman Hüseynovla bağlı dinləmə keçirilib

Mehman Hüseynovun cinayət işi xətm olundu

Aclıq edən məhbuslardan nə xəbər?

Azadlıqdakı aclıq dayandırıldı

Məhbuslar aclığı dayandırıblar

Mehman Hüseynov səbirsizliklə gözləyir

Mehman Hüseynov mətbuat konfransı keçirəcək

Mehman Hüseynov jurnalistlər qarşısında

Yeni seçki bloku namizədlərini açıqladı

Mehman. Yenə polisə böhtan?

Mehman Hüseynov xaricə müayinəyə gedib

Fərəc Quliyevə xəbərdarlıq qərarı

Mehman xəstədir. Yardım kampaniyası başlayıb

“Ayağa qalxsam, mübarizəmi davam etdirəcəm”

 

Azərbaycan futbolunda yeni qaydalar

  • 05 İyun 2020
  • comments

Operativ qərargahın 5 iyun məlumatı

  • 05 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda