• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbərin təşkilatı təkliflər verib

  • 22 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Siyasətçi İsa Qəmbərin sədrlik etdiyi Milli Strateji Düşüncə Mərkəzi (MSDM) aprelin 21-də internet vasitəsilə toplantı keçirib. Novator.az-ın məlumatına görə, toplantıda ölkədəki vəziyyət və MSDM-in yaxın hədəfləri müzakirə edilib.

Müzakirə iştirakçıları koronavirus pandemiyası şəraitində dünyada və ölkədə təhlükələri, problemləri və prosesləri dəyərləndiriblər. Qurum demokratik düşərgəyə qarşı dözümsüzlüyə, gerçək müxalifət təmsilçilərinə yönəlmiş repressiyalara, bütövlükdə siyasi ayrı-seçkiliyə son qoymağa çağırış edib.

Hakimiyyətə ünvanlanan təkliflər arasında ehtiyacı olan zümrə və təbəqələrə daha ciddi və daha operativ sosial yardım göstərilməsi; pandemiya və neftin qiymətinin düşməsi nəticəsində dərinləşən böhran şəraitində iqtisadiyyatın xilası, kiçik və orta biznesin qorunması üçün həqiqi islahat proqramı gerçəkləşdirilməsi; koronavirusa qarşı mübarizədə, vətəndaşların sağlamlığının qorunmasında fədakarlıq göstərən həkimlərin və tibb işçilərinin əməyinin yüksək qiymətləndirilməsi, o cümlədən bu yolda şəhid olmuş təcili yardım həkimi Zakir Xəlilovun xatirəsinin əbədiləşdirilməsi yer alır.

Milli Strateji Düşüncə Mərkəzində siyasətçilər Arif Hacılı, Vaqif Hacıbəyli, Arzu Səmədbəyli, publisist Mehriban Vəzir və başqa şəxslər təmsil olunur.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.

1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.

Qərar müşkülünün çözümü

  • 22 Aprel 2020
  • comments

Rusiyada qadın-kişi nisbəti

  • 22 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda