• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xoşbəxt Şuşa sonluğu

  • 08 May 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetTribunaYazarlar

Səidə Hüseynova

Mən heç vaxt Şuşada olmamışam. Amma həm də görmüşəm Şuşanı…

Şuşanın adı gələndə 20 ildən çoxdur tanıdığım iş yoldaşım, redaktorum Hikmət Sabiroğlu yadıma düşür. Mən Şuşaya onun gözləriylə baxıram, illərdir onun Şuşa həsrətinin canlı şahidiyəm. Şuşanın adı çəkiləndə, bir şəkli üzə çıxanda, bir xatirəsi yada düşəndə Hikmətin gözlərindəki həsrətə, kədərə və… əzab qarışıq sevincə dayanmaq çox çətindir.

Hikmət Sabiroğlunun Şuşa həsrəti içdiyi çaya, yeridiyi yola, qalxdığı pilləkənə, redaktə elədiyi mətnə, hazırladığı xəbərə də hopub. Onunla fasiləsiz çalışdığım 12 ildə elə bir gün olmayıb ki, əsir yurdu yad eləməsin, ən azı ortalığa bu mövzuda bir söz salmasın.

Onun Şuşa dərdi, Şuşa həsrəti heç vaxt soyumur, köhnəlmir. Hər əzabı bir yana, Şuşa bir yana. Mən onu tanıdığım 20 il ərzində necə Şuşa həsrətliydisə, elə də qalıb.

Bir şuşalı toyundan, yasından qalmaz. Hərdən köhnə tanışlarla rastlaşanda Hikməti soruşurlar. Deyirəm həftənin üç-dörd gününü işdən sonra yasa gedir, hər ay da ən azı iki toya. Xeyirdən-şərdən qalan adam deyil, amma şuşalı məclisindən heç qalmaz.

Qohumlarım, dostlarım, tanışlarım arasında yurd-yuvasından qaçqın düşən, torpaq itirən, vətəndən olan çoxları var. Onların da necə həsrət çəkdiyini görmüşəm. Amma Hikmətin dərdi ayrı bir dərddir.

Nə küçəyə çıxıb aksiyaya qoşulur, nə Qarabağa azadlıq hayqırır. Heç bir Qarabağ təşkilatının üzvü deyil, torpaq adına heç bir tədbirə, toplantıya qatılmır.

Qarabağı, Şuşanı içində çəkir. Siqaretinin tüstüsündə də sanki Şuşa dumanı var.

Mən Şuşaya heç vaxt getməmişəm, amma bu həsrəti, bu əzabı mən də yaşayıram.

…Biz Şuşaya getməsək də olar deyirəm. Amma Hikmət getməlidir. Bu xiffət o biri dünyaya qala bilməz.

Deyirlər hər əzabın bir xoşbəxt sonluğu var. Şuşa həsrətinin də bir xoşbəxt sonluğu olsun gərək…

İranla sazişin Qarabağ sədası

  • 08 May 2020
  • comments

Qaçan əmanət hara qaçır?

  • 08 May 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda