
Energetika Nazirliyinin 5 may məlumatına görə, London birjasında brent markalı neftin barreli 28,52 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 21,75 dollara satılır.
“AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 24,11 dollar qiymət qoyulduğu bildirilir.
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya əsasən, mayın 1-dən Azərbaycanın gündəlik neft hasilatı 554 min barrel, iyulun 1-dən 587 min barrel, 2021-ci ilin yanvarından 620 min barrel olmalıdır.