• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pandemiya şəraitində distant fəaliyyət

  • 13 May 2020
0
SHARES
FacebookTwitterPinterest

Koronavirus yayılmağa davam edir. Dünyada virusa yoluxanların sayı 4,3 milyon nəfəri keçib.

Qlobal təhlükə fonunda bütün biznes sahələrini əhatə edən və birbaşa insan resursları ilə bağlı bir çox iqtisadi problem meydana çıxır. Koronavirusa qalib gəlməyin səmərəli yolu onun yayılmasını minimuma endirməkdir. Bunun üçün vətəndaşların, o cümlədən kommersiya sahəsində çalışanların özlərini təcrid etməsi vacibdir. Buna nail olmaq məqsədilə onlara distant fəaliyyət göstərmək üçün şərait yaratmaq lazımdır.

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) kompaniyaları həmişə məsafədən işləməyə üstünlük verib. Əmək bazarındakı yüksək rəqabət səbəbindən hər şəhərdə və ya ölkədə ixtisaslı kadr tapmaq olmur. İxtisaslı mütəxəssisləri şirkətlərin yerləşdiyi coğrafi məkanın hüdudlarından kənarda tapmaq daha asandır. Belə yanaşma rəqabət problemini həll edir və axtarışı sürətləndirir.

Bir çox qurumun ofisdəki ənənəvi iş rejimindən imtina etməsi pandemiyadan əvvəllər də vardı. Beynəlxalq Əmək Təşkilatının və Yaşayış və İş Şəraitinin Yaxşılaşdırılması üzrə Avropa Fondunun 2017-ci ilə olan məlumatına görə, inkişaf etmiş ölkələrin əmək bazarında ofisdən uzaqda işləyən işçilərin sayı 17%, Yaponiyada və ABŞ-da isə 40% idi.

Məsafədən işin müəyyən üstünlükləri var. Belə rejimdə iş yeri icarəsinə, əməkdaşları naharla təmin etməyə və s. qayğılara ehtiyac olmur. İnsanlar isə işə getməyə və evə qayıtmağa, digər işçilərlə söhbətə vaxt sərf etmir. “Apple”, “Gooqle” kimi nəhənglər belə rejimi çoxdan tətbiq edirdilər. Evdə iş praktikası az və ya çox dərəcədə bütün kompaniyalarda vardı. Pandemiya vaxtı mümkün olan qədər işçiləri evdə işləməyə göndərmək zərurətə çevrilir. Bu zaman insanlar ictimai nəqliyyatda virusa yoluxmaq təhlükəsindən xilas olur. Müasir İKT kompaniyalarının infrastrukturu işçilərə səmərəli çalışmağa imkan verir.

Pandemiya göstərdi ki, İKT şirkətləri işçilərin sağlamlığına təhlükə yaradan vəziyyətə daha tez reaksiya verir və buna biznesin müasir formalarından istifadə etməklə nail olurlar. Başqa kompaniyalara distant fəaliyyətə keçmək çətin idisə, İKT kompaniyaları karantində işləməyə qabaqcadan hazır idilər və bu səbəbdən evdə işi tətbiq etməkdə çətinlik çəkmədilər.

Pandemiyada insanlar evdə işləməyə məcbur olduqlarından kompaniyalarda işçilər üçün distant iş yeri təşkil etmək sahəsində tələbatın kəskin artacağı istisna deyil. Məsafədən iş üçün infrastrukturu hazır olan şirkətlərə öz işçilərinin ən azı bir hissəsini evdə iş rejiminə keçirmək çətin olmadı. Əgər kompaniyalarda özlərinin ümumi resurslarına, sənəd dövriyyəsinə, elektron poçtuna məsafədən qoşulma imkanı varsa, belə qərarlar ciddi xərclərə səbəb olmur. İKT şirkətlərində məsafədən iş trendi artıq xeyli vaxtdır mövcuddur, belə işin təmin edilməsinin mexanizmi işlənib hazırlanıb və uğurla tətbiq edilir. Bu fəaliyyətin səmərəli olması ilk növbədə işçidən, onun nə qədər məsuliyyətli olmasından, evdə iş prosesinə uyğunlaşmasından və diqqətli olmasından asılıdır.

İş elə gətirib ki, İKT kompaniyaları xəstəliyin yayılmasının profilaktikasına öz töhfələrini verirlər. Pandemiya üzündən əksər ölkələrdə elan edilən karantin dövründə İKT şirkətləri daha uduşlu vəziyyətdə oldular və iş prosesini qısa müddətdə lokal ofislərdən kənara çıxara bildilər.

Ekspertlər hesab edir ki, biznesdə uğur qazanmaq üçün bir addım öndə olmaq, situasiyaya reaksiya vermək yox, onu əvvəldən görmək və dəyişən şəraitə uyğunlaşmaq daha vacibdir.

Distant fəaliyyətə keçid rəqiblərdən üstün olmaq imkanı verir. Məsafədən iş əməyin təşkili prosesində zamanın tələbidir, koronavirusa reaksiya deyil.

Pandemiya kompaniyaları yeni iş modelinə təşviq etdi. Hazırda müxtəlif ölkələrdə epidemioloji vəziyyət fərqli olduğundan universal məsləhət vermək imkan xaricindədir. Burada əsas məsələ işçiləri ev şəraitində işləməyə keçirmək yox, xəstəliyin yayılmasının qarşısını almaq üçün irimiqyaslı profilaktik tədbirlərin görülməsidir.

Böyük şirkətlər pandemiya zamanı əlavə tədbirlər görmədən işçiləri evdə iş rejiminə keçiriblər. Nisbətən kiçik təşkilatlarda distant işi təşkil etmək o qədər də çətin deyil. Bunun üçün müvafiq həll yolu seçmək gərəkdir. Evdə iş rejimində başlıca məsələ səmərəliliyin saxlanmasıdır. Burada rabitənin münasibliyi, təhlükəsizlik, iş üçün lazım olan vasitələrin mövcudluğu, sistemin dayanmalara nə qədər hazır olması tələbləri nəzərə alınmalıdır.

Distansiyadan işi hamının ümumi gələcəyi hesab edən ekspertlər bu fikirdədir ki, pandemiyaya qədər belə iş rejiminin yayılmamasının səbəbi insanların belə rejimdən çəkinmələri olub. Məsafədən işi təşkil edəcək bacarıqlı menecerlərin çatışmazlığı, proseslərin və kommunikasiyaların necə qurulmasını bilməmələri səbəbindən bu günədək evdə işin təşkili geniş yayılmamışdı. Koronavirusa qarşı mübarizə aparmaq məqsədilə tətbiq edilən karantin bu işin təşkilinə təkan verdi.

Dediklərimizə pandemiyanın ən ağır keçdiyi İtaliyadakı vəziyyət bariz nümunədir. Bütün ölkədə karantin rejimi bərqərar olduqdan sonra şirkətlər işçilərini yığcam iş formatına keçirdilər, onlara kompüter verib işləmək üçün evə göndərdilər. Nəticədən heç kim şikayətçi deyil, işçilər əvvəlkindən az və ya pis işləmirlər.

Ekspertlər güman edirlər ki, İtaliyada pandemiya karantini qurtardıqdan sonra yeni virus – distant iş virusu yayılacaq. Bir müddət evdə işləyənlər üçün sonradan ofis rejiminə qayıtmaq çətin olacaq.

Söhrab Məhərrəmov


Müəllifin başqa yazısı:

Pandemiyanın dərsləri

Artım və azalmalar statistikası

  • 13 May 2020

Yeni icra başçısı təyin edildi

  • 13 May 2020

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İdarəçilikdə qadınlar

comments
ManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
Dünyanın səsiManşetXəbər

NATO-ya qoşulmaq yolu

comments
ManşetXəbər

“Neftçi”, “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İdarəçilikdə qadınlar

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İdarəçilikdə qadınlar

comments
ManşetŞərh

Konstitusiyadakı dilimiz

comments
Dünyanın səsiManşetXəbər

NATO-ya qoşulmaq yolu

comments
ManşetXəbər

“Neftçi”, “Zirə” və “Qəbələ”nin mümkün rəqibləri

comments
Dünyanın səsiManşetXəbər

Qərb Putinin nüvə zərbəsinə necə cavab verə bilər?

comments
ManşetTribunaYazarlar

İtmiş cazibə

comments
AktualManşetŞərh

Cib boşalır, büdcə dolur

comments
Dünyanın səsiManşetXəbər

Fransa: yeni hökumət qurulur

comments
Dünyanın səsiManşetXəbər

Harada neçə xəstə?

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
AktualManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

comments
ManşetXəbər

Böyük liqanın komandaları

comments
AktualManşetŞərh

Əziyyətli ölkə

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
ManşetXəbər

Yoluxma, itki, peyvənd

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya 2022” nöqtəsi

comments
ManşetXəbər

“Bu siyasət atalarımızın vəsiyyətidir”

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Dünyanın səsiManşetXəbər

Nadir+ (Finalda çıxış ardıcıllığı)

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
AktualManşetXəbər

Klub turnirlərinin yeni formatı

comments
AktualManşetXəbər

İllər üzrə pensiyaçı sayı

comments
ManşetXəbər

Maddi təzminat tələbi qüvvədə qalır

comments
AktualManşetXəbər

İsa Qəmbər çağırışı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda