2019-cu ildə Azərbaycanda 3 milyon 276,5 min ton (əvvəlki illə müqayisədə 13,1 faiz çox) tullantı əmələ gəlib. Dövlət Statistika Komitəsi bildirir ki, tullantıların 61,7 faizi bərk məişət tullantıları, 38,3 faizi müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar olub.
Hesabata əsasən, ötən il yaranmış 2 milyon 21,6 min ton bərk məişət tullantılarının 72,9 faizi zərərsizləşdirilmək üçün poliqonlara daşınıb, 26,8 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3 faizi ölkə daxilində satılıb: “Məişət tullantılarından istifadə hesabına 195,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Sənayedə və iqtisadiyyatın digər sahələrində yaranmış istehsal tullantıları ehtiyatlarının 28,3 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 9,9 faizi ölkə daxilində satılıb, 3 faizi ixrac olunub, 14 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,8 faizi müəssisələrdə qalıb.
Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2018-ci illə müqayisədə 6,3 faiz az təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 9,7 faiz olub”.