• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Emin Huseynzade

Koronavirus mediamızı dəyişə bilməz

  • 27 Mart 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetMediaTribunaYazarlar

Emin Hüseynzadə

Koronavirus pandemiyasının dünyaya və ölkəmizə hansı səviyyədə təsir etməsindən asılı olmayaraq Azərbaycan mediasında xəbərləmə və əhalini məlumatlandırma dəyişmir və dəyişməyəcək.

Maliyyə

İllərdir yalnız bir gəlir mənbəyi olan medialar elə onlardan asılı vəziyyətdə qalmaqdadır. Ona görə imkanlı şəxsin nüfuzunu (işini, şirkətini) itirməsi hansısa saytların, səhifələrin və ya sosial media hesablarının yox olması ilə müşayiət olunur. O ana qədər həmin sayt və səhifələrin reklamlarla dolu olması və ya on minlərlə izləyicisinin olması bu “yoxolma” prosesinə heç cür təsir etmir. Deməli, pandemiyada hadisələri deyil, şəxsləri izləməliyik ki, media maliyyəsindən xəbərimiz olsun.

Koronavirus haqda hərtərəfli xəbərlər

Bunu da gözləməyin. Karantin və #evdəqal tipli dörd divara qapanma ölkədə indi təbliğ olunur. Ancaq mediamız illərdir evdə qalıb, otaqdan çıxmayan, “ayaqsız jurnalistika” növünə keçib. Ofislərdən yalnız buludları görən və ölkə haqda məlumatlı olduğunu iddia edən onlarla, yüzlərlə xəbər saytımız var. Onlar üçün heç nə dəyişmir. Əvvəlkitək otaqlarında oturub bir-birinin xəbərlərini kopyalayır, rəsmi xəbərləri olduğu kimi verir, analizdən və pəncərənin “o tərəfində” nə baş verdiyindən xəbərsizcəsinə davam edirlər. Buna görə də məlumat müxtəlifliyini gözləməyək.

Pandemiya dövründə daha çox nəyi yaymamaq haqda məlumatlar eşidilir. Bəs nə haqda danışmağın lazım olduğunu unudurlar? Əhali evdə qalanda yox olmur, itmir, yaşayır.

Nə etməlidirlər?

Evdə qalan əhalinin nə etdiyi, nə düşündüyü, problemləri evdə qalmaqla bitmir. Kredit borcunu ödəyə bilməyən minlərlə vətəndaş üçün hansı çıxış yolları var? Bunu işıqlandırsınlar. Evdən hansı bizneslər qurular, necə pul qazanılar?.. Mövzular bitib-tükənməzdir əsl media menecerləri üçün.

Yaz gəlib, əkin edənlər evdə qala bilmir, əkin edir ki, bu ölkə pandemiya vaxtı da, ondan sonra da yaşasın. Enerji, su, qaz, nəqliyyat və başqa sahələrə aid müəssisələrin işçiləri bir-birinə yaxın getməyə-getməyə adamlara xidmət göstərirlər. Bunu necə bacardıqları, günümüzün qəhrəmanlarının məhz onlar olduğunu media işıqlandırmalıdır.

Media maliyyələşməsində də köklü dəyişikliklər aparılmalıdır. Burada günah həm media sahiblərində, həm gizli maliyyəçilərdə, həm redaktorlarda, həm də bu sahədəki potensialı görməyənlərdədir. Növbəti yazım onlar haqda olacaq.

Müəllifin başqa yazıları:

Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu

Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir

“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?

Mediamızı idarə edən gözəgörünməzlərin adları

Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi

Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi

Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz

Susdurmağa çalışanlar, ya da özünüsenzuranın yeni növü

Əməkdar jurnalistin qətli

General hərbi vəziyyət elan etməyə çağırır

  • 27 Mart 2020
  • comments

Koronavirus jurnalistikası

  • 27 Mart 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda