
İqtisadçı Qubad İbadoğlu Dövlət Neft Şirkətinin (DNŞ) çox böyük rəhbər heyətinin olmasına diqqət çəkib.
DNŞ neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. Qurumun tərkibində istehsalat birlikləri, zavodlar, trestlər, hüquqi və qeyri-hüquqi şəxs statuslu təsisatlar fəaliyyət göstərir.
Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazır ki, Dövlət Neft Şirkətinin 12 vitse-prezidenti var:
birinci vitse-prezident
vitse-prezident
iqtisadi məsələlər üzrə vitse‐prezident
sərmayələr və marketinq üzrə vitse‐prezident
emal üzrə vitse‐prezident
sosial məsələlər üzrə vitse‐prezident
kadr, rejim və informasiya texnologiyaları üzrə vitse‐prezident
neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident
ekologiya üzrə vitse‐prezident
strateji inkişaf üzrə vitse‐prezident
geologiya və geofizika məsələləri üzrə vitse-prezident
yataqların işlənməsi üzrə vitse-prezident.
DNŞ-nin prezidenti postunu Rövnəq Abdullayev tutur.
Qubad İbadoğlu DNŞ-nin hazırda neftin ucuzlaşması və hasilatın azaldılmasından zərər çəkdiyini vurğulayaraq bu fonda qurumun 12 vitse-prezidentlə idarə olunmasının suallar doğurduğunu yazır.
Dövlət Neft Şirkətinin mərkəzi ofisi Bakı şəhərində yerləşir. 2016-cı ildə istifadəyə verilən bina 40 mərtəbədən ibarətdir.