• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Ayağa qalxsam, mübarizəmi davam etdirəcəm”

  • 03 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İsveçrədə müalicə olunan bloqçu Mehman Hüseynov ictimaiyyətə müraciət edib. Novator.az-ın məlumatına görə, iyunun 3-ü “Facebook” şəbəkəsində yayılan müraciətdə bloqçu onu xilas etməyə çalışan hər kəsə təşəkkür bildirir və əlavə edir ki, çətinliklərə öyrəşib: “Həyat məni hər dəfə sınağa çəkir. Ölkədən çıxışıma qadağa, polis bölmələri, döyülmə, 2017-ci ildəki həbs, həbsdə olduğum vaxtı anamı itirməyim, sonra həbsimi uzatmaq istəmələri… Həbsdən çıxdım, yenə döyüldüm və nəhayət, bir gün həkim dedi ki, xərçəngsən.

Həyatım tələb edir ki, mübarizə aparım. Əvvəllər rüşvətxorlarla, millətin qanını içənlərlə, saxtakarlarla mübarizə aparırdım, indi isə özüm özümlə mübarizə aparmalıyam. Əminəm ki, bu şişi də məhv edəcəm”.

Mehman Hüseynov yazır ki, İsveçrəyə mühacirət üçün müraciət edəcəyi halda müalicəsi pulsuz ola bilərdi: “Amma mən bu təklifi rədd etdim. Heç bir mühacirətdən söz gedə bilməz. Mənim öz ölkəm, öz xalqım var. Bundan sonra ayağa qalxsam, öz ölkəmdə mübarizəmi davam etdirəcəm. Sağlamlığım imkan verməsə belə, yenə öz ölkəmdə yaşayacam”.

1989-cu il təvəllüdlü Mehman Hüseynov müxalif bloqçudur, hökuməti tənqid edən videoları ilə tanınır. 2017-2019-cu illərdə həbsdə yatıb.

Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə Emin Hüseynova cinayət işi qaldırılıb. O, İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.

Emin Hüseynov iyunun 1-də özünün “Facebook” səhifəsində yazıb ki, Mehman Hüseynov ağır xəstədir: “Bir neçə həftə əvvəl həkimlər onda tək fibroz şiş şəklində onkoloji xəstəlik aşkar ediblər. Mehman ən qısa müddətdə müalicəyə başlasa, bu xəstəliyin öhdəsindən gəlmək şansı var.

Müalicənin ilk mərhələsi dəyəri təxminən 30 min İsveçrə frankı edən beş-altı həftəlik radioterapiya kursundan ibarətdir. Radioterapiya tamamlandıqdan sonra həkimlər şişin çıxarılması üçün bir əməliyyat keçirəcək. Radioterapiya sonrası sağalma optimist bir ssenari ilə getsə, əməliyyatın dəyəri 12 min İsveçrə frankı, pessimist ssenari ilə getsə, 44 min frank olacaq. Yalnız xəstəxanada xərcləri ödəmək üçün təxminən 74 min frank lazım gələcək.

Nə məndə, nə Mehmanda bu qədər pul var. Hər zaman insan haqlarını müdafiə edən qeyri-kommersiya təşkilatlarında işləmişik və heç bir əmanətimiz yoxdur.

Azərbaycanda və qonşu Gürcüstanda müalicə və diaqnoz üçün bir neçə uğursuz cəhddən sonra tərəfdaş insan hüquqları təşkilatlarının dəstəyi ilə Mehman İsveçrəyə gələrək lazımı diaqnostik prosedurlardan keçə bildi. Gəliş koronavirus pandemiyasının qızğın vaxtına düşdü. Sərhədlər bağlı olduğundan müalicə və müayinənin daha ucuz başa gələ biləcək yerə getmək imkanımız yox idi.

Mehmanın müalicəsi üçün pul toplamaq gərəkdir. Hazırda onun həyatı təhlükə altındadır və sağlamlığına qovuşa bilməsi üçün dəstəyimizə ehtiyacı var.

Mehmanın taleyinə biganə qalmayan hər kəsi həmrəylik göstərməyə və onun həyatını qurtarmaq və sağlamlığını bərpa etmək üçün 74 min frank toplamağa kömək etməyə çağırıram”.

Həmin müraciət əsasında başladılan yardım kampaniyası davam edir.


Mehman Hüseynova yeni cinayət işi qaldırılıb

Calaq cəzalar

Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildirilir

“Mehman Hüseynova azadlıq!”: məhkəmədən yeni qərarlar gözlənir

Azadlıq istəyənlərdən dördü həbs olundu

Mehman Hüseynov aclıq aksiyasını davam etdirdiyini söyləyib

Mehman Hüseynovun işi: daha bir aksiya

Müsavat mitinq keçirmək qərarına gəlib

Penitensiar Xidmət aclıq xəbərini təkzib edir

Ombudsman Aparatı Mehman Hüseynovla bağlı məlumat yayıb

Mehmana azadlıq istəyənlərin məhkəməsi: yeni qərarlar var

Avropalı komissar Bakıya Mehman təklifi verdi

Neçə nəfər aclıq edir?

YAP-çı deputatların reaksiyası

Cəzanı hamı çəkir

Mehmanla görüşlər

Mehman hansı sözə görə tutulub?

Mitinqə razılıq verilmədi

ATƏT-dən Mehmanı buraxmaq çağırışı gəldi

Həbsdə olan müsavatçı aclığa başladığını elan edib

Bloqçu Mehman və jurnalist…

Siyasi Məhbusları Müdafiə Mərkəzi toplantı keçirib

Mehman Hüseynov: daha bir aksiya təyin olunub

Məhbəsdə aclıq: yeni bəyanatlar var

Müsavat fəalı: istintaq yekunlaşdı, aclıq dayandı

Avropa Parlamenti Mehman Hüseynovla bağlı qətnamə qəbul edə bilər

Aclıqdan yeni xəbərlər

Milli Şuranın mitinqinə icazə verildi

Ofeliya Hüseynovaya Mehmanla görüşməyə icazə verilməyib

Aclıq edən məhbuslarla görüş olub

Mehman Hüseynovla bağlı qətnamə layihəsində nələr var?

Siyasi Məhbusları Müdafiə Mərkəzi hesabat açıqlayıb

“Mehman Hüseynovun işi”: Avropa Parlamenti qətnamə qəbul etdi

“Bu cəhd heç bir nəticə verməyəcək”

Milli Şuranın 19 yanvar mitinqi

Mitinq ərəfəsində tutulanlar

Aclıq aksiyası davam edir

Mehman Hüseynovun prezidentə müraciət etdiyi bildirilir

Prezident İlham Əliyev Mehman Hüseynovla bağlı tövsiyə verib

Mehman Hüseynovla bağlı dinləmə keçirilib

Mehman Hüseynovun cinayət işi xətm olundu

Aclıq edən məhbuslardan nə xəbər?

Azadlıqdakı aclıq dayandırıldı

Məhbuslar aclığı dayandırıblar

Mehman Hüseynov səbirsizliklə gözləyir

Mehman Hüseynov mətbuat konfransı keçirəcək

Mehman Hüseynov jurnalistlər qarşısında

Yeni seçki bloku namizədlərini açıqladı

Mehman. Yenə polisə böhtan?

Mehman Hüseynov xaricə müayinəyə gedib

Fərəc Quliyevə xəbərdarlıq qərarı

Mehman xəstədir. Yardım kampaniyası başlayıb

Reportyorlar (76)

  • 03 İyun 2020
  • comments

Cəbhəçi azadlığa çıxıb

  • 03 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gənclər
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda