• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

  • 16 Aprel 2020
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Vahid Qazi

Jurnalistikada xoşum gələn janr müsahibədir. Əlbəttə, publisistikanı nəzərə almıram, o, ən ürəyəyatan yazı meydanıdır mənim üçün. Üfüqdə sərhədləri özün çəkəcək qədər genişdir o.

Jurnalistika haqda təsəvvürü üzdən olanlar elə bilirlər ki, müsahibə asan işdir. Yəni özün əziyyət çəkmirsən, müsahibin danışır, sən də köçürürsən – budur, yazı hazırdır. Boynuma alım ki, jurnalistliyə təzə başlayanda mən də o cür düşünürdüm.

Müsahibəni müstəntiq “dopros”uyla səhv salan jurnalistlər də az deyil. Düzdür, bu cür müsahibələr oxucularda daha çox maraq yaradır. Amma sizi bilmirəm, qarşısındakını zorla, ruslar demiş, “neprav” çıxaran jurnalistika mənlik deyil. Müsahibini məhşər ayağına çəkən yox, tövbə qapısına gətirən jurnalistikaya sayğım var.

Müsahibə müsahibin portretini onun öz sözləriylə “çəkmək” sənətidir. Müsahibin əsl surətini yaratmaq üçün o söz-rəngləri bir-bir ondan çəkib çıxarasan gərək. Özü də şeytani xoş bir zövq alırmış kimi.

İş bununla da bitmir, o “portret” üçün gərək zaman və məkan fonu da çəkəsən. Adamsız zaman və məkan yoxdur axı! Odur ki, üçünü bir çərçivəyə sığdırasan gərək.

Bir jurnalist kimi mənim də müsahiblərim olub. Bizimkilərdən Rüstəm İbrahimbəyov, Fred Asif, Ramiz Rövşən, Əkrəm Əylisli, Ayaz Salayev, Rafiq Əliyev, Vəfa Quluzadə, Gültəkin Hacıbəyli, əcnəbilərdən keçmiş sovet dissidenti Levan Berdzenişvili, Bolqarıstanın ilk antikommunist baş naziri Filip Dimitrov, Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil və başqa bu sayaq adamlardan aldığım müsahibələrim var. Əlimdə qalanları bloqumun “Müsahiblərim” bölməsində yerləşdirmişəm. Bu koronaviruslu “evdə qal” günlərində oxumaq meyliniz olsa, buyurun, qonağım olun.

Ürəyimdə qalan müsahibə almaq istəyim də olub. Yadıma gəlir, 2006-cı il idi. “III Sektor” jurnalının növbəti sayını “Neft və demokratiya” mövzusuna həsr etməyi qərarlaşdırmışdıq. Azad Mirzəcanzadə müsahibə xahişimizi yerə salmadı. Yaxşıca hazırlaşmışdım da. Alimliyi, neft mütəxəssisliyi öz yerində, mənə onun bir şərqli intellektual kimi qərbli təfəkkürü maraqlı gəlirdi. Ömrü vəfa etmədi, çatdıra bilmədim.

Müsahibə almaq istədiyim iki adam qalıb, biri Əbdürrəhman Vəzirovdur, bir də Vaşinqtondakı Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti İrena Lasota.

Vəzirovdan müsahibə almaq ideyası onun “Parterin ilk sıralarında” (“В первых рядах партера”) memuarı haqda yazdığım “Tamamlanmış yarımçıq portret” yazısından sonra yarandı. Telefon söhbətlərində “Portreti tamamlamaq üçün nə sualların olsa cavab verərəm” dedi. Mən də 20 sual yazıb göndərdim. Bir neçə gündən sonra zəng elədi: “Oxudum. Moskvaya yolun düşsə, xəbər elə görüşək”.

Yazılı cavab vermək istəmədi. Başa düşürəm onu, müsahibə üzbəüz olar!

İrena Lasota ilə belə razılaşdıq ki, başqa suallarla yanaşı Azərbaycanla da bağlı bütün suallarıma səmimi cavab verəcək. “Bir şərtlə: mən öləndən sonra dərc edəcəksən!” dedi. Sonra da bunu əlavə elədi: “Qış ayları bilet ucuz olur, al, gəl Vaşinqtona, qonağım ol”.

Nələr deyəcək? Niyə ölümündən sonra şərti qoyur? Bu maraq adamı nəinki Vaşinqtona, lap dünyanın o başına da aparar.

Təlatümlü illərdə Azərbaycana başçılıq etmiş, son 50 ildə ölkəmizdə yürüdülən siyasətə müxalif baxışlı şəxs kimi tanınan, kommunizm ideyalarına bu gün də sadiq qalan dövlət rəhbəriylə; müasir Azərbaycan tarixini ən qaynar vaxtlarda yaxından izləmiş, azından beş kərə Elçibəyə Kələkidə baş çəkmiş bir amerikalı politoloq xanımla müsahibədə qəsdim tək onların portretini “çəkmək” deyil, həm də tariximizin xeyli qaranlıq səhifəsinə işıq tutmaqdır.

Vəzirovun 90, İrena xanımın 75 illiyi yaxınlaşır. Səki öz aləmimdə onların yubileyləri ərəfəsində Moskvaya, Vaşinqtona səfər planlaşdırmaq istəyirdim. Qalmağa yer problemim olmayacaqdı. Yolpulu da tapacaqdım.

Araya koronavirus düşdü.

Sizə düzünü deyimmi? Öz aramızda qalsın. Bir jurnalist kimi bunu yazmaq mənə ağır gəlsə də deyim – koronavirus bəhanədir. Hələ bu virus epidemiyasından öncə hiss edirdim ki, arzum ürəyimdə qalacaq. O müsahibələr baş tutmayacaq. Səbəb də özüməm.

Məndən soruşsalar ki, bu müsahibəni hansı qəzet, sayt üçün alırsan, nə deyəcəm? Müsahibələri dərc edəcək KİV tapılacaqmı? Vəzirovun memuarında yazmadığı, amma ürək qızdırıb mənə danışacaqlarını, Lasotanın Azərbaycanda ən yaxın dostu kimi indiyədək mənə deməkdiklərini, amma güman etdiyim həqiqətləri kimsə dərc edərmi?

Heç ezamiyyə xərclərini ödəyəcək, qonorar verəcək KİV-i ağlıma da gətirmirəm, eləcə dərc etməyə azadlığı olan qəzetdən, saytdan danışıram.

Nə gəzir belə KİV! Boğazından asılıb hamısı!

***

Növbəti həyatımda jurnalist yox, rəssam olacam. Qərarım qətidir! Heç bir epidemiya, pandemiya bəhanəsi olmayacaq.

Yarımçıq portretləri çəkib bitirmək arzusuyla…

Koronavirus günləri, 2020-ci il

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Neft büdcə qiymətindən nə qədər ucuzdur?

  • 16 Aprel 2020
  • comments

Qiymət, ticarət, kapital hesabatı

  • 16 Aprel 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Media
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda