Mərkəzi Bank martın 11-də bir çox valyutanı ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, avro 1,9284, Çin yuanı 0,2445, Gürcüstan larisi 0,5963, İngiltərə funt sterlinqi 2,1971, Türkiyə lirəsi 0,2768 manata düşüb.
ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində qalıb, dəyər artıran Rusiya rublu isə banklara 0,0241 manata təklif olunur (Valyutalar).
Avro 2020-ci ilə 1,9025, lari 0,5947, rubl 0,0275, lirə 0,2849 manatla başlayıb. Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 300,2 milyon ABŞ dolları məbləğində vəsait sərf edib.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.