İsraildə martın 2-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri bəlli olur. Novator.az-ın məlumatına görə, baş nazir Benyamin Netanyahunun Likud Partiyası üstün gələrək 120 nəfərlik parlamentə 37 mandat qazanır.
Beni Qantsın liderlik etdiyi müxalif blok parlamentə 33 mandatla düşür.
6-15 arası mandat əldə edən daha 6 siyasi qüvvə parlamentdə təmsil olunmaq hüququ qazanır.
Hökumət qurmaq üçün 120 nəfərlik parlamentdə 61 mandat lazımdır.
Ötən il aprelin 9-da və sentyabrın 17-də keçirilmiş seçkilərdən sonra hökumət qurmaq mümkün olmayıb.
1949-cu il təvəllüdlü Benyamin Netanyahu 2009-cu ildən baş nazirdir. O, 1996-1999-cu illərdə də hökumətə rəhbərlik edib.