Çinin Gigiyena və Səhiyyə Məsələləri Dövlət Komitəsinin 3 mart hesabatına görə, ölkədə koronavirus xəstəliyindən ölənlərin sayı 2945 nəfərə çatıb. İnfeksiyaya yoluxan şəxslərin 6806-nın vəziyyətinin ağır olduğu bildirilir.
2019-cu ilin dekabr ayında Çində üzə çıxan, pnevmoniyanın bir növü olan koronavirus xəstəliyi 70-ə yaxın ölkəyə yayılıb. Ümumilikdə 89 mindən çox şəxs infeksiyaya yoluxub. İran, İtaliya, Cənubi Koreya, Yaponiya, Fransa, ABŞ, Honkonq, Avstraliya, Filippin, Tailand, Tayvan, San Marinoda və “Diamond Princess” səyahət gəmisində ölənlər var.
Azərbaycanda da koronavirusa yoluxanlar qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargah martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına qərar verib.
Koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb, İranla sərhəd qapadılıb.