• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Beyin sənin hekayən” və “Marketinqə dair 300 başlıca sual”

  • 20 May 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evi Devid İqlmen “Beyin sənin hekayən” kitabını çap edib. Eyni zamanda Filip Kotlerin “Marketinqə dair 300 başlıca sual” kitabı təkrar nəşr olunub.

Devid İqlmen “Beyin sənin hekayən”

Kəllə sümüyünün altında sükut və qaranlıq içində gizlənən beyin bizim gerçəkliyimiz və identikliyimiz haqqında nələr danışır? Varlığımızın bu sirli hücrəsinə səyahət etmək istəyirsinizsə, məşhur neyrobioloq Devid İqlmenin (David Eagleman) söhbətinə qoşulun.

Gerçəklik nədir? “Sən” kimsən? Qərarları necə verirsən? Sənin beyninə başqaları nə üçün lazımdır? İnsan olmaq anlayışını texnologiya necə dəyişə bilər? Devid İqlmen öz tədqiqatında bizi ekstremal idman dünyası ilə tanış edir, cinayət və ədalət, üz ifadəsi, genosid, beyin cərrahiyyəsi, bağırsaq hissiyyatı, robot texnikası və ölümsüzlük axtarışları haqqında danışır.

Kəmərlərinizi bağlayın – bir göz qırpımında insanın daxili kosmik dünyasına səyahətə çıxmaq necədir? Milyardlarla beyin hüceyrəsinin intəhasız dərəcədə sıx dolaşmış kələfi içində və onların saysız-hesabsız keçidlərində yəqin ki, özünüzü görməyi gözləmirsiz.  

Kitab iki suala cavab axtarır: həyat beynimizi necə formalaşdırır, beyin həyatımızı necə formalaşdırır?

Kitabı Zahir Məlikli tərcümə edib.

Kitabın satış qiyməti 9.99 manatdır.

Filip Kotler “Marketinqə dair 300 başlıca sual”

Sual-cavab formasında tərtib edilmiş bu kitab strateji marketinq sahəsində dünyanın ən məş­hur ek­spert­lərindən biri, müasir marketoloqların yol­gös­tərəni hesab edilən Filip Kotlerin bilik və çoxillik təc­rü­bəsinin məhsulu sayıla bilər.

Siz bu kitabı oxumaqla marketinq üzrə mütəxəssislərə uğur qazanmaq üçün hansı vərdişlərin vacib olduğunu, şirkətdə marketinqin effektivliyinin necə qiymətləndirilməsini, tənəz­zül zamanı hansı marketinq strategiyalarının daha məqsədə­uyğun olduğunu, qloballaşma və yeni texnologiyalarla əlaqədar hazırda marketinqin rolunun necə də­yişdiyini, marketinq şöbələrinin gələcəkdə necə olacağını öyrənəcəksiniz.

Kitab şirkət rəhbərləri, marketinq menecerləri, prak­­tik marketoloqlar, brend menecerlər, ali ixtisas mək­təblərinin müəllim və tələbələrinə ünvanlanıb.  

Kitabın satış qiyməti 8.49 manatdır.

Xarici borc: 10 ilin rəqəmləri

  • 20 May 2020
  • comments

Cəbhəçiyə ittiham, üç aylıq həbs

  • 20 May 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Elm
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Texnologiya
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda