• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fərəc Quliyevə xəbərdarlıq qərarı

  • 06 Fevral 2020
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçiriləcək parlament seçkisində 31 saylı Suraxanı dairəsindən namizədlər Mehman Hüseynov, Orxan Kəngərli və Etibar Əliyevin müraciətlərinə baxıb. Müraciətlər qismən təmin olunaraq həmin dairədən namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, parlamentin deputatı Fərəc Quliyevə xəbərdarlıq edilib (Qərar).

Mərkəzi Seçki Komissiyasına müraciətlərdə Fərəc Quliyevin seçkiqabağı təşviqat dövründə Mehman Hüseynovu seçkidə iştirakdan çəkindirməklə əlaqədar hərəkətləri mübahisələndirilib və tədbir görülməsi xahiş olunub.

Əsas şikayətçi olan bloqçu Mehman Hüseynov müraciətində qeyd edib ki, Fərəc Quliyev ona zəng vuraraq görüşmək istədiyini bildirib. Bloqçu Fərəc Quliyevin seçki qərargahına getdiyini, söhbət zamanı deputatın ona namizədliyini geri götürəcəyi təqdirdə 15 min manat pul təklif etdiyini, gələcəkdə ona hər cür dəstək olacağını, gənclər təşkilatı, QHT yaratmağa kömək göstərəcəyini vəd etdiyini vurğulayıb. Mehman Hüseynov həmin danışıqların audio yazısını internetdə yayıb, Fərəc Quliyevin digər namizədlərin konstitusiya və Seçki Məcəlləsi ilə təsbit edilmiş hüquqlarının kobud şəkildə pozduğunu, seçkinin nəticələrinə təsir məqsədi güdən qanunsuz əməllərə yol verdiyini iddia edib, onun namizədliyinin ləğv olunmasını istəyib.

MSK-nın qərarında qeyd olunur ki, Fərəc Quliyev araşdırmaya dəvət olunub və müvafiq izahat verib: “Fərəc Quliyev Mehman Hüseynovla görüşdüyünü təsdiq edib, şikayətçi ilə aralarında olan söhbətin təxminən 40 dəqiqə davam etdiyini göstərib, Mehman Hüseynovun həmin söhbətin audio yazısını montaj edərək təxminən 5-6 dəqiqəlik səs yazısını yaydığını bildirib, seçki qanunvericiliyinin, həmçinin qanunların pozulmasına yönələn hər hansı bir hərəkətə yol verilmədiyini qeyd edib. O, seçkidən çəkilmək üçün Mehman Hüseynova rüşvət təklif etmədiyini, şikayətçinin xəstəlikdən əziyyət çəkdiyini və analiz verdiyini, cavab müsbət olmazsa, seçkidən çəkilərək müalicəyə gedəcəyini bildirdiyini vurğulayıb və qeyd edib ki, müalicə olunacağı təqdirdə dostlarına da çağırış edərək Mehman Hüseynova müəyyən maddi köməklik göstərəcəyini bildirib”.

1989-cu il təvəllüdlü Mehman Hüseynov 2017-2019-cu illərdə polisə ağır cinayət ittihamı ilə böhtan atmaq ittihamı ilə həbsdə yatıb.

9 fevral seçkisində Mehman Hüseynov “Hərəkət” seçki blokunu təmsil edir. “Hərəkət” blokunda gənclər, siyasətçilər, vəkillər, jurnalistlər, ictimai fəallar təmsil olunur.

6 fevral məzənnələri

  • 06 Fevral 2020

Çində 563 itki var

  • 06 Fevral 2020

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Xəbər

24476 nəfər, 627,4 milyon manat

Rəylər

Do not miss

comments
ManşetXəbər

Vəkilliyə xitam

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Xəbər

24476 nəfər, 627,4 milyon manat

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

comments
Dünyanın səsiXəbər

Mübariz Mənsimov həbsdən çıxdı

comments
Xəbər

Rəsmi partiyaların sayı 56-ya düşür

comments
Dünyanın səsiManşetŞərh

“The Economist”: “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar”

comments
ManşetXəbər

Hakim partiya necə yenilənir?

comments
ManşetŞərh

Qadınlar: parlamentdə və…

comments
ManşetXəbər

YAP-ın qurultayı gedir

comments
ManşetTribunaYazarlar

Qaynamayan xətt

comments
ManşetTribunaYazarlar

Hamı inanırdı…

comments
Dünyanın səsiManşetXəbər

Müsavat parlamentə müraciət etdi

comments
ManşetXəbər

İmtahan qaydalarında yenilik

comments
ManşetXəbər

1,7-li 3 il

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda