• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadiyyat nə qədər itirəcək?

  • 27 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının koronavirus pandemiyası üzündən gündə təqribən 120-150 milyon manat itirdiyini bəyan edib.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb, 207 mindən çox adam ölüb.

Azərbaycanda infeksiyanı cilovlamaq məqsədilə xüsusi karantin rejimi tətbiq olunub: sərhədlər qapadılıb, ictimai iaşə müəssisələri, şadlıq və mərasim evləri, bir çox ticarət məkanı və məişət xidməti yeri bağlanıb, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Novator.az-ın məlumatına görə, Mikayıl Cabbarovun iqtisadi itkilər barədə açıqlamasını şərh edən ekspert Natiq Cəfərli yazır ki, çox güman, nazir aprel ayının 1-dən sonrakı itkiləri hesablayır: “Ancaq turizm sektoru fevraldan, ictimai iaşə və qeyri-ərzaq ticarət obyektləri martın ortasından müştərisiz qalıb. Karantin rejiminin mayın 4-də bitməsi gözlənir, deməli, iqtisadiyyatımızın 5,3 milyard manata yaxın itkisi olacaq. Fevral-mart aylarındakı yavaşlamanı da hesablasaq, karantinin sonuna 6 milyard manat itki ola bilər.

Bu, hökumətin, büdcənin itkisi deyil, iqtisadiyyatın itkisidir, yəni əlavə dəyər yaranmır, ticarət və xidmət zəifləyir, deməli, ümumi daxili məhsul ciddi aşağı düşür.

Karantin mərhələ-mərhələ ləğv olunacaq, hətta tam bitəndən sonra belə bir çox sahə aylarla özünə gəlməyəcək. Məsələn, turizm ili itirildi, ictimai iaşə və qeyri-ərzaq ticarəti obyektlərinin dövriyyəsi və gəliri kəskin azalacaq (çünki insanların davranış qaydaları dəyişir), bir çox xidmət sahələrində də axsamalar olacaq. Bunun üzərinə neftin qiymətinin kəskin enməsinin təsirini də gələndə vəziyyət lap gərginləşir. Bir sözlə, bu il Azərbaycanda iqtisadiyyatın daralması ikirəqəmli ola bilər

Pandemiya, neft qiymətləri sadəcə nəticədir, əsas səbəb iqtisadiyyatın primitivliyi, iqtisadi sistemin dayanıqsızlığı, məmur iqtisadiyyatı, rəqabətsiz mühit və ədalətsiz məhkəmə sistemidir.

Bəli, normal ölkələrdə də ümumi daxili məhsul azalır, iqtisadiyyat daralır, amma məhz institutlaşmanın güclü, ədalətin dayanıqlı, rəqabətin hiss edilən səviyyədə olduğu ölkələr böhrandan daha tez çıxmağı, toparlanmağı bacaracaqlar. Son 20 ildə 3 böhran dalğası olub, hamısında demokratik ölkələrdə toparlanmanın daha tez olduğunu görmüşük. Bir tək neftdən asılı ölkələrin toparlanması neft qiymətlərinin yüksəlməsi hesabına olub. Bu gün yaranan unikal vəziyyət isə onu deməyə əsas verir ki, pandemiyadan sonrakı dövrdə institutlaşmış ölkələr toparlanmağa, dünya iqtisadiyyatı dirçəlməyə başlayanda da neft qiymətləri hələ azı il yarım aşağı səviyyədə olacaq. Çünki anbarlarda, tankerlərdə yığılıb qalan ucuz neftin həzm edilməsi çox çəkəcək”.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-mart aylarında ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% artıb.

Ötən ilin ilk üç ayına nəzərən nəqliyyat sektorunda yük daşınması üzrə 0,3%, sərnişin daşınması üzrə 4,4%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 5,5%, geriləmə var.

İctimai iaşə dövriyyəsinin real ifadədə 12,9% daraldığı, turistlərin sayının 15%, mehmanxanaların gəlirinin 15,8% azaldığı bildirilir.

Azərbaycanın 2020-ci il büdcəsində neftin bir barrelinin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43 dollarla başlayıb, hazırda 18,60 dollara satılır.

Avropa Şurasındakı Azərbaycan heyəti

  • 27 Aprel 2020
  • comments

Əli Kərimli – 55

  • 27 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda